beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əşrəf Abbasov

Abbasov Əşrəf Cəlal oğlu (d.23 mart, 1920 - ö.1992) - Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycanın əməkdar incəsənət xadimi (1963), Azərbaycanın xalq artisti, professor (1968).

Həyatı

Əşrəf Cəlal oğlu 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi doğma şəhərində tamamlamışdı. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. 1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdu.

Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın, həmçinin "Ü. Hacıbəyov və onun "Koroğlu" operası" (1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir.


Tarix: 29.01.2013 / 14:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 879 Bölmə: Bəstəkarlar Və Müğənnilər