beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barri Uayt

Barri Uayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re the First, the Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi.

Həyatı

Barri Uayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.[1]

Musiqiçi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlayır. Müğənni kimi 70-ci illərdə disko stilindəki mahnıları ilə uğur qazanmağa başlayır.

Uzun illər hipertoniyadan əziyyət çəkən Uayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və iyul ayının 4-də vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.

DiskoqrafiyaİlAlbomŞirkət
1973I’ve Got So Much to Give20th Century
1973Stone Gon'20th Century
1974Can’t Get Enough20th Century
1974Together Brothers20th Century
1975Just Another Way to Say I Love You20th Century
1976Is This Whatcha Wont?20th Century
1976Let the Music Play20th Century
1977Barry White Sings for Someone You Love20th Century
1978My Musical Bouquet20th Century
1978The Man20th Century
1979I Love to Sing the Songs I Sing20th Century
1979Super Movie Themes: Just a Little Bit Different20th Century
1979The Message Is LovePriority
1980Sheet MusicUnlimited Gold
1981Barry & GlodeanPriority
1981Beware!Epic
1982ChangePriority
1983DedicatedPriority
1987The Right Night & Barry WhiteA&M
1989The Man Is Back!A&M
1991Put Me in Your MixA&M
1994The Icon Is LoveA&M
1999Staying PowerPrivate Music
2000Your Heart and Soul: The Love AlbumPrism Leisure
2007An Evening with Barry White [live]Eagle


Tarix: 24.01.2013 / 18:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 426 Bölmə: Bəstəkarlar Və Müğənnilər