beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağaxan Abdullayev

Xanəndə

Həyatı

Abdullayev Ağaxan 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almışdır.

1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil almışdır.

1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2002-ci ildə "Humay" Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.

Filmoqrafiya
Ver sözə ehya ki... (film, 1989)
Dağıdılmış körpülər (film, 1996)
Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-filmdə iştirak edən
Küçələrə su səpmişəm (film, 2004)
Ağaxan (film, 2006)
Bakı bağları. Nardaran (film, 2007)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Muğam (veriliş, 2007)
Əslində Ağaxan Abdullayev (2005)


Tarix: 12.01.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 552 Bölmə: Bəstəkarlar Və Müğənnilər