beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenə də bir gün Mollanı bir evə qonaq çağırırlar.

Yenə də bir gün Mollanı bir evə qonaq çağırırlar. O, ac olduğuna
görə xörəyi çox tez-tez yeyib, hamıdan qabaq qurtarır. Elə ki, süfrə yıüışdırılır,
Molla ev sahibinə deyir:
– Səndən çox razı qaldım, ay filankəs! İnşallah, bu günlərdə bir də
belə bir iş görsən, lap razı qalaram.
Ev sahibi zarafatla deyir:
– Yox, Molla mən səni daha qonaq çağırmayacağam. Sən məclisin
gözəlliyini pozursan. Elə tələm-tələsik yeyirsən ki, dalınca çatmaq
olmur.
Molla deyir:
– Rəhmətliyin oğlu, söz danış, söz olsun! Sən qonaqlıq ver, məni
çağır! Asta yeməyə nə var? Söz verirəm ki, bu dəfə hər tikədən sonra
gedib hamamda çimib gələm, ikinci tikəni götürəm.


Tarix: 01.06.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Azeri Letifeler