beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uran (repçi

İbrahimov İbrahim (Uran) — azərbaycanlı repçi.Mündəricat
1 Həyatı
2 Caspian Clan
3 Mən Də Varam
4 Hörmətlə Uran (2005)
5 Mən Də Varam 3
6 Da StreetZ
7 Rap Time
8 Mənasız Şeylər
9 Ceza-Uran konserti
10 Diskoqrafiya
11 Qaralama (mixtape)(2011)
11.1 Mənasız Şeylər (2009)
11.2 Hörmətlə Uran (2005)
11.3 Xarici keçidlər


Həyatı

Uran 1983-ci ildə Xaçmaz şəhərində doğulub. 2000-ci ilin martın 9-da ilk repini yazıb.

Cəmiyyətin iyrənc standartları, haqsızlıq, kasıb həyat tərzi, həmçinin 1994-1998-ci illərdə Xaçmazın bir gettosunda keçirdiyi illər onun yaradıcılığına böyük təsir göstərir. Replə ilk tanışlığı rus repçilərindən başlayıb. Sonrakı illərdə 2 Pac və Eminemdən təsirlənib.

Repdə ilk təxəllüsü "Mr Ib" olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. Qrup 3 nəfərdən ibarət idi: Snake, Emil və Mr.Ib (Uran). Həmin ilin aprelində qrup, "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən andeqround (underground) festivalda 4-cü yeri tutur. Qrup üzvlərinin təkibinə baxmayaraq "Mr. Ib Mc" kimi yox yalnız arxa planda - söz yazarı olmağa davam edirdi.

Mr.IB əvvəlcə ümumiyyətlə rep demək fikrində deyil, özləri söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Elə həmin il oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir.

Caspian Clan

Caspian Clan

2004, 11 yanvar: Mr Ib solo fəaliyyəti üçün Caspian Clan'ın dəvəti ilə klana 8-ci üzv kimi seçilir.

2004, 14 iyun : NickS qrupu tərk edir, beləliklə Uran grupuna son qoyulur. Qrupun adının itməməsi və qazanılan uğurları məhz Uran adı ilə davam etdirilməsi üçün Mr Ib təxəllüsünü "Uran"a dəyişir.

Bu arada Uran qrupunun Sumqayıt şəhərində lisenziyasız çox az, cəmi 20 tirajda albomu çıxmışdı. Albom "Mənasız Şeylər" adlanırdı. Alboma 9 trek daxil idi. Onlardan 6-sı Uran qrupuna, 2-si Drugs qrupuna, 1 trek isə duet Uran feat Drugs-a məxsus idi.

Mən Də Varam

2004, 10 oktyabr: Uran Mən də Varam adlı telemüsabiqəyə qatılmaq üçün digər 31 nəfərlə birgə Space Tv ilə müqavilə imzalayır. Uran bu müsabiqənin iştirakçıları siyahısına istəmədən və xəbəri olmadan, Caspian Clanın üzvü Elninonun təşəbbüsü ilə qatılır. 1 dekabrda Uran musabiqənin seçmə turunu keçir.

Mən Də Varam - 2005-ci ilin aprelində Uranın 2-ci yer tutması ilə sona çatır.

Hörmətlə Uran (2005)

Elə həmin ay Uranın "Hörmətlə Uran" adlı ilk solo albomu işıq üzü görür. Albom satış rekordları qırır. 10 trekdən ibarət bu albomda sözlər Urana, Minuslar isə Elnino, Virtual və Urana məxsus olur. Albomda çıxan Kor Zabit, Sadə qız, Hörmətlə Uran, Oğlan Ol kimi treklər 7-dən 70-ə dillər əzbərinə çevrilir. Hörmətlə Uran trekinə çəkilən klip uzun müddət Space Tv də yayımlanır.

2006 2 fevral: Uran, British Council-in təşəbbüsü ilə "Urban Culture" adı altında keçirilən Hip Hop show-da iştirak edir və 3000 nəfər önundə əsl mc'nin nə demək olduğunu sübut edir. Bundan sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

Mən Də Varam 3

2007-ci ilin aprel ayından Uran, pop, rep, xalq musiqisi, reggi, rok, caz kimi musiqi janrları arasında keçirilən Mən də Varam 3 telemüsabiqəsinə qatılır və 1-ci yeri tutur.

Da StreetZ

2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep Labeli olan Da Streetz'in tərkibinə daxil olur. Bundan sonra artiq 3 ildir üzərində işlədiyi və səbirsizliklə gözlənilən Mənasız Şeylər adlı 2-ci solo albomunun üzərində çalışmanı davam etdirir.

