beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2012 Hansı Bürclere Daha çox Düşecek?

2012 hansı bürclere daha çox düşecek?

Ejdaha ilinin ilk yarısı Oxatanların, ikinci yarısı ise Ekizlerin ili olacaq.

2012-ci il geldi. Bürcler qarşıdan gelen Ejdaha ili üçün ne ved edirler? Anspress-in melumatına göre, Türkiye astroloqlaru gelen ilin astroloji proqnozunu elan edibler.

2012-ci ilin ilk yarısı Oxatanların, ikinci yarısı ise Ekizlerin ili olacaq.

Qoç: "Sevdiklerimi de düşünürem"

Sevgi - 2012-ci ilin oktyabr ayına kimi heyat yoldaşınız, sevgiliniz, partnyorunuzla önemli qerarlar vere bilersiniz. Bu dönemde evlenen bir Qoç üçün evlilik mesuliyyet menasına gelir. Evli ve biri ile birlikde yaşayırsınızsa, bezi önemli qerarlar qebul ede bilersiniz. Sağlam münasibetler daha da möhkemlenecek. Ancaq zeif halqalar qopa biler. En önemli vaxt 8 fevral - 5 martdır. Eger bu zaman addım atsanız, gerisi gelecek.

Karyera - Eger öz işiniz varsa, işi böyütmek üçün 2012-ci il fürsetlerle doludur. Öz işinizi qurmaq size yaraşır. Böyük düşünün ve hedeflerinize doğru getmek üçün doğru insanlarla elaqe qurmağa çalışın. İlin ilk yarısında qollarınızı çırmalayıb hevesle başladığınız işlerde böyük uğur qazana bilersiniz.

Mart ayında heç bir işde teleskenliye yol vermeyin ve may ayına kimi qerar vermek üçün özünüze zaman verin. İlin ikinci yarısından sonra ideyalarınız gerçekleşe biler. 4 iyul - 23 avqust arası işle bağlı bir çox teklifler ola biler.

Buğa: "Bolluq ve bereket menimledir, güvendeyem"

Sevgi - İlin ilk aylarında istediyiniz kimi biri ile qarşılaşa bilersiniz. Olduqca hereketli il sizi gözleyir. 23 yanvar - 14 aprel tarixlerinde keçmiş sevgililerden biri fikirlerinizin qarışmasına sebeb ola biler. Eslinde keçmişi bir az da olsa xatırlamaq size yaxşı tesir ede biler. Qarşısıalınmaz cazibeniz 7 mart - 3 may tarixleri arasında gözel münasibetlerin başlanmasına sebeb ola biler. Her şeyin istediyiniz kimi olması üçün sizin ele de çox iş görmeyinize gerek qalmayacaq.

Karyera - Pul qazanmaq evezine, ilin ilk yarısında özünüze sermaye qoyun. Yaradıcılığınız en üst seviyyeye qalxacaq. Etrafınızdakılar size etibar edir. Hamını sevin, ancaq yaxın iş yoldaşlarınıza diqqet edin. Tanışlarınızın çoxu size destek vermeye hazırdır. 11 iyuna qeder qarşınıza çıxacaq fürsetleri qaçırmayın. İlin ikinci yarısında birden çox menbeden pul qazana bilersiniz. 24 avqust - 8 oktyabr tarixlerinde iş yerinizde sebrli davranmanız lazımdır. Oktyabrın 5-den sonra inadkarlığınızdan el çekmelisiniz.

Ekizler: "İtirmek qorxumu sevgiye çevirirem"

Sevgi - 2010-cu ilin dekabr ayından beri münasibetlerinizde yepyeni bir döneme daxil olmusunuz. Heyatınızdakı her şey tam istediyiniz kimi getmir. İlin iki yarısı sizin üçün tamamile ferqli olacaq. Eger evlisinizse ve ya sevgiliniz varsa, ilin ikinci yarısında sevindirici xeber ala bilersiniz.

Köçmek isteyenler 14 aprelden tez herekete keçmesinler. İyuldan sonra öz deyerinizi daha yaxşı başa düşmeye başlayacaqsınız. 4 aprel - 7 avqust arası çox yaxşı bir dövr sizi gözleyir.

