beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Enrike İqlesias

Enrike Migel İqlesias Pleysler (isp. Enrique Miguel Iglesias Praysler) — ispan müğənni, bəstəkar və prodüser, 116 platin, 227 qızıl diskin və 26 beynəlxalq mükafatın sahibi. Məşhur ispan müğənnisi Hulio İqlesiasın oğludur.

Həyatı

Enrike İqlesias 1975-ci il mayın 8-də Madriddə anadan olmuşdur. Anası İzabel və atası Hulio ayrıldıqdan sonra Enrike bir müddət anası ilə yaşamışdır. Babası quldurlar tərəfindən oğurlandıqdan sonra anası 10 yaşlı Enrikeni atasının yanına - Mayamiyə göndərmişdir. O, burada universitetdə təhsil almış, lakin onun musiqiyə olan həvəsi və qüruru onu atasının evini tərk etməyə məcbur etmişdir. Özünə mənzil tutaraq, axşamlar kiçik bir restoranda mahnı oxuyur və ailəsindən xəbərsiz ilk albomu üçün mahnılar yazır. Hətta ilk albomunu 20 yaşında çıxarmasına baxmayaraq, albomu üçün mahnıları hələ 16 yaşında ikən yazmağa başlamışdır. Atasının şöhrətinə arxalanmağı sevməyən Enrike çox qürurlu idi və o bu albomu onun köməyi olmadan çıxartmışdı. 1995-ci ildə işıq üzü görən və "Enrique Iglesias" adlanan bu ilk albom elə ilk həftədən rekord sayda - yarım milyon tirajla satıldı. Bundan sonra da o, karyerasına uğurla davam etdi. Onun ən uğurlu hitlərindən biri Uill Smitin "Wild, Wild West" filmi üçün saundtrek olaraq yazılmış "Bailamos" mahnısıdır.

Enrike İqlesias

Enrike İqlesias zəngin və məşhur olmasına baxmayaraq, onun çox adi hobbiləri var. O, öz vaxtını məktəb yoldaşları və 2 iti ilə keçirməyi xoşlayır. Onun 2 ədəd "Porsche" markalı avtomobili var və o, bu avtomobillərdə Mayamini gəzməyi çox sevir. Onun ən sevdiyi yeməklər - hamburger, hot-doq və pizzadır.

Hazırda Mayamidə yaşayır. Rus tennisçisi Anna Kurnikova ilə birlikdədir.


Tarix: 25.01.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Bəstəkarlar Və Müğənnilər