beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yevgeni Ptiçkin

Yevgeni Nikolayeviç Ptiçkin (rus.: Евгений Николаевич Птичкин) — rus bəstəkarı.

Həyatı

Yevgeni Ptiçkin 1 iyul 1930-cu ildə Moskvada anadan olmuşdur. 1957-ci ildə Musiqili-pedaqoji institutunun kompozisiya sinfini bitirmişdir.

Bir vaxtlar səs rejissoru çalışan Y. Ptiçkin sonralar peşəkar bəstəkara çevrilir. 1960-cı illərin əvvəllərindən kinoda çalışmışdır. Ona ən böyük şöhrəti 1970-ci ildə çəkilmiş “Mənim küçəm” filminə yazdığı mahnı gətirmişdir.

Yevgeni Nikolayeviç Ptiçkinin musiqiləri 70-dən artıq bədii və animasiya filmlərində səslənmişdir. Bu mahnıları məşhur müğənnilər – Anna German, İosif Kobzon, Mayya Kristalinskaya, Lüdmila Qurçenko ifa etmişlər.

Bəstəkar Yevgeni Nikolayeviç Ptiçkin 28 noyabr 1993-cü ildə doğulduğu Moskva şəhərində vəfat etmişdir.

Filmoqrafiya
İki kapitan (film, 1976)


Tarix: 29.01.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Bəstəkarlar Və Müğənnilər