beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sofo Nijaradze

Sofo Nijaradze (Gürcücə: სოფო ნიჟარაძე; Rusca: София Нижарадзе; 6 Fevral 1986) - gürcü müğənni və aktrisa. 2010 Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı təmsil edib.[1][2][3]Mündəricat
1 Həyatı
2 Albomlar
3 İstinadlar
4 Xarici keçidlər


Həyatı

Sofo Nijaradze Tiflisdə anadan olub və Dövlət Musiqi Akademiyasını fəxri diplomla bitirib. Bir neçə beynəlxalq müsabiqələrdə, o cümlədən Mini La Skalada "Bravo, Bravissimo!", Moskvada "Crystal Note" və Gürcüstanda "Crystal Fur-tree" kimi məşhur müsabiqələrdə iştirak edib. 2001-ci ildə o Gürcüstan Dövlət Filarmoniyasının solisti olub. Sonra Moskvaya gedərək Moskva Dövlət Teatr və İncəsənət Akademiyasının "Romeo və Culietta" tamaşasında iştirak edib. 2005-ci ildə Yurmalada keçirilən "Yeni dalğa" müsabiqəsində də iştirak edən Gürcüstan təmsilçisi burda da uğur qazanıb. Müğənni Rusiya Gürcüstan problemlərinə etiraz olaraq sonradan Moskvanı tərk edib.[4]

Albomlar
Svadba Soek Original Cast Recording (2003)
Musical Romeo & Juliette "Ot Nenavisti Do Lubvi" Original Cast Recording (2005)
Where are you... (2008)


Tarix: 28.01.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Bəstəkarlar Və Müğənnilər