Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Bakı KommunasıKomissarların siyahısı

Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.
Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.
Tatevos Əmirov — kovaler dəstəsinin komandiri.
Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru.
Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
Eyjen Berq — matros.
Anatoli Boqdanov — xidmətçi.
Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
Armenak Boryan — jurnalist.
Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.
İvan Qabışev — briqada komissarı.
Prokofiy Caparidze — Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri,
Yakov Zevin — əmək üzrə xalq komissarı.
Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü.
Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
İvan Malıqin — Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
İrakliy Metaksa — Şaumyanın şəxsi cangüdəni.
İsay Ardı »

Bakı KommunasıBakı döyüşü

XKS 1918-ci ildə şəhərin rus və erməni mənşəli əhalisinin köməyi ilə Qafqaz ordusu yaradaraq Bakı şəhərinin müdafiəsini təşkil etməyə cəhd göstərirlər. O vaxt azərbaycanlılar şəhərdə ən böyük etnik qrup sayılsa da, rus və ermənilər birlikdə sayca onlardan çox idi. XKS-in məqsədi Bakını şəhərə tərəf irəliləyən Azərbaycan və türk ordusundan mudafiə etmək və şəhərdə öz hakimiyyətlərini qorumaq idi. Lakin gözlənilmədən 31 iyul 1918-ci ildə menşevik, eser və daşnak çoxluq bolşevikləri qovaraq Sentrokaspi Diktaturasını elan edirlər. Bundan 3 gün sonra isə Lionel Denstervil və onun başçılıq etdiyi Dunsterforce Bakıya daxil olur. Bu vaxtlarda isə bolşeviklər toplantılar keçirirdilər. Nəhayət 12 avqustda bolşeviklər Həştərxana keçməyi Ardı »

Bakı KommunasıBakı Kommunası

Bakı kommunası — 25 aprel 1918 - 31 iyul 1918 tarixləri arası Bakıda mövcud olmuş bolşevik dövlət qurumudur. Ardı »

Bakı KommunasıQuruluşu

Tərkibində bolşeviklər və solçular olan "Xalq Komissarları Soveti (XKS) 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlirlər. Bu sovet 25 aprel 1918-ci ildə yaradılmışdır. Sovetin sədri o vaxt Qafqaz fövqəladə işləri üzrə icraçı və Bakı şurasının sədri olan Stepan Şaumyan idi.

Sol eserlər, sağ eserlər, menşeviklər və daşnaklardan ibarət olan bu kommunada bolşeviklər azlıq təşkil edirdi. Kommunada azərbaycanlıların təmsil olunmaması tarixçi Yakov Ratqazauerin fikrincə bolşeviklərin onlara "inqilabi nöqteyi-nəzərdən yetkin olmayan kütlə" kimi baxmaqları idi. Bunda həmçinin daşnakların çoxluğa sahib olması, hərbi qüvvələrin 70%-inin erməni zabit Z. Avetisyanın əmrində olması idi. Bakı kommunası ordusunun Gəncəyə hücumu zamanı erməni əsgərlər yerli xalqa çoxlu ziyan Ardı »

Bakı KommunasıYaddaşlarda

26 Bakı komissarlarının qətlinin 50 illiyi ilə bağlı olaraq Moskvada bir küçəyə ad verilir. Küçənin baş tərəfində komissarların azərbaycanlı heykəltaraş Zeynalovun hazırladığı heykəli qoyulur.

Rus şairi Serqey Yesenin Bakı komissarlarına həsr olunmuş "26-lar haqqında ballada" yazmışdır.

1958-ci ildə Bakıda komissarların dəfn olunduğu yerdə heykəl qoyulur. 1968-ci ildə onların "qəhrəmanlığı"nı o dövrdəki respublika rəhbərliyinin səyi ilə daha da əbədilşdirmək üçün heykəlin ətrafında panteon tikilir.

SSRİ dağıldıqdan, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra "26 Bakı komissarları"nın fəaliyyətinə yenidən qiymət vermək mümkün olur və beləliklə, erməni-rus komissarlarının Azərbaycan tarixindəki rolu aydın olur.

12 yanvar 2009-ci il tarixində uzun müddət baxımsız qalan 26 bakı komissarı heykəli Bakı şəhəri icra Ardı »

Bakı Kommunası26-lar məzarlığı

26 yanvar 2009-cu ildə komissarların cəsədlərinin qalıqları müsəlman, xristian və yəhudi dini icmalarının iştirakı ilə Hövsan qəsəbəsində dəfn edilmişdir[11].

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən bu qəbiristanlığın giriş qapısından təxminən 100 metr irəlidə kiçik ölçülü hasarda 23 qəbir var. Qəbirlərin hərəsinin üzərinə başdaşı olaraq yalnız bir tikinti daşı ("kubik") qoyulub. Qəbirlərin üzərində nəinki ad, heç sıra nömrəsi də yazılmayıb.

Başqa sahibsiz qəbirlərdə müsəlmanlar başı qibləyə, xristianlar isə əks istiqamətdə basdırılıb. Lakin azərbaycanlı, rus, erməni və s. millətlərdən olan "26-lar"ın hamısı eyni istiqamətdə dəfn edilib. Bu istiqamətin təxminən qiblə tərəf olduğunu müəyyən etmək mümkündür.

Hövsandakı "Şəhər qəbiristanlığı"nın bir tərəfində kimsəsizlərin, bir tərəfində isə sahibi olan şəxslərin Ardı »