beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Herbert fon Karayan

Herbert fon Karayan (alm. Herbert von Karajan; 5 aprel 1908, Zaltsburq, Avstriya-Macarıstan — 16 iyul 1989, Anif, Avstriya) — avstriyalı dirijor. 35 il müddətinə Berlin filarmonik orkestri ilə birlikdə çalışmışdır. Özündən sonra ən geniş diskoqrafiyalardan birini miras qoymuşdur.Mündəricat
1 Genealogiyası
2 Karayan və səsyazma
3 NSDAP-yə üzvlüyü
4 Xarici keçidlər
5 İstinadlar


Genealogiyası

Karayanlar nəsli yunan-makedon[1][2] və ya Devid Binderin iddiasına görə arumın mənşəlidir[3] və Makedoniyadan gəlmişlər. Herbert fon Karayanın babası Georgios Yohannes Karayannis Osmanlı imperiyasının Rumeliya vilayətinin (indiki Yunanıstan ərazisi) Kozani şəhərində doğulmuş və 1767-ci ildə Vyanaya, sonradan isə Saksoniyanın Xemnits şəhərinə köçmüşdür. O və qardaşı Saksoniyada parça sənayesinin inkişafında böyük rol oynamış və xidmətləri qarşılığında Fridrix III Avqust tərəfindən 1 iyun 1792-ci ildə hər ikisinə əsilzadə titulu verilmişdir. Soyadlarındakı "fon" hissəciyi bundan irəli gəlir. Karayannis soyadı isə Karayan şəklinə düşmüşdür.

Karayan və səsyazma

Herbert fon Karayan 1980-ci illərdə yeni yaranan kompakt-disk texnologiyası əsasında rəqəmsal səs yazılarının məşhurlaşmasında mühüm rol oynamışdır. Həmçinin iddialara görə əvvəllər 60 dəqiqəlik olması nəzərdə tutulan kompakt-disklərin fon Karayanın xahişi ilə Bethovenin 9-cu simfoniyasının yerləşə bilməsi üçün 74 dəqiqəlik olmasına qərar verilmişdir.[4]

NSDAP-yə üzvlüyü

Herbert fon Karayan 1941-ci ildə səhnədə

1933-1945-ci illərdə nasist partiyasının üzvü olması onun haqqında mənfi reputasiya formalaşdırmışdı. O partiya mənsubiyyətini inkar etməyə cəhdlər etsə də, sənədlər bunun əksini sübut edirdi.[5] Hətta 1938-ci ildə Yozef Gebbels onun haqqındakı məqaləsini "Möcüzəvi Karayan" adlandırmışdı. Gerinq və Gebbelsin sevimlisi olan Karayan bir çox konsertlərini nasist Almaniyasının hərbi marşlarından olan "Hörst Vessel" mahnısı ilə açardı. İsaak Stern və İtsxak Perlman kimi musiqiçilər onunla eyni konsertə çıxmaqdan imtina edirdilər.

Xarici keçidlər
VikiMənbədə Herbert fon Karayan haqqında mediafayllar var
Herbert fon Karayan mərkəzinin saytı
Herbert fon Karayan haqqında ingilisdilli sayt (ing.)
Osborne R. Herbert von Karajan. A Life in Music Northeastern University Press, Boston, 2000
Vaughan R. Herbert von Karajan. A Biographical Portrait W.W.Norton&Company, New York, London, 1986
Robinson P.E. Herbert von Karajan. The Maestro as Superstar iUniverse, Inc. New York, 2007
Ernst Haeusserman: Herbert von Karajan. Biographie. Goldmann, München 1983, ISBN 3-442-33100-5. (alm.)


Tarix: 25.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 312 Bölmə: Bəstəkarlar Və Müğənnilər