beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı döyüşü

XKS 1918-ci ildə şəhərin rus və erməni mənşəli əhalisinin köməyi ilə Qafqaz ordusu yaradaraq Bakı şəhərinin müdafiəsini təşkil etməyə cəhd göstərirlər. O vaxt azərbaycanlılar şəhərdə ən böyük etnik qrup sayılsa da, rus və ermənilər birlikdə sayca onlardan çox idi. XKS-in məqsədi Bakını şəhərə tərəf irəliləyən Azərbaycan və türk ordusundan mudafiə etmək və şəhərdə öz hakimiyyətlərini qorumaq idi. Lakin gözlənilmədən 31 iyul 1918-ci ildə menşevik, eser və daşnak çoxluq bolşevikləri qovaraq Sentrokaspi Diktaturasını elan edirlər. Bundan 3 gün sonra isə Lionel Denstervil və onun başçılıq etdiyi Dunsterforce Bakıya daxil olur. Bu vaxtlarda isə bolşeviklər toplantılar keçirirdilər. Nəhayət 12 avqustda bolşeviklər Həştərxana keçməyi qərara alırlar. Lakin şəhərdən qaçış uğursuz olur və həbs olundular. Onlara qarşı satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların hesabatlarının düzgün aparılmaması kimi iddialar irəli sürülərək, hərbi məhkəməyə verilirlər. Lakin 14 sentyabrda kommunist aktivistlər həbsxana girərək komissarları azadlığa buraxmağa nail oldular. Komissarlar "Türkmən" buxar gəmisi ilə Bakını Həştərxan istiqamətində tərk etdilər. Lakin gəminin idarə heyətində olan menşeviklər onları Krosnovodska gətirdi və 19 sentyabr 1918-ci il gecəsi edam olundular. Cəsədləri Bakıya gətirilən komissarlar 1920-ci ildə Bakıda dəfn olunmuşdular. Güllələnənlər arasında komissar olmayanlar da komissar kimi 26-lara daxil edilmişdi.

Bu ərəfədə isə Leninin heç nədən xəbəri yox idi. O, 9 avqust 1918-ci ildə N.A.Anisimova yazırdı:

Bakıdakı vəziyyət mənə aydın deyil. Hakimiyyətdə kimdir? Şaumyan hanı? Stalinin sorğusuna əsasən və hər bir halda sən bilirsən ki, mən Şaumyana tamamilə inanıram. Burdan vəziyyəti anlamaq mümkün deyil, buna görə də təcili yardım göndərmək mümkün olmayacaq.

Ancaq bu komissarlara qarşı hətta keçmiş bolşeviklər arasında da münasibət birmənalı olmamışdır. Şepilovanın xatirələrinə əsasən Stalin komissarların fəaliyyətini belə qiymətləndirmişdir:

"Bakı komissarları heç bir müsbət rəyə layiq deyillər. Onları afişa etmək lazım deyil. Onlar hakimiyyəti atmış, onu düşmənə döyüşmədən təhvil vermişlər. Onlar buxar gəmisinə oturaraq getmişlər. Biz onların xatirələrini yad edirik. Ancaq onlar kəskin tənqidə layiqdirlər. Onlar özlərini pis siyasətçi kimi göstərmişlər. Tarix yazılan zaman isə həqiqəti demək lazımdır. Bir iş onların xatirəsini yad etməkdir. Bunu biz edirik. Digər iş isə bu fakta tarixi qiymət verməkdir"


Tarix: 07.01.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Bakı Kommunası