beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəmərülmülk Vəziri

Qəmərülmülk Vəziri (1905-1959) – İranın ilk qadın müğənnilərindən biri.

Həyatı

Qəmərmülk 1905-ci ildə Qəzvin vilayətinin Takestan şəhərində anadan olmuşdu. Kiçik yaşlarında valideynlərini itirmişdi. Nənəsi Molla Xeyrənsə xanımın himayəsində böyümüşdü. Molla Xeyrənsə onu özü ilə aşura məclislərinə aparırdı. Burda o, ilk dəfə rövzəxanlıqla tanış olur. Evdə bu stildə oxumağa başlayır. Gözəl səsini duyan qonşular ona Tehrana getməyi tövsiyə edirlər. Qəmərülmülk Tehranda tez bir zamanda məşhurlaşır. Toylarda oxuyan Qəmərülmülkü ney ustası Mürtəza Neydavud kəşf edib cilalayır. Ona İran musiqisinin dərinliklərini öyrədir. Onu opera və teatrlara dəvət edirlər. Laləzarda yerləşən Kinostudiya onu filmlərdə görmək istəyir. Mədəni tədbirlərə yolu açılan Qəmərülmülk məşhur şair və bəstəkarlarla tanış olur. Milli Radio onun konsertlərini təşkil edir. Qəmərülmülk İran mədəniyyət və musiqi tarixinə öz adını qızılı hərflərlə yazdırıb.

Qəmərmülk Vəziri 6 avqust 1959-cu ildə vəfat edib.


Tarix: 27.01.2013 / 15:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Bəstəkarlar Və Müğənnilər