Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mişel Kretu

Mişel Kretu (fr. Michael Cretu) və ya Mixay Kretsu (rum. Mihai Creţu), Curly M.C. kimi də tanınır (18 may 1957, Buxarest, Rumıniya) — Rumıniya musiqiçisi, Enigma musiqi layihəsinin yaradıcısı və ideyavericisi.

Öz peşəkar karyerası boyu bir çox musiqiçilərlə birgə işləmişdir. "Enigma"nı yaratmamışdan əvvəl Sandra Kretu, Frenk Farian, Boney M, Mirey Matye, Peter Kornelius, Mayk Oldfild və s. müğənni və musiqi qrupları ilə çalışmışdır. Sonralar onun tərəfdaşları Frenk Peterson, Devid Feyrsteyn, Yens Qad, Angel Х, Andre Tanneberger, Jam & Spoon, Peter Ries, Rut-ənn Boyl və Endryu Donalds olmuşlar.

2001-ci ilə onun prodüseri və müəllifi olduğu musiqi albomlarının ümumi tirajı 100 milyon nüsxəni keçmişdir.

Həyatı

Mixay Kretsu Buxarestdə dünyaya gəlib. Onun atası mühəndis, anası iqtisadçı olublar. 1965-1968-ci illərdə doğma şəhərindəki 2N-li musiqi litseyinin fortepiano sinifində oxuyub. 1968-ci ildə Parisə köçüb. Elə həmin dövrdə rumın mənşəli ad və soyadını "fransızlaşdıraraq" Mişel Kretu edib. 1975-1978-ci illərdə AFR-in Frankfurt Musiqi Akademiyasında təhsil alıb və buranı əla qiymətlərlə bitirib.


Tarix: 26.01.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...