beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni ölümlərə Sürür Sənsizlik !

Həyat öz qoynuna alsa da bizi
Ayırdı döyünən ürəyimizi
Bəlkə…bilməmişdir hisslərimizi ?!
Gözümdən yaşları süzür , sənsizlik,
Məni ölümlərə sürür sənsizlik !
Ömür ki, qısadır sevgimiz kimi
Dəniz də coşqundur , qəmimiz kimi
De mənə aldadır axı kim-kimi ?
Ləpə sahilimdə üzür sənsizlik
Məni ölümlərə sürür sənsizlik !
Baxışın qəlbimi oda salıbdır
Eşqin xəyalımda sənlə dalıbdır
Eşitsən əzrayıl başım alıbdır….
Xəyalın başımda dönür sənsizlik
Məni ölümlərə sürür sənsizlik !
Daim gizli qaldı səni sevdiyim
Bilmirəm hicranla qalıb neyliyim
Sevgim məzaramı qalsınmı deyim ?!
Məncə günah olar bürür sənsizlik
Məni ölümlərə sürür sənsizlik !


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Azerbaycan Edebiyyatindan