beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir gün bir naşı dəlləyin əlinə düşür.

Molla bir gün bir naşı dəlləyin əlinə düşür. Dəllək ülgüclə onun
başını bir neçə yerdən kəsib yerinə pambıq yapışdırır. Mollanın gözü
birdən aynaya sataşır, elə ki, başındakı pambıqları görür, dik qalxıb
əmmaməsini qoyur başına, düzəlir yola. Dəllək deyir:
– Molla, hara belə? Hələ başının yarısı qalıb.
Molla deyir:
– Elə hamısına pambıq əkmək olmaz ki?.. Yarısına da özüm yun
əkəcəyəm.


Tarix: 01.06.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Azeri Letifeler