Rap Time

2008-ci ilin aprel ayının 20-dən etibarən - Azərbaycan teleradio məkanında bir ilk baş verir: Rap Time adlı 1 saatlıq radio veriliş həftədə 2 dəfə - cümə axşamı və bazar günləri 101.7 fm'dən canlı yayımlanmağa başlayır. Uran Rap Time'ın aparıcılarından biri olur.

Həmin ilin avqust ayında isə Ans Cm-in keçirdiyi Vətənpərvər Musiqi müsabiqəsinə "Milli düşüncə və gənclər" treki ilə qatılan Uran - 1-ci yerə layiq görülür.

Mənasız Şeylər

2009-cu il aprelin 30-da 4 ildir gözlənilən Mənasız Şeylər albomu işıq üzü görür. Heç bir böyük səsyazma studiyasının dəstəyi olmadan çıxan albom 1 ay ərzində 4476 alıcı tapır.

Albomla birlikdə www.uran.az saytı şəbəkəyə buraxılır.

Ceza-Uran konserti

2 May 2010-cu ildə Türkiyə və Avropanın ən sevilən repçilərindən biri olan Ceza Bakıda Uranla birgə konsert verir. Bu möhtəşəm hadisə hər iki repçinin səhnəyə çıxıb birlikdə freestyle etməsilə də yadda qalır. 1 millət 2 dövlət ideyası səhnədə də öz əksini tapır.

Həmin video daha sonra Türkiyənin ən sevilən hip-hop saytlarına da qoyulur və beləliklə Azərbaycan repi qardaş ölkədə adından söz etdirməyə başlayır. Eyni zamanda gələcəkdə Azərbaycan və Türkiyə repçilərinin ortaq layihələri üçün əlverişli zəmin yaranmış olur.

Gələcək planlara gəldikdə isə Uran belə deyir: Yaradıcılıq planlarım boldu; sayca 3-cü və 4-cü albomla bağlı cızmaqaralar (hətta bəzi hazır treklər), repin Azərbaycan mədəniyyəti (ədəbiyyatı) nümunələri sırasına qatılması yolunda işlər, "Repin Konsepsiyası" və "Mənim Fəlsəfəm" adlı kitablar. Azərbaycan repinin dünya rüpinə inteqrasiyası yolunda görüləcək işlər.

Diskoqrafiya

Qaralama (mixtape)(2011)
1.Deməyə Başla
2.Hip-Hop Lives feat Nigative,Fuat Ergin,L.i.f.e Long,Lilchi2co,Ali
3.İnsan İstəyi və Pul
4.Maşın Yolu
5.Ürəyin Deyir feat Helena
6.Sirli Baxışlar
7.10000 nəfər feat Bax,Virtual,Klan-A-Plan
8.Dodağında Təbəssüm Üçün feat Helena
9.Saray Şairləri (Marionet Adam Cildində)
10.İçimdə Ağrım feat Azərin (remix)
11.Alə,Kim Olmusan? feat Bax
12.Bakıdan feat Togg.Da.Boss

Mənasız Şeylər (2009)
1.Gəlirəm (Intro)
2.Efirə Salam
3.Milli Duşüncə və Gənclər
4.Külək (ft. Həkim & Elnino)
5.Uran Axtarışdadır Artıq
6.Körpələrə Pis Nümunə (ft. Leyla)
7.Mənim Fəlsəfəm
8.Sadə Qız 2 (Sadə Hekayənin Sonu)
9.Skit (Radioaktiv Element)
10.Da Streetz (ft. A.Nağılbaz, Virtual, Həkim & Master T)
11.Səninlədi Bu Qaqaş (ft. Elnino)
12.Metro
13.Şeytanla Görüş
14.Bağla Ağzıvı (ft. Anar Nağılbaz)
15.Yaşasın, Ya Ölsün
16.Küçə Məcəlləsi
17.Açıq Mikrofon 2 (ft. Ali & Virtual)
18.Ana Laylası
19.Öz Yoluvu Bil (Outro)

Hörmətlə Uran (2005)
1. Açıq mikrofon ft. Virtual
2. Həyat gülməlidir
3. Hörmətlə Uran
4. Kor zabit
5. Oğlan ol
6. Qəlbimin Harayı ft. Elnino
7. Repə Qulaq Asın
8. Sadə Qız
9. SVDM
10. Valideyin


Tarix: 28.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 528 Bölmə: Bəstəkarlar Və Müğənnilər