beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində Molla gücünü biləyinə yıgıb bir ev tikdirmək istəyir.

Günlərin birində Molla gücünü biləyinə yıgıb bir ev tikdirmək istəyir.
Tanışlar hərəsi gəlib öz məsləhətini deyir. Molla da heç kəsin
ürəyini sındırmayıb hamının göstərişini qəbul eləyir. Ev tikilib
qurtarır. Ortalıga elə qəribə bir şey çıxır ki, evdən başqa hər şeyə oxşayır.
Ev hazır olandan sonra Molla təzə evdə bir qonaqlıq verib, haman
adamların hamısını çağırır. Elə ki, hamı yıgılır, Molla soruşur:
– Hə, necədi. Ev xoşunuza gəlirmi?
Hərə burnunu bir tərəfə çevirib, dodağını sallayır. Heç kəsin xoşuna
gəlmədiyini görən Molla deyir:
– Bu, sizin istədiyiniz evdi ki, heç birinizin xoşuna gəlmədi. İndi
bu dəfə siz qıfıllanın, mən öz ağlımla tikdirim, görün ev necə olar.


Tarix: 02.06.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Azeri Letifeler