beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elli Miçiyeva

Elli Miçiyeva (d. 6 iyun 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni. 5 yaşından Almaniyada yaşayır. Müxtəlif müsabiqələrə qatılıb, Almaniyanın Popstar TV Şou-da final mərhələsinə çıxıb.[1] 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün yarımfinalda iştirak edib.Mündəricat
1 Karyerası
2 Eurovision
3 Hazırki işi
4 İstinadlar


Karyerası

Elvira Qriqoriy Mişeova 1987-ci il iyunun 6-da Bakıda anadan olub. Sovet hakimiyyəti vaxtlarında ailəsi ilə birgə Almaniyaya köçüb və bu günə qədər də orada yaşayır. Beş yaşından Almaniyada yaşayan Elli müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edib. O, həmçinin Almaniyada yaradıcılıq fəaliyyəti dövründə rok, pop və başqa mahnı janrları ilə məşğul olub. Ellinin, Azərbaycanda yaradıcılıq fəaliyyətinə 2009-cu ildən başlayıb. Yalnız rəsmi olaraq 2009-cu ilin payızında Bakıya gəlib və bəstəkar İsa Məlikov ilə müqavilə imzalayıb.[2] Onun bu yaxınlarda Almaniyada yeni musiqi albomu işıq üzü görəcək.

Eurovision

Elli 2010-cu ildə Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçimlərə qoşulub. Yarımfinala çıxan Elli 2 fevralda keçiriləcək yarımfinal mərhələsində "Up up" mahnısı ilə yarışıb amma finala çıxa bilməyib. [3][4] Lakin finala çıxa bilməyib.[5]

Hazırki işi

2011-ci ildə Ellinin azərbaycanlı reper Elşad Xose ilə dueti oldu. Çıx get mahnısına Bakıda HD formatlı klip çəkildi.


Tarix: 24.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Bəstəkarlar Və Müğənnilər