Karyera - Bu il hobbi kimi baxdığınız şey sizin esl işiniz ola biler. İndiye qeder esla pul qazanmağı düşünmeden etdiyiniz bir iş sizin karyera yolunuzu aça biler. Heyatınızda neyin işe yarayıb, neyin yaramadığını tekrar gözden keçirin. 15 may - 26 iyunda davranışlarınıza ve danışıqlarınıza diqqet edin. 11 iyundan sonra 12 ilden bir yaranan ve bir il boyunca davam eden bolluq, şans dönemi sizinle birlikde olacaq. Birden çox iş görmek sizin üçündür. Gelen il siz mükafat da ala bilersiniz.

Xerçeng: "İstenilen şeraitde heqiqi sevgi vere bilerem"

Sevgi - Eger siz iyun ayında doğulmusunuzsa, yeni ilde uzun müddetli, ciddi münasibetlere hazır olun. İçinizdeki sevgi selinin axmasına icaze verin. Başqalarına diqqet, şefqet göstermek en böyük bacarığınızdır. 8 avqust - 6 sentyabrda özünüzü çox yaxşı hiss edeceyiniz, etrafınızdakıları maqnit kimi özünüze cekeceyiniz bir dönem olacaq. Bu zamanı yaxşı deyerlendirin ve yanınızdakı insanla bol-bol zaman keçirin.

Karyera - Öz yolunuzda irelilemeniz üçün bütün imkanlar var. Bezi ortaqlarınızla yollarınızı ayıra bilersiniz. İşinize ve iş yerinizdeki insanlara qol-qanad gerin. Unutqanlığa qarşı diqqetli olun. İlin ilk yarısında iş seferleriniz çox qazanclı ola biler. 18 noyabr - 26 dekabr arasında baş veren hadiselere öz gözünüzden deyil, başqalarının gözünden baxsanız, bütün problemler hell edilecek.

Şir: "Dostlarımla xoşbextem"

Sevgi - 2010-cu ilin dekabrından sevgi heyatınız canlanıb. Flirtler ve sevgililer sizin daha çox yaradıcı ve sevincli olmanıza kömek edir. İyunda baş verecek hadiseler size çox sevincli günler yaşadacaq. 7 sentyabr - 3 oktyabrda xarizmanız çox adamı heyran qoyacaq. Yayda özünüzü teriflemenin de bir hüdudu olduğunu xatırlayın.

Karyera - Bu sahede de keçmişe nisbeten daha böyük uğurlar qazanacağınız gözlenilir. Yanvar-iyul aylarında maddi imkanlarınız hiss olunacaq seviyyede artacaq. İlin ilk yarısında karyera ve etibarlılıqda parlayan ulduz olacaqsınız. İkinci yarıda önemli insanlardan destek görmeniz sizi ideyalarınıza daha da yaxınlaşdırır.

Qız: "Başqalarından öyrene bilerem"

Sevgi - İlin ilk yarısında fırtına kimisiniz. Münasibetlerinizde olduqca feal olduğunuz üçün cesaretiniz de artacaq. Risk edib herekete keçseniz, daha celbedici olacaqsınız. 23 yanvar - 14 aprelde geri addım atmanız gereken mövzular ola biler. Ehvalınızı pozmayın, her hadiseden bir ders çıxarmağa çalışın. Keçmişe qayıtmanın faydası ola biler. Eger may-iyun ayında keçmiş münasibetleriniz hele davam edirse, onun keçmişdekinden daha gözel olduğunu göreceksiniz.

Karyera - Maddi cehetden artıq ferqli bir yol tapmalısınız. Başqalarının işinize müdaxile etmesine icaze vermeyin. Bele olduqda daha sakit ve hüzurlu olacaqsınız. 23 yanvar - 13 aprel arası bütün işleriniz, layihelerinizi tamamlaya bilersiniz. İlin ortasında fürset planeti olan Yupiter 12 ilden sonra sizin bürcünüzde olacaq. Bu, xüsusile karyera sahesinde özünü gösterecek. 4 - 28 oktyabr arasında insanlara xidmet etmek, kömekçi olmaq sizi xoşbext edecek.

