Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Atabəylər hökmdarlarıŞəmsəddin Eldəniz

XI əsrdə oğuz və digər türk tayfaları səlcuqların başçılığı altında ərəb xilafətinin bütün ərazilərini, o cümlədən paytaxt Bağdad şəhərini işğal edəndə bütün dünyəvi hakimiyyət səlcuq sultanının əlində cəmləşmiş, dini hakimiyyət isə ərəb xəlifəsində qalmışdı. Səlcuq dövlətinin süqutundan sonra isə onun ərazisində hakimiyyəti irsən qazanan səlcuq şahzadələrinin idarə etdikləri və faktiki olaraq müstəqil sayılan sultanlıqlar yaranır. Bir müdiət keçdikdən sonra bu sultanlıqlar, daha doğrusu, onların bazasında yaranmış yeni dövlət qurumları səlcuq şahzadələrinin (məliklərin) hami və tərbiyəçiləri olan atabəylər tərəfindən idarə olunmağa başlayır. Səlcuqlular zamanındakı xəlifələr kimi indi də sultanlar dövlətin və ordunun rəhbərliyindən kənarlaşdırılırlar. Sultanlıqlardakı bütün siyasi və inzibati hökmranlıq atabəylərin əlində Ardı »

Atabəylər hökmdarlarıƏcəmi Naxçıvani haqqında digər faktlar

"Əcəmi Naxçıvani memarlıq məktəbinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsaduf edilən parlaq həllini tapmış mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Mömünə xatın türbəsinin sərdabasında qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özunu göstərir." (Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh.260)
XIII əsr mənbələri Əcəmini "Şeyx-ül-mühəndis" (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir.
Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Ardı »

Atabəylər hökmdarlarıMəhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövrü (1174-1186)

Eldəgəzin vəfatından sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçdi. Cahan Pəhləvanın hakimiyyəti dövründə Eldəgəz dövləti iqtisadi və siyasi cəhətdən daha da qüvvətləndi. Cahan Pəhləvan sonuncu Səlcuq sultanı III-cü Toğrulun (1176-1194) atabəyi idi. III Toğrul Cahan Pəhləvanın qəyyumluğu altında Naxçıvanda yaşayırdı.Cahan Pəhləvan Azərbaycanın idarəsini qardaşı Qızıl Arslana tapşırdı və oğlu Əbu Bəkrin atabəyi təyin etdi. 1174-cü ildə dövlətin paytaxtı Həmədana köçürüldü; Təbriz isə Qızıl Arslanın iqamətgahına çevrildi. Cahan Pəhləvan, sonralar isə Qızıl Arslan Eldəgiz dövlətinin siyasi dayağını möhkəmlətmək məqsədi ilə Səlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürdlər. Cahan Pəhləvan yeni iqta torpaqları almış bu əmirlərin köməyi ilə Ardı »

Atabəylər hökmdarlarıNaxçıvan Atabəy Əbu Bəkr dövründə

Azərbaycan atabəyləri dövlətinin Cahan Pəhləvanın oğlanları arasında bölüşdürlüməsi nəticəsində Naxçıvanın Qızıl Arslanın ölümündən [111 - 112] sonrakı tarixində mühüm dəyişikliklər baş verir. Əgər, istər Cahan Pəhləvanın, istərsə də Qızıl Arslanın zamanında Naxçıvan Şəmsəddin Eldənizin hakimiyyətinin ilk dövründə olan baş paytaxt statusunu Həmədana vermişdisə, 1191-ci ildə atabəy Əbu Bəkrin hakimiyyətə gəlməsi ilə şəhər yenidən ölkənin əsas idarə mərkəzinə çevrildi. Atasının vaxtında Azərbaycan və Arranın idarəçiliyini həyata keçirən Əbu Bəkr əmisi və atabəyi olan Qızıl Arslanın hakimiyyəti illərində qoşun başçısı təyin edilmişdi. Mənbələrin məlumatına görə, Qızıl Arslanın ölümündən sonra anası Quteybə xatunun təhrikilə o, Azərbaycanda və Arranda hakimiyyətə yiyələnmək üçün Naxçıvana gəlir və Ardı »

Atabəylər hökmdarlarıAtabəy Əbu Bəkr

Hökmranlığı[redaktə]
Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfəhan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfəhan və Həmədanda hakimiyyəti ələ keçirdi.Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172-1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü.Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Ardı »

Atabəylər hökmdarlarıMəhəmməd Cahan Pəhləvan

Həyatı[redaktə]
Səlcuqların İraq Sultanlığı əsasında XII əsrin ortalarında Azərbaycan Atabəylər dövləti yaranır. İl-Dənizin oğlu Nüsrət Əd-din Məhəmməd Cahan Pəhləvan 1175-ci ildə Azərbaycan Atabəylər dövlətinin İl-Dənizlər sülaləsindən ikinci hakimi olur. Onun zamanında bu dövlət daha da möhkəmlənərək tanınır, atabəylərin hökuməti sabitləşir.

Cahan Pəhləvan həmin sülalənin banisi Şəms Əd-Din İl-Dənizlə Mömünə xatunun (səlcuq sultanı II Toğrulun dul qadını) oğludur. O öz gəncliyini hərbi yürüş və döyüşlərdə keçirmiş və erkən yaşlarından hərbi işi, həmçinin dövlət idarəçiliyini və diplomatiya sənətini də yaxşı mənimsəmişdir. Hələ uşaq yaşlarından o, cəngavər gücünə malik olması ilə seçilirdi. Bu günə qədər də xalq arasında atasının Novruz bayramları şənliklərində keçirdiyi güləş yarışlarında onun Ardı »

Atabəylər hökmdarlarıQızıl Arslan

Həyatı[redaktə]
Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdu. Ondan sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana keçmiş, on ilə yaxın bir müddətdə dövləti o idarə etmişdi. Onun dörd oğlu və bir neçə qızı vardı. Qanuni arvadından – Rey hakimi İnancın qızından iki oğlu olmuşdu – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər. Türk qızı Quteybə xatun ona Əbu Bəkri vermiş, kənizlərindən birindən isə Özbək doğulmuşdu. Qızı Cəlaliyyə Zahidə xatundan olmuşdu. Hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan Sultanlığı oğlanları arasında bölüşdürərək, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə Ardı »

Atabəylər hökmdarlarıŞəmsəddin Eldəniz müstəqil dövlətin hökmdarı kimi

Sultan Məsudun ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəms əd-Din onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş İl-Dənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli sultan Süleymanın dövründə İl-Dəniz yenidən Azərbaycana sahib ola bilir. Təşvişə düşmüş Süleyman və onun yaxın əhatəsi II Toğrulun oğlu, İl-Dənizin oğulluğu Arslan şahı taxt-taca qanuni varis elan edirlər. Sui-qəsd nəticəsində sultan Süleyman öldürüldükdən sonra isə onun təşkilatçıları Arslan şahı taxta çıxarmaq qərarına gəlirlər. Ardı »