beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

26-lar məzarlığı

26 yanvar 2009-cu ildə komissarların cəsədlərinin qalıqları müsəlman, xristian və yəhudi dini icmalarının iştirakı ilə Hövsan qəsəbəsində dəfn edilmişdir[11].

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən bu qəbiristanlığın giriş qapısından təxminən 100 metr irəlidə kiçik ölçülü hasarda 23 qəbir var. Qəbirlərin hərəsinin üzərinə başdaşı olaraq yalnız bir tikinti daşı ("kubik") qoyulub. Qəbirlərin üzərində nəinki ad, heç sıra nömrəsi də yazılmayıb.

Başqa sahibsiz qəbirlərdə müsəlmanlar başı qibləyə, xristianlar isə əks istiqamətdə basdırılıb. Lakin azərbaycanlı, rus, erməni və s. millətlərdən olan "26-lar"ın hamısı eyni istiqamətdə dəfn edilib. Bu istiqamətin təxminən qiblə tərəf olduğunu müəyyən etmək mümkündür.

Hövsandakı "Şəhər qəbiristanlığı"nın bir tərəfində kimsəsizlərin, bir tərəfində isə sahibi olan şəxslərin meyiti basdırılıb. "26-lar"ın basdırıldığı ərazi daha çox sahibli qəbirlərə yaxın ərazidədir.


Tarix: 07.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Bakı Kommunası