Terezi: "Özümü yeniden tamamlayıram"

Sevgi - Her zaman yaxşı bir sevgili olmusunuz. Bunu heç kim inkar ede bilmez. 2009-cu ilden başlayan deyişmeyiniz 2012-ci ilin oktyabrına kimi davam edecek. Bu zaman kesiyinde evlene ve ya boşana bilersiniz. Qabığınızı qıraraq esl kimliyinizi ortaya çıxarmağa başlamısınız. Hamını memnun etmek üçün çabalamağı dayandırın ve özünüzü sevmeyi öyrenin. Menevi rahatlığı, sağlamlığı elde emek üçün bir az daha sey gösterin. 29 oktyabr - 22 noyabr heyatınızda böyük sevgiler ola biler.

Karyera - Sizi etraf dünyaya hazırlamaq üçün birini tapın. Heyatınızdakı sistemlerinizi deyişmeniz çetin olsa da, bu gereklidir. Dürüst ve açıq münasibet qurarken kobud olmamağa çalışın. Qarşınızdakılar bezen sizin hadiselere nece reaksiya vereceyinizi deqiq bilmirler. Oktyabrda sıra pula gelecek. Şexsi büdcenizi evvelkinden daha planlı şekilde qurmalısınız. Heyatınızı bir az deyişdirmeye başlasanız, orada eylenceye de yer tapılacaq. 4 iyul - 23 avqust tarixinde sizinle iş görmek hamıya cazibedar gelecek. Payıza qeder işinizi deyişe bilersiniz.

Eqreb: "Xaosa nezaret etmeye çalışmıram"

Sevgi - İlin ilk yarısında münasibetleriniz uğurlu olacaq. Bu zamanda qurulan aileler her menada size uğur, zenginlik getirecek. Eger sevgiliniz varsa, onun heyatında olan möhteşem hadiseler sizi de sevindirecek. Oktyabrdan sonra heyata baxışınızı iki illik fasileden sonra deyişirsiniz. Bundan sonra bambaşqa bir insan olacaq, gereksiz olan şeyleri heyatınızdan çıxarmaq üçün cesaret tapmış olacaqsınız. Payızda israrlarınızın neticesi olaraq istediyiniz insanı elde ede bilersiniz.

Karyera - İlin ikinci yarısında ferqli heyat başlayır. Önce sağlamlığınıza diqqeti bir az da artırın. Heyatınızda müvazineti qorumaq ve münasibetlerin dadını çıxarmaq üçün bir az daha müsteqilliye ehtiyacınız var. İlin ilk yarısında etrafınızdakılardan böyük destek göre bilersiniz. 13 noyabr erefesinde baş vere bilecek hadiseler sizi yeni heyata hazırlayacaq. 24 avqust - 7 oktyabr arası iş ve şexsi heyatınızla bağlı qüvvetli addımlar ehval-ruhiyyenize yaxşı tesir edecek. 23 noyabr - 16 dekabr tarixlerinde ortaqlıqlar ve pul ile bağlı istediyinizi elde ede bilersiniz.

Oxatan: "Xeyallarımı gerçekleşdire bilerem"

Sevgi - Her hansı sevgi münasibetinizin olub-olmamasından asılı olmayaraq 11 iyundan sonra möcüzeli zaman başlayır. O vaxta qeder yolunda olmayan, pis münasibetleri bitirmek, bezi insanları heyatınızdan çıxarmaqdan qorxmayın. Heç kimi ittiham etmeden onlarla vidalaşın. Sevgilisi olanlar ilin ikinci yarısında evliliye doğru addım ata bilerler. Heyatında heç kim olmayanlar ise 11 iyundan sonra, xüsusile, ilin son heftelerinde bir çox insanın diqqetini celb ede bilerler.

