beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyyam Mirzəzadə

Xəyyam Hadı oğlu Mirzəzadə – Azərbaycan Respublikasının xalq artisti, bəstəkar.Mündəricat
1 Həyatı
2 Aldığı Adlar və Mükafatlar
3 Əsərləri
4 Filmoqrafiya
5 Həmçinin bax
6 Xarici keçid
7 Mənbə


Həyatı

1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Aldığı Adlar və Mükafatlar

Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1970);

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1972);

SSRİ Dövlət mükafatı laureatı (1975, 1986;

Professor (1979);

Azərbaycan Respublikasının xalq artisti (1987);

"Şöhrət" Ordeni (2000).

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur.

Əsərləri
"Ağlar və qaralar" baleti;
I və II simfoniyalar,
"Oçerklər – 63" simfonik poeması,
"Memory", "Mərakeş rapsodiyası",
"Konsertştyuk",
skripka ilə orkestr üçün Konsert;
səs ilə orkestr üçün "4 esse";
2 simli kvartet;
ayrı-ayrı alətlər üçün solo sonatalar;
f-no üçün 12 prelüd,
"Ağlar və qaralar" silsiləsi;
soprano və f-no üçün "İthaf" və i. a. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına musiqi; *estrada və caz pyesləri; populyar mahnılar.

Filmoqrafiya
Abidələr danışır (film, 1964)(qısametrajlı sənədli film)
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-musiqisindən istifadə edilən bəstəkar
Afroditanın qolları (film, 1987)(qısametrajlı bədii film)
Arxada qalmış gələcək (film, 2005)
Arxadan vurulan zərbə (film, 1977)
Bağ mövsümü (film, 1985)
Bakıda küləklər əsir (film, 1974)
Baş tutmayan ziyafət (film, 1981)
Belə də olur (film, 1988)
Bir ailəlik bağ evi (film, 1978)
Birisigün, gecəyarısı... (film, 1981)
Bizim küçə (film, 1961)
Bu, Qum adasında olmuşdur (film, 1962)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Çay daşı (film, 2001)
Daş (film, 1977)
Dənizə çıxmaq qorxuludur (film, 1973)
Düyün (film, 2008)
Əlamət (film, 1982)
Ev (film, 2007)
Fransız (film, 1995)
Gənc memar (film, 1978)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Günlərin bir günündə... (film, 1975)
Havalansın Xanın səsi (film, 2001)
Xatirələr sahili (film, 1972)
İlıq dənizdə buz parçası (film, 1983)
İliçin döyünən qəlbi (film, 1967)
Kinorejissor Arif Babayev (film, 2000)
Mahnı qanadlarında (film, 1973)
Meşəyə insan gəlir (film, 1980)
Məhv olmuş gündəliklər (film, 1999)
Mənim ağ şəhərim (film, 1994)
Mənim günahım (film, 1985)
Mikayıl Abdullayev (film, 1972)
Mir Teymur (film, 2003)
Müstəqillik yollarında. Beşinci film (film, 2005)
Müstəqillik yollarında. Birinci film (film, 2004)
Müstəqillik yollarında. Dördüncü film (film, 2004)
Müstəqillik yollarında. İkinci film (film, 2004)
Müstəqillik yollarında. Üçüncü film (film, 2004)
O dünyadan salam (film, 1992)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Sonuncu şahid (film, 2004)
Yanmış körpülər (film, 2003)
Yarımçıq təsərrüfatlar (film, 1988)
Yeddi oğul istərəm... (film, 1970)
Zirzəmi (film, 1990)


Tarix: 29.01.2013 / 13:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 431 Bölmə: Bəstəkarlar Və Müğənnilər