Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Led Zeppelin

Led Zeppelin — ingilis rok qrupu. BBC tərəfindən "Rok tarixinin ən təsirli qruplarından biri" kimi dəyərləndirilmişdir. Qrup 4 nəfərdən ibarət olmuşdur: Cimmi Peyc (gitara), Con Bonham (baraban), Con Paul Cons (bas gitara), Robert Plant (solist).

1968-ci ildə yaradılan qrup əsasən hard rok, həvi metal musiqi üslubunda mahnılar ifa etsə də, blyuz, rokabilli, saul, fank kimi musiqi üslublarına və hətta kelt, hind, ərəb və latın musiqisinə də müraciət etmişdir. 1980-ci ildə Con Bonham öləndən sonra qrup dağılsa da, o indinin özündə də rok musiqisi tarixinin ən görkəmli qruplarından biri kimi yad edilir.

Qrupun bu günə qədər 300 milyon nüsxəylə albomları satılmışdır. Təkcə ABŞ-da bu göstərici 109,5 milyondur (bu, ABŞ-da Bitlz və Elvis Preslidən sonra üçüncü albom satışı göstəricisidir.

«Stairway to Heaven» də daxil olmaqla ən məşhur mahnılarından bəziləri: «Rock and Roll», «Black Dog», «Heartbreaker», «Living Loving Maid», «Immigrant Song», «Kashmir», «Dazed and Confused», «Misty Mountain Hop »,« Whole Lotta Love »,« Communication Breakdown »,« Achilles Last Stand », «Fool in the Rain», «Moby Dick», «When the Levee Breaks», «No Quarter», «Good Times, Bad Times» və «The Song Remains The Same».

Led Zeppelinin adı olmayan dördüncü albomunun qapağında qrup üzvlərinin imza olaraq istifadə etdiyi dörd mistik şəkil var: John Bonham bir-birinə bağlı üç çevrədən ibarət olan şəkli; John Paul Jones özünə inam və ustalığı təsvir edən Kelt şəklini; Robert Plant sivilizasiyasının bir şəklini; və Jimmy Page də "Zoso" olaraq deyilən sirrli şəkli. Sözləri İngilis mistik ədəbiyyatının məşhur qadın yazıçılarından Lewis Spence'in "The Magic Arts in Celtic Brain" adlı kitabından təsirlənən Robert Plant tərəfindən yazılan və əlində mistik gücləri olan fövqəltəbii bir qadının ruhi axtarışlarını ehtiva edən və bütün zamanların ən böyük rok mahnılarından biri olaraq xarakterizə edilən «Stairway to Heaven» mahnısı bu albomda yer almaqdadır.

Ən məşhur mahnıları
"Stairway to Heaven"
"Rock and Roll"
"Black Dog"
"Heartbreaker"
"Living Loving Maid"
"Immigrant Song"
"Kashmir"
"Dazed and Confused"
"Misty Mountain Hop"
"Whole Lotta Love"
"Communication Breakdown"
"Achilles Last Stand"
"Fool in the Rain"
"Moby Dick"
"When the Levee Breaks"
"No Quarter"
"Good Times, Bad Times"
"The Song Remains The Same"

Diskoqrafiya:

1969 Led Zeppelin II Led Zeppelin

1970 Immigrant Song Led Zeppelin III

1971 Led Zeppelin IV

1973 Houses Of The Holy

1975 Physical Graffiti

1976 Presence The Song Remains The Same

1979 In Through The Out Door

1982 Coda

1990 Led Zeppelin

1992 Led Zeppelin Remasters

1993 The Complete Studio Recordings

1997 BBC Sessions

1998 Star Profile

1999 Early Days

2000 Latter Days


Tarix: 26.01.2013 / 13:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...