beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldəgəzlər dövlətinin mövcud olduğu dövrlərin məqamları haqqında

Eldəgəzlər dövləti Azərbaycan xalqının iqtisadi, ictimai, siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Azərbaycan torpaqlarının vahid dövlətdə birləşməsi məhsuldar qüvvələrin inkişafına, ticarətin, sənətkarlığın, elm və mədəniyyətin yüksəlişinə şərait yaratmışdır. Yaxın və Orta Şərq iqtisadiyyatında əhəmiyyətli yer tutan Azərbaycan şəhərləri elm və mədəniyyət mərkəzinə çevrilmişdir. Eldəgəzlər Naxçıvan, Təbriz, Həmədan və s. şəhərlərdə məscidlər, mədrəsələr tikdirmişdilər. Şəmsəddin Eldəgəz sarayda şairlər məclisi təşkil etmişdir. Şairlərdən Xəqani, Nizami, Mücirəddin Beyləqani, Qivami Mütərrizi, alimlərdən, Şihabəddin Sührəvərdi, Nəcməddin Əhməd Naxçıvani və başqa bu dövrdə yazıb yaratmışlar. Memarlıq dahada inkişaf etmiş, Naxçıvan memarlıq məktəbi daha geniş təşəkkül tapmışdı. Bu dövrdə Əcəmi, Əmirəddin Məsud, Əhməd ibn Əyyub əl Hafiz Naxçıvani kimi memarlar fəaliyyət göstərmişdir. Naxçıvandakı Mömünə xatun türbəsi, Həmədandakı mədrəsə, Pir Ələviyan türbəsi, Urmiya yaxınlığında Sərqumbad türbəsi (1184) və s. Eldəgəzlər dövrünün gözəl memarlıq nümunələridir. Məmməd Səid Ordubadinin ,,Qılınc və Qələm,, tarixi romanı Eldəgəzlər dövründən bəhs edir.


Tarix: 29.01.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Atabəylər hökmdarları