beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir boyaxana dükanı açıb boyaqçılıq eləməyə başlayır.

Molla bir boyaxana dükanı açıb boyaqçılıq eləməyə başlayır. Günlərin
birində bunun dükanına bir adam gəlib bir paltarlıq gətirir ki:
– Molla, bunu bir yaxşı boyarsan.
Molla deyir:
– Baş üstə! Hansı rənglə boyuyum?
Müştəri deyir:
– Elə rənglə boya ki, dünyada olan rənglərdən olmasın.
Molla soruşur:
– Necə yəni dünyada olan rənglərdən olmasın
Müştəri deyir:
– Yəni nə qırmızı olsun, nə qara olsun, nə göy olsun, nə sarı olsun,
nə yaşıl olsun, nə də ki ağ olsun.
Molla baxır ki, müştəri bunu ələ salıb. Deyir:
– Çox gözəl. Boyayaram, özü də lap sənin kefin istəyən kimi.
Müştəri görür ki, deyəsən kələk baş tutub, sevincək soruşur:
– Yaxşı, nə vaxt gəlib aparım?
Molla deyir:
– Elə gün gəl ki, nə şənbə olsun, nə bazar olsun, nə bazar ertəsi olsun.
Nə tək olsun, nə çərşənbə olsun, nə cümə axşamı olsun, nə də cümə
günü olsun.


Tarix: 02.06.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Azeri Letifeler