beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kurt Kobeyn

Kurt Kobeyn (d. 20 fevral 1967 - ö. 5 aprel 1994) - musiqiçi, bəstəkar. Vendy və Donal Cobainin oğlu Kurt Hoquimda dünyaya gəldi.Kurt 6 aylıq olanda Ailəsi Aberdenə köçdü və Kurt orada böyüdü.Kurtun 8 yaşı olanda onun atası ilə anası boşandı.Sonaralar anasının dediyinə görə bu hadisə Kurtun depressiyalarının başlanğıcı idi.

9 yaşına qədər ancaq " Beatles "ə qulaq asan Kurt, atasının studiyaların birində işləməsi ilə birlikdə Led Zeppelin , Black Sabbath və Kiss -ə qulaq asmağa başlayır.16 yaşında olanda Melvines qrupu ilə qrupu ilə əlaqə saxlamağa başlayır.Bundan sonra isə gitara çalmağa başlayır.Anası Kurtu evdən qovur.Səbəb olaraq isə normal bir iş görmək əvəzinə gitaraya olan həvəsini görsədir.

Hərdən bir Punk qruplara qoşulur və mahnı sözləri yazır. 1986 cı ildə bas gitarada ifa edən Krist Novoseliçlə " Nirvana "nı yaradır və " grunge rok " musiqi ifa etməyə başlayır.İlk albomu olan "Bleach"ı çixardana qədər Kurt müxtəlif barabanşiklərlə işləyir.Sonralar Guns’n’Roses və Cher’in de şirkətləri ilə müqavilə imzalıyırlar.Bundan sonra qrup neçə vaxtdır ki, axtardığı barabanşiki Dave Grohl -u tapır. Dave Grohl un qrupa qoşulması ilə NİRVANA mükəmməl bir üçlük olur.

Gitara çalmaq, söz yazmaq və musiqi ifa eləmək çox gözəl idi, ancaq Kurt məşhur olmaq istəmirdi.İnsanların həddindən artıq marağı onu sıxırdı və ona bu cür şeylər çox mənasız gəlirdi.Buna görə də o bəzən fanatları ilə pis rəftar edirdi.Bir müddətdən sonra Kurtun problemlərinə biri də əlavə olundu.Mədə ağrıları.Bu ağrıları sakitləşdirmək üçün istifadə etdiyi eroin .Həmdə onun səbəbi bəlli olmayan kürək ağrıları və bəzən səhnə arxasında belə yuxulamasına səbəb olan narkolepsiya xəstəliyi var idi.


Kurt Cobain:İllərcə narkoman olduğum üçün günahkar sayıldım.Ancaq illərdir ağır mədə ağrılarım var və bu ağrılar mənim qastrollarımı çox çətin bir vəziyyətə salır.İnsanlar məni bir küncdə tək və ümidsiz oturan halda görürlər.Bu vəziyyət mədə ağrılarıma görə idi.Yediyim yeməkləri qusmamağa çalışırdım.3 həftə eroindən istifadə etdim.Sonra özümə gəlmək üçün təmizlənmə əməlliyatı keçirdim.Bu doğurdanda çox böyük bir vaxt aldı.Təxminən 1 ay. 1989-cu ildə Avropa türnivasının axırlarına yaxın Romadakı bir konsertdə əsəb gərginliyi keçirtdi.4 və ya 5 mahnıdan sonra səhnədəki qurğunun üstünə aşağı tullanmaq üçün çıxdı.Cangüdənlər panikaya düşmüşdü və hamı ona aşağı düşməsi üçün yalvarırdı.Kobain yuxarıdan bunları qışqırırdı: Yox yox ancaq bir dəfə yerə kəllə vurmaq istəyirəm.


Aydındır ki doğurdanda o artıq dözmə sərhəddini keçmişdi. O hələ də narkotikanı istifadəyə davam edirdi.Sonradan o xəstəxanaya müalicə üçün aparıldı.Onun bədəni narkotikadan təmizlənərkən, xəstəxananın digər palatasında Kurtun xanımı Courtney Love doğurdu.1992 ci il 18 avqustda Kurtun qızı Frances Bean dünyaya gəldi.Bundan sonra Kurt stresslərdən uzaqlaşmaq üçün qrupdan bir müddətlik aralanmağ istədiyini bildirdi.Grohl və Novoselic bu sözləri hörmətlə qarşıladılar və qrupp bir müddətliyinə ara Verdi. 1993 cü il Aprel ayının 9 da Makedoniya da zorlanmaya məcbur qalanlar üçün konsert verdilər.Oktyabr ayında qrupa Pat Smear qoşuldu. Smear Kurta bir az da olsa müsbət enerji verirdi.3 aylıq Amerika turnivasından sonar Nyu-Yorkda MTV kanalı üçün UNPLUGGED konsert verdilər.bu konsertə Kurt seçmə mahnılar ifa elədi.Onu seçdiyi mahnılar əsasən ölüm və şöhrət haqqında idi. 1994 cü ildəki Avropa turnivasından sonra qrup üzvləri Amerika ya qayıtdığı halda Kurt Roma ya gəldi.1994 cü ilin 4 martında yaşadığı bir otel otağında qanuni və güclü təsirə malik RAİPNOL yuxu dərmanı ilə Şampanı bir birinə həddindən artıq qarışdırdığı üçün komaya girdi.Amma ərini görmək üçün otağa daxil olan Courtney Love onu ölümdən xilas edə bildi. Bu hadisədən sonra Kurt təzədən narkotika müalicəsi aldı.Xəstəxanadan çıxandan sonra Seatla gəldi və ov tüfəngi ilə birlikdə bir otağa girdi və qapını bağladı.18 mart axşamı Cortney evə çağırdığı polislərə belə dedi: Kurt otağa girib və qapını da kilidləyib.Onun yanında tüfəng də var o özünü öldürəcək.Cobain isə polislərə arvadından uzaq qalmaq üçün belə etdiyini və özünü öldürmək istəmədiyini bildirdi.Polislər onun arvadını sorğu sual edəndə isə o belə dedi:Mən əslində onu silahla görməmişəm və o mənə intihar edəcəyini deməyib.Polis evi axtardığında evdə 4 tüfəng, 25 qutu mərmi, 38 kalibrlıq əl tapancası , 1 dənə Colt AR-15 yarı avtomatik tüfəng və müxtəlif narkotik vasitələr tapdı. Kurt arvadı ilə Los Angelos dakı narkotikləri müalicə mərkəzinə getdi amma orada 48 saat qaldıqdan sonra çıxdı. Kurtun anası Vendy O"Connor polisə oğlunun 6 gündür itgin düşdüyündən qorxduğunu dedi və polisə xəbər verir.Kobain doğurdanda 6 gün idi ki itgin düşmüşdü. 1994 cü il 8 apreldə Kurtun cəsədi Seatldəki evinin qarajının üstündəki otaqda tapıldı.Cəsədin yanında şəxsi əşyalarla bərabər intihar məktubu da tapıldı.