Karyera - Yeni iş müracietleri edin ve heyatın sizin faydanıza işlediyinin şahidi olun. İlin ilk yarısında etibarınızı artırmaq üçün herekete keçin. İlin ortasından etibaren ağıllı ve ziyalı insanlar size böyük destek ola bilerler. 8 oktyabr - 17 noyabr tarixinde böyük düşünmekden çekinmeyin.

Oğlaq: "Gücümden sevgi üçün istifade ederem"

Sevgi - Öten ilden başlayaraq heç olmadığı qeder xoşbextsiniz. Yaxşı, imkanlı ve qenaetcil insanlarla uzun müddetli münasibetlere başlaya bilersiniz. İyuna qeder qatılacağınız kurslar, seyahetler, bütün işlerinizden böyük zövq alacaqsınız. Bu arada biri ile tanış ola bilersiniz. Eger heyatınızda kimse varsa, onunla ortaq maraq dairesi yaradın. Avqust - 6 sentyabr arasında qarşı cinsden olan birine möhkem bağlantınız ola biler.

Karyera - İş yerinde böyük güc elde etmek size zövq verecek. Yaşadığınız yerden heyat enerjisi alırsınız. Eger işiniz yoxdursa, evde işlemeye cehd edin. Dostlarınız size böyük destek ola bilerler. Qısa seyahetler neticesinde xeyal etdiyiniz işe qovuşa bilersiniz. Oktyabr ayından sonra böyük xeyallarınıza doğru addımlar atmağa başlayacaqsınız.

Dolça: "Sevgilim menim üçün önemlidir"

Sevgi - Münasibetlerde her zaman serbestliyin terefdarısınız. Bu il öten ilkinden ferqli olaraq sevgililer ile dostlar arasında qalmaq narahatçılığını yaşamayacaqsınız. Eslinde, qerarınızı çoxdan vermisiniz. Peşeniz, dostlarınız, sosial qruplar sizin üçün münasibetleriniz qeder önemlidir. 7 sentyabr - 3 oktyabrda celbedici biri sizin ağlınızı başınızdan ala biler. Ondan öyrenecek çox şey var. Yeni insanlarla tanış olun, müxtelif medeniyyetlerle maraqlanın.

Karyera - Böyük karyera deyişikliyi üçün oktyabr ve noyabr ayları daha münasibdir. Yeni bir diplom almaq ve ya proqram öyrenmek üçün uğurlu ildir. İlin ikinci yarısında maddi meselelerde qarışıqlıq gözlenilir. 15 may- 26 iyunda keçmiş layiheleriniz ve işgüzar münasibetlerinize yeni can vererek uğur qazana bilersiniz.

Balıqlar: "Ruh halım necedirse, heyat qarşıma ele maska ile çıxır"

Sevgi - İyul ayına qeder en önemli münasibetleriniz olacaq. Qarşı terefin inandırıcı, doğru ve israrlı münasibeti qarşısında bir az inciye bilersiniz. Ancaq qarşı terefin sizi incitmek niyyeti yoxdur. Onun tek istediyi her şeyin yerli-yerinde olmasıdır. Özünüzü qurban kimi göstermekden el çekib, baş verenlere biteref baxsanız, her şeyi daha yaxşı derk edeceksiniz. Qaçmayın ve münasibetlerinizi yaxşı seviyyeye getirmeye sey gösterin. Arxanızı dönüb getmekle problemi hell etmiş olmursunuz. Bu münasibetinizi bitirseniz bele, bu problemler başqa münasibetlerinizde qarşınıza çıxa biler. Xeyal qurmaqdan qorxmayın.

Karyera - İşlerinizi ata-babadan qalma qedim üsullar yerine, modern, yeni qayda-qanunlarla qurmağa çalışın. Bu il media, internet kimi sahelerle bağlı göreceyiniz işden pul qazana bilersiniz. Mart ayında göreceyiniz işleri bitirmeye telesmeyin. Neptunun Balıq bürcünde olması sizin insanların ehtiyaclarını daha asan anlamağınıza kömek edecek. Yeni planlarınızda bu xüsusiyyet size böyük kömek ede biler.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 695 Bölmə: Burcler haqqinda çox şey