beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsarət - Azadlıq

Əsarət odunda bişdi
nəslimiz,
Azadlıq eşqinə yandıq,
yaxıldıq.
Çatıb azadlığa, bu
məbəddə biz,
Şükür namazını qıbləsiz
qıldıq.
İndi biz azadıq, bizi bir
zaman,
Şeytandan qoruyan abır-
həyadan.
Azadıq düşmənə
qəzəbdən, kindən,
Millət hədəf olub öz
nifrətinə.
Qurtarıb özgənin
əsarətindən
Düşdük özümüzün
əsarətinə.
Azadlıq rəhmdən,
insafdan da biz,
Millətin haqqıya üzbəüz
olduq.
Ana yurdumuzun qansız,
rəhmsiz,
Qəddar talançısı özümüz
olduq.
Yoxdur əvəzimiz
yalançılıqda,
Bu ona şər atır, o, buna
böhtan.
Yurdu dağıtmaqda,
talançılıqda,
Azadlıq qorxudan, Allah
xofundan.
İndi azadlığım mənə
qənimdir,
Bu gizli oyundan baş
açmır fələk.
Məni kor quyudan
çıxaran kəndir,
İndi boğazıma keçib
halqa tək...
17 avqust, 1996.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Bextiyar Vahabzadə