beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quruluşu

Tərkibində bolşeviklər və solçular olan "Xalq Komissarları Soveti (XKS) 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlirlər. Bu sovet 25 aprel 1918-ci ildə yaradılmışdır. Sovetin sədri o vaxt Qafqaz fövqəladə işləri üzrə icraçı və Bakı şurasının sədri olan Stepan Şaumyan idi.

Sol eserlər, sağ eserlər, menşeviklər və daşnaklardan ibarət olan bu kommunada bolşeviklər azlıq təşkil edirdi. Kommunada azərbaycanlıların təmsil olunmaması tarixçi Yakov Ratqazauerin fikrincə bolşeviklərin onlara "inqilabi nöqteyi-nəzərdən yetkin olmayan kütlə" kimi baxmaqları idi. Bunda həmçinin daşnakların çoxluğa sahib olması, hərbi qüvvələrin 70%-inin erməni zabit Z. Avetisyanın əmrində olması idi. Bakı kommunası ordusunun Gəncəyə hücumu zamanı erməni əsgərlər yerli xalqa çoxlu ziyan vermişdilər. Bakı kommunasının ilk işi bankları və digər özəl mülkləri milliləşdirmək olmuşdu. Lakin Şaumyanın işləri gecikdirməsi ucbatından neft sənayəsi hələ də milyonerlərin əlində idi. 18 iyun 1918-ci ildə Leninin bu barədə tapşırığından sonra, 20 iyun 1918-ci ildə Bakı soveti neftin milliləşdirilməsi haqqında qanun qəbul etdi.

Göyçay yaxınlığında Bakı ordusunun məğlubiyyəti şəhərdə krizis yaratdı,24 may 1918-ci ildə Lenin Şaumyana mümkünsə Noy Jordaniya ilə ittifaqa girməsini və bu da alınmasa diplomatiyaya əl atmağı tapşırmışdı. Daha sonra 3 iyul 1918-ci ildə Stalinə Şaumyanla əlaqəyə girməsini, ona almanların türklərə qarşı vuruşmaq təklifini çatdırmasını tapşırmışdı. Bakıda isə əhval ayrı cür idi. Menşeviklər, eserlər və daşnaklar ingilis ordusunun köməyinə arxalanmaq qərarına gəldilər. Bu qərar 20 iyul 1918-ci ildə Stalin, ondan iki gün sonra isə Lenin etiraz etmişdi:

Mən Stalinin Bakı sovetinin narodnik fraksiyasına (qeyri-bolşevik solçular) qarşı yazdığı teleqramı sadəcə dəstəkləyə bilərəm.


Tarix: 07.01.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Bakı Kommunası