beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Devid Boui

Devid Boui (ing. David Bowie; d. 8 yanvar 1947) - "Qlam Rokun Kralı" ləqəbli ingilis müğənni, bəstəkar, aktyor və prodüser. Musiqidə 50 ildə çox olan uğurları sayəsində tarixdəki ən mühüm müğənnilərdən biri olub, bir çox müğənniyə nümunə olduğu kimi 140 milyon ətrafı satış ilə tarixdə ən çox satmış müğənillərdən biri kimi göstərilir. Rolling Stones Jurnalı tərəfindən tarixdəki ən yaxşı müğənnilərdən biri seçilən Boui, MTV və Blenderin sorğusundada tarixdəki ən yaxşı 15 səsdən biri seçildi. Səs tipi baritondur.

Vətəni İngiltərədə Space Oddity mahnısı ilə diqqətə gəlib amma Amerikadakı çıxışı Fame mahnısı ilə olub. Bu ərəfələrdən Life on Mars?, Let’s Spend the Night Together, Velvet Goldmine, Oh! You Pretty Things kimi məşhur mahnılar çıxartdı və The Man Who Sold the World adlanan albomu musiqi kritiklərindən yüksək ballar topladı. Bu vaxtlar fərqli geyim stili, ağır səsi ilə diqqət çekirdi. O kariyerasının zirvəsinə 1980-ci ildə Scary Monsters albomu ilə çıxdı. Bir müddət Tin Machine adlanan qrup qurdu ancaq uğursuz olduğundan təkrar solo olaraq kariyerasına dəvam etdi. Bouinin ən mühüm düeti Queen qrupu ile olan "Under Pressure" hesab olunur.

Boui həmçinin kinokritiklər tərəfindən aktyorluqda ən uğurlu işlər görmüş musiqiçilərdən biri hesab olunur. Baskiyada Endi Varxol olunda oynamasından əlavə Aclıq və Prestij filmərindəki qısa rollarını belə yadda qalan bir şəkildə olduqca yaradıcı bir performansla canlandırmışdır.

Devid Boui iki dəfə evlənib. İlk evliliyindən Dunkan Cons adlı bir oğlu var və o rejissordur. İkinci və hal hazırda İman Əbdülməjid adlı maneken ilə evlidir. Onların Aleksandria Zəhra adlı bir qızları var.

O, 2003-cü ildə İngiltərə Kraliyəti tərəfindən ona təklif onun ser titulunu geri çevirmişdir. Boui 2008-de ömürlük uğurlarına görə xüsüsi Qremmi mükafatı aldı.

Boui kariyerası boyunca onlarca məşhur müğənniyə nümünə olmuş və üzərlərində təsir buraxmışdır. Bunlar arasında Madonna, Lady GaGa, Corc Maykl, Mott the Hople, Lou Rid, New York Dolls, The Sex Pistols, Geri Numan, Pulp bunlar arasındadır.a


Tarix: 24.01.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 486 Bölmə: Bəstəkarlar Və Müğənnilər