Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salyan mahalı

Tarixi
Salyan və Neftçala rayonlarının ərazisində ərazisində mövcud olmuşdur. Mahal əvvəlcə müstəqil xanlıq, sultanlıq, sonra Quba xanlığının tərkibinə keçmişdir. Fətəli xan Qubalının vəfatından sonra Şirvan xanlığına qatılmışdır.

Bu mahalda 1821-ci ildə Salyan, Seyidan Şahsevən, Əhmədbəyli, Novruzəlibəyli, Məmmədəlibəyli, Qaramanlı, Bayat, Surra, Xocaçobanlı, Arbatan, Qızılağac, Ərəbqardaşbəyli, Gəzəmənarxı, Marışlı, Şilli, Sarvan, Şorsulu-Xilli, Ballıca, Beşdəli, Ərdəbilli kəndləri vardı.

Salyan mahalının sakinləri əkinçilik, üzümçülük, balıqçılıq, çaparlıq, arabaçılıq, duz istehsalı. tüccarlıq, dəmirçilik, dülgərliklə məşğul olurdular.

24 kəndin daxil olduğu Salyan mahalı Şamaxı xanı Mustafa xanın xüsusi mülkiyyətində olmuşdur. Hacı Zeynalabidin Şirvani "Büstan-üs-siyahə" əsərində göstərirdi ki, "Salyanın şərq və cənub tərəfi Gilan (Xəzər – Ə.Ç.) dənizinə bitişikdir. Onun bir tərəfi Kür çayına və Muğan səhrasına yapışıqdır, uzunluğu fərsəxə, eni isə təqribən 10 fərsəxə bərabərdir. İki minə qədər ev vardır".

1824-cü il məlumatına əsasən, Salyanın əsas kəndləri Arbatan, Marışlı, Salyan, Bayat, Sarvan, Qızılağac olmuşdur. Həmin kəndlərin hamısı Qızıl balıq tutmaqla məşğul olmuşlar. Qızılağac lənkəranlı Mir Həsən xanın qardaşı Məmməd bəyə məxsus olmuşdur. Qızılağacda yaşayan 30 ailə 1805-ci ildə Lənkəran xanlığının ərazisindən buraya gəlmişdir. Arbatan Salyan mahalının əsas mərkəzi idi. Qaramanlı kəndi Mustafa xanla İrana keçən Mirzə Abdulla bəyə və Əhmədbəyli Məmmədəli oğluna məxsus olmuşdur. Mənbələrdə Salyan mahalında 1400-dən çox ailənin olması qeydə alınmışdır.

Salyanın balıq ticarətindən gələn gəlirdən Rusiya-Həştərxan tacirləri Şamaxı xanlığına 40-50-min rubl məbləğində pul ödəyirdilər. Onların balıq vətəgələri Kür çayının cənubunda yerləşirdi. Bundan əlavə, Salyan əhalisi də balıq ticarətindən Şamaxı xanına ödənc verirdi [4]. Salyanın yol kənarında olan üç kəndindən əhali duz toplayırdı. Yığılan duzun gəlirləri Mustafa xanın həyat yoldaşı Surxay xanın (Qazıqumuxlu -Ə.Ç.) qızı Paxay Bikəyə məxsus olmuşdur


Tarix: 13.01.2015 / 13:41 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycan xanlıqları
loading...