beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fətəli mirzə Qovanlı-Qacar

Həyatı
Fətəli mirzə Rzaqulu mirzə оğlu 15 mart 1854-cü ildə Şuşa şəhərində anadan оlmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus оrdusunda xidmət еtmişdi. Xidmətə 22 may 1877-ci ildə Qafqaz lеyb-qvardiyasının 4-cü eskadronunda коrnеt кimi başlamışdı.

Fətəli mirzə Qacar 1877-1878-ci illərdə rus-Osmanlı müharibəsində iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. Fətəli mirzə Qacar 9 iyul 1878-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. Açıq bürüncü medalla mükafatlandırılmışdı. Fətəli mirzə Qacar 30 avqust 1879-cu ildə poruçik rütbəsi almışdı. 6 aprel 1881-ci ildə in əksi olan venzellə ödülləndirilmişdi. Fətəli mirzə Qacar 8 oktyabr 1881-ci ildə ştabs-rotmistr rütbəsi almışdı. 1882-ci ildən 1892-ci ilədək öz doğma alayında və ezamiyyətlərdə şərəflə zabit vəzifəsini icra etmişdi. Bütün tapşırıqların öhdəsindən layiqincə gəlmişdi. Fətəli mirzə Qacar 3 may 1892-ci ildə 3-cü dərəcəli "Şire-Xurşid" ordeni lent ilə təltif edilmişdi. Fətəli mirzə Qacar 18 aprel 1893-cü ildə podpolkovnik rütbəsi almışdı. 15 sentyabr 1893-cü ildə isə Buxara əmirinin "Doğan Qızıl Ulduz" ordeni ilə təltif edilmişdi. Fətəli mirzə Qacar 1893-cü ildən 1896-cı ilədək alayda müxtəlif hərbi və hüquqi vəzifələr yerinə yetirmiş, üstün xidmətlərə nail olmuşdu. O, 1896-cı ildə III Aleksandrın çarlığının şərəfinə təsis edilmiş gümüş medalla ödülləndirilmişdi. 1901-ci ildən 1903-cü ilədək Gəncə dairə məhkəməsində barışdırıcı hakim vəzifəsində çalışmışdı. 5 yanvar 1905-ci ildə Şuşa həbsxana komitəsinin direktoru və 1 iyul 1906-cı ildən 1 iyul 1909-cu ilək Yelazevetpol dairə məhkəməsinin fəxri barışdırıcı hakimi seçilmişdi. Fətəli mirzə Qacar 26 avqust 1912-ci ildə açıq bürüncü medalla mükafatlandırılmışdı. 6 dekabr 1912-ci ildə isə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. Fətəli mirzə Qacar 21 fevral 1913-cü ildə Romanovlar sülaləsinin çarlığının 300 illiyi şərəfinə həkk edilmiş açıq bürüncü medalla mükafatlandırılmışdı. Fətəli mirzə Qacar iyirmi bеş il оrduda qüsursuz xidmət еtdiyinə görə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni lent ilə təltif edilmişdi. Fətəli mirzə Qacar Petroqrad səhiyyə müəsissələrinə müfəttiş təyin edilmişdi. Fətəli mirzə Qacar 6 dekabr 1916-cı ildə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. 6 noyabr 1917-ci ildən Qafqaz hərbi dairəsinin ehtiyat hissəsinə qeyd olunmuşdu.



Ailəsi
Fətəli mirzə Ənbər xanım Əmənulla xan qızı Naxçivanskaya ilə ailə qurmuşdu. İbrahim mirzə adlı oğlu, Şəmsülmülk xanım, Simuzər xanım, Ramiyyə xanım, Ütarid xanım adlı qızları vardı.


Tarix: 19.01.2015 / 13:32 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Azərbaycanlı sülalələr