beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülxar Həsənova

Həsənova Gülxar İbrahim qızı (10 dekabr, 1918) — opera müğənnisi (soprano), Azərbaycan Respublikasının xalq artisti (1982).Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı (Şəmkir) kəndində anadan olmuşdur. Bakı Teatr Texnikumunda oxumuş (1935-1937), ADU-nu bitirmişdir (1959).

G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936-1942). Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqudur.

Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədir. G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.
Aktyor Ağadadaş Qurbanovun həyat yoldaşıdır.
Aktyor Hamlet Qurbanovun anasıdır.

Filmoqrafiya
Böyük ömrün anları (film, 2006)
Gecə qatarında qətl (film, 1990)
Xoşbəxtlik qayğıları (film, 1976)
Məkanın melodiyası (film, 2004)
Min birinci söz (film, 1997)
Son tamaşa (film, 1989)
Yollar görüşəndə... (film, 1979)
Zirzəmi (film, 1990)


Tarix: 21.01.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Bəstəkarlar Və Müğənnilər