Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaddaşlarda

26 Bakı komissarlarının qətlinin 50 illiyi ilə bağlı olaraq Moskvada bir küçəyə ad verilir. Küçənin baş tərəfində komissarların azərbaycanlı heykəltaraş Zeynalovun hazırladığı heykəli qoyulur.

Rus şairi Serqey Yesenin Bakı komissarlarına həsr olunmuş "26-lar haqqında ballada" yazmışdır.

1958-ci ildə Bakıda komissarların dəfn olunduğu yerdə heykəl qoyulur. 1968-ci ildə onların "qəhrəmanlığı"nı o dövrdəki respublika rəhbərliyinin səyi ilə daha da əbədilşdirmək üçün heykəlin ətrafında panteon tikilir.

SSRİ dağıldıqdan, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra "26 Bakı komissarları"nın fəaliyyətinə yenidən qiymət vermək mümkün olur və beləliklə, erməni-rus komissarlarının Azərbaycan tarixindəki rolu aydın olur.

12 yanvar 2009-ci il tarixində uzun müddət baxımsız qalan 26 bakı komissarı heykəli Bakı şəhəri icra hakimiyyətinin qərarı ilə sökülür. Komissarların qalıqlarının başqa yerı köçürülməsi zamanı qəbrdə yalnız 23 nəfərin cəsədinin olması aşkarlanır[9][10]. Ekspertlərin apardıqları araşdırmalar zamanı cəsəd qalıqlarının yaşının 20-50 arasında olması təsdiq olunmuşdur. Onlar 3 qrupa bölünmüşdür. I qrupa aid olanların sayı 11-dir. O qədər də şəxs 30-39 yaş arasında olmuşlar. Cəsəd qalıqlarından yalnız birinin 40-49 yaş arasında olması bəlli olmuşdur. 26 komissar kimi güllələndiyi iddia edilən şəxslər arasında sonuncu qrupa düşənlərin sayı 3 olmalı idi. Bunlar Stepan Şaumyan (40 yaş), Məşədi Əzizbəyov (42 yaş) və Tatevos Amiryan (45 yaş) olmalı idilər. Anatomik tədqiqatlar isə qəbirdən çıxan sümük qalıqarının böyük dəqiqliklə Əzizbəyova aid olmasını sübut etmişdir. Belə ki, cəsədlər arasında Şaumyan və Əmiryanın, həmçinin Avakyanın qalıqları tapılmamışdır. Bu isə həmin şəxslərin qaçması haqqında məlum olan şaiyələrin heç də əsassız olmadığını deməyə imkan verir.


Tarix: 07.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Bakı Kommunası
loading...