beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Devid Brayan

Devid Brayan (ing. David Bryan; əsl adı David Bryan Rashbaum) — ABŞ musiqiçisi. Bon Jovi qrupunun pianoçusu.

Devid Brayan Raşbum 7 fevral 1962-ci ildə Nyu Cersidə doğulmuşdur. 7 yaşında piano çalmağa başladı. Edison'daki J.P. Stevens liseyindən məzun oldu. Culliard'da professor olan Emery Hack ilə 13 il işləyən musiqiçin atası Eddi Raşbum trompet çalırdı.

1983-ci ildə Con Bon Covi, Mercury Records ilə albom razılaşması etdikdən sonra liseydən bəri dostu olan Devidi qrupa çağırması ilə Culliard'dakı təhsilini yarıda buraxdı və Devid, Bon Jovi qrupunun bir pianisti olaraq yoluna davam etdi.

90-cı illərin sonlarında, Brayan evdə bir mişar qəzasında az qala barmaqlarını itirmişdi. 1 il davam edən reabilitasiya və müalicənin ardından, Brayan barmaqlarını hərəkət etdirmə bacarığını yenidən qazandı və piano çalmağa davam etdi.

Diskoqrafiya

Solo albomları
1991 - Netherworld
1995 - On a Full Moon
2000 - Lunar Eclipse


Tarix: 24.01.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Bəstəkarlar Və Müğənnilər