beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmir Kazım mirzə Qovanlı-Qacar

Həyatı
Əmir Kazım mirzə Bəhmən mirzə oğlu 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu.ilk təhsilini Tiflis gimnaziyasında almış, iyirmi yaşinda isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. 1873-ildə kornet-zabit rütbəsində Əmir Kazım hərbi xidmət üçün Qafqaz Əlahiddə ordusunun ordusunun 44-cü Nijeqorod alayına göndərilmişdir. Ən yaxşı süvari zabitləri sırasinda mayor Əmir Kazım mirzə 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmişdi. Süvari podpolkovniki Əmir Kazım mirzə 1895-ci ildə eskadronun komandiri təyin olunur. XX yüzilin ikinci ilində alay komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım mirzə 1910-cu ildə general mayor rütbəsinə ucaldılmışdı.

Əmir Kazım mirzə 1920-cu ildə fövqəladə komissar Tixarelinin əmri ilə Gəncə şəhərində "doğranıb" . Bu hadisə onun kürəkənin də başina gəldi. Cahangir Qayıbov (Qafqaz müftisi Hüseyn Qayıbovun oğlu) 1937-ci ildə Tiflis fövqəladə komissiyasının əmri ilə "vəhşicəsinə doğrandı". Sənədlərdə də elə-belə yazılıb.

Əmir Kazım mirzə Gövhər xanımla ailə qurmuşdu. Darab mirzə, Davud mirzə adlı oğulları, Mənicə xanım, Ziba xanım, Leyla xanım və Aliyə xanım adlı qızları vardı.


Tarix: 19.01.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanlı sülalələr