beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevil Əliyeva

Sevil Heydər qızı Əliyeva — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti[1], Bəstəkar, Space Televiziyasının qurucusudur. Londonda yaşayır.Mündəricat
1 Həyatı
2 Ailəsi
3 Filmoqrafiya
4 İstinadlar


Həyatı

Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil almışdır.

1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirmişdir.

1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdur.

1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə etmişdir. Tarix elmləri namizədidir.

1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olmuşdur.

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.[2]

Ailəsi

Ailəlidir, 3 övladı var.
Heydər Əliyevin qızıdır.
Zərifə Əliyevanın qızıdır.
Əziz Əliyevin nəvəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır.

Filmoqrafiya
Ömür və tale. V film (film, 1998)
Heydər Əliyev. Üçüncü film. Moskva. Kreml (film, 1999)
Əliyevin əli (film, 2000)
Heydər Əliyev. Beşinci film. Tale (film, 2000)-Arxiv kadrlar (şəkil) (Qısametrajlı Sənədli-Bədii Film)
Sabaha inamla. I film (film, 2001)
Sabaha inamla. II film (film, 2001)
Sabaha inamla. III film (film, 2002)
Azərbaycan naminə (film, 2005)-Arxiv kadrlar (şəkil) (Qısametrajlı Sənədli Televiziya Filmi)
Əbədiyyət elçisi (film, 2005)-Arxiv kadrlar (Sənədli Serial)
Böyük ömrün anları (film, 2006)-Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)
Bakı bağları. Zirə (film, 2007)-Musiqisindən İstifadə edilən Bəstəkar kimi ("Ana" mahnısının musiqisi) (Qısametrajlı Sənədli Televiziya Filmi)
Əbədiyyət (veriliş, 2007)-Arxiv kadrlar (Silsilə Televiziya Verilişi)
Mənə inanın! (film, 2007)-Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
Ömür və Tale. I Film (film)
Ömür və Tale. II Film (film)
Ömür və Tale. III Film (film)
Ömür və Tale. IV Film (film)
Xilaskar. III Film (film)-Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)


Tarix: 28.01.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 352 Bölmə: Bəstəkarlar Və Müğənnilər