Bu hadisə Cobain ailəsindəki birinci intihar deyildi.Bu hadisədən əvvəl də Kurtun qohumlarından bəziləri intihar etmişdilər.Xatırladım ki, bu intihar məşhurlar arasında birinci deyildi.Kurtdan əvvəl Jimi Hendrix, Janis Joplin və Jim Morrison kimi rock musiqiçiləri də intihar etmişdilər.Hadisədən sonra Courtney Love diqqət mərkəzindən yayınmaq üçün Kurtun ailəsindəki intiharları misal gətirdi və bu ailənin uğursuz olduğunu dedi. Cəsədin tapılmasından 2 gün sonra cəsəd yandırıldı.Bundan sonra isə 10000 mindən çox Kurt Kobain sevər Seatla gəldi. Bu vaxt Courtney Love Kurtun intihar məktubunu oxudu.Təbii ki ancaq özünə sərf edən yerlərini oxudu.

İntihar məktubu:

Uşaqca şikayətləri olan, yorulmuş, təcrübəli bir axmaq kimi bu məktubu yazıram.Məncə bu yaxşı başa düşülən bir məktub olacaq. Artıq uzun illərdir ki, oxuyub yazmaqla bərabər qulaq asmaq və yaratmaqda olduğu kimi həyəcan ala bilmirəm. Bunun üçün buraya yaza bilmədiyim bir günahkarlıq hiss edirəm.Məsələn: Səhnədə olanda və işıqlar sönəndə insanların qışqırıqları pərəstişkarı olduğum və qısqandığım Freddy Mercuri yə təsir edən kimi mənə təsir etmədi.Bu həqiqətdir.Sizin heç birinizi axmaq yerinə qoymaq istəmirəm.Bu nə sizin nə də mənim üçün ədalətli olmazdı.Məncə ən böyük günah insanlara yalan danışıb özümü həddindən artıq əylənirmiş kimi göstərmək olardı.Hərdən səhnəyə çıxmamışdan qabaq saatı yumruqlayıb zamanı dayandırmaq istəyirdim. Çox çalışdım ki, bunlara dəyər verim.Amma bunu nə qədər elədimsə heç bir xeyri olmadı.Mənim və ya bizim bir çox insanı təsirləndirdiyimiz və əyləndirdiyimiz həqiqətinə hər zaman hörmət edirəm. Mən çox həssasam. Uşaq vaxtı sahib olduğum həvəsi yenidən qaytarmaq üçün bir az yatmağa ehtiyacım var.Son üç konsertimizdə şəxsən tanıdığım insanlara və musiqimizi sevənlərə doğurdanda çox yüksək qiymətləndirdim amma hələ də hamıya qarşı hiss elədiyim əsəbiyyət və günahkarlığı özümdən uzaqlaşdıra bilmədim.Hamınızın daxilində bir yaxşılıq yatır və mən insanları doğurdanda çox sevirəm.O qədər çox sevirəm ki bu məni bədbaxt edir.Ehtiras və anlayış andı içən cazibəli bir arvadım və mənim əvvəlki vaxtlarımı xatırladan bir qızım var.Hər kəsi öpən bu nəşəli uşaq ona heç kimin zərər verməyəcəyini çox gözəl bilir.Francesin özünə zərər verən ölü bir rokçu olduğumu düşünəcəyini fikirləşəndə dəli oluram.Yeddi yaşından bəri insanlara ümumilikdə nifrət edirəm.Ancaq ona görə nifrət edirəm ki insanlarla yola getmək çox asan görsənir.Anlayış! Məncə insanları çox sevdiyim və onlara çox yazığım gəldiyi üçün buda bəs edər.Keçən illərdə məktublarınız və maraqlandığınız üçün mədə ağrısı cəhənnəmindən hamınıza təşəkkür edirəm.Hal hazırda çox qərarsız və ümidsizəm.Artıq əvvəlki həyəcanımdan əsər belə qalmayıb.Bunu isə yadınızdan çıxartmayın:Sönüb qalmaqdansa yanmaq daha yaxşıdır.Sülh, sevgi və anlayış ümidilə ……

Frances və Courtney mən həmişə sizin yanınızda olacam….

Xahiş edirəm Courtney üçün davam et….

Mən olmadan daha xoşbəxt olacaq qızımın həyatı üçün….


Tarix: 26.01.2013 / 13:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 796 Bölmə: Bəstəkarlar Və Müğənnilər