beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şakira

Şakira Isabel Mebarek Ripoll - Livan əsilli Kolumbiya-lı müğənni, bəstəkar, rəqqasə və aktrisa.

Həyatı

2 Fevral 1977-ci ildə Kolumbiya-da anadan olub. Qısaca Shakira kimi tanınır. Livan əsilli Kolumbiya-lı müğənni, bəstəkar, rəqqasə və aktrisadır.

90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, Pop, Latin Pop, Pop Rock, Latin Rock kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 2 dəfə Grammy, 7 dəfə Latin Grammy, 22 dəfə Billboard Latın Musiqi Mükafatı-nı qazanmışdır. Sadəcə studiya albomları dünya səviyyəsində 75 milyondan artıq satılmışdır. Bu rəqəm ümumi musiqi albomları ilə bir yerdə 100 milyondan artıq olar. Təkcə Amerika-da albomları 10 milyona yaxın satılmışdır. Ən çox albomu satılan Kolumbiya-lı müğənnidir. Hips Don't Lie sinqlı 20 milyondan çox satılaraq son 10 ilin ən çox satılan sinqlı olmuşdur.

2010-cu ildə səsləndirdiyi Dünya Kuboku musiqisi olan Waka Waka 5 milyondan artıq satışla ən çox satılan Dünya Kuboku musiqisi olmuşdur. Musiqi Youtube-da 215 milyondan artıq baxış sayıyla üçüncü ən baxımlı klip olmuşdur. Shakira Amerika, Avstraliya və İngiltərə-də ən çox yüksələn Cənubi Amerika-lı müğənnidir.


Tarix: 29.01.2013 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Bəstəkarlar Və Müğənnilər