Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerHəqiqi məhəbbət

Bir -birindən küsən iki dostdan biri aradan uzun zaman keçəndən sonra digərinin qapısını döyür.
İçəridəki: — kimdir? -deyə səslənir.
Qapının ardından səs gəlir: Ardı »

Maraqli HekayelerDuzlu qəhvə

Qızla bir qonaqlıqda rastlaşmışdı… Çox gözəl qız idi. Qonaqlığın sonunda qızı qəhvə içməyə dəvət etti.Qız dəvət müddətində diqqətini çəkməyən oğlanın dəvətinə təəccübləndi amma nəzakətlə qəbul etdi. Yaxınlıqdakı şirin kafedə oturdular.Gənc oğlan elə həyəcanlı idi ki, ürəyinin döyüntüsündən danışa bilmirdi..Onun bu halı qızı da narahat edirdi ...

«Mən artıq gedim» deməyə hazırlaşırdı ki, oğlan birdən kafe xidmətçisini çağırdı.

«Mənə bir az duz gətirərsən?» Dedi. «Qəhvəmə qatmaq üçün.»

Yan stollarda əyləşənlər təəccüblə oğlana baxdılar. Qəhvəyə duz! Ardı »

Maraqli HekayelerYol yoldaşı yoldaş olanda...

Ölkədən ölkəyə, şəhərdən şəhərə avtobuslar gedir. Burda sağollaşıb ayrılır, gözdən itənə qədər pəncərə arxasınlan əl yelləyir, orda həsrətlə gözləyirlər. Avtobus beşcə dəqiqə gecikdimi, sərnişinlər bir mərəkə qoparırlar, gəl görəsən. Haqsız da sayılmazlar amma. Niyə də haqsız olsunlar ki, haqlarının tapdanmasını istəmirlər. İstəmirlər ki, onların gəlişi-gedişi kimlərinsə kefinə qalsın.
Amma sizə söyləmək istədiyim bu hadisədə sərnişinlər də, sürücülər də yolun yarısında nə az - nə çox, düz iki saatdan artıq gecikməyə razı olublar. Gecikiblər, həm də bu gecikmədən özləri də çox məmnun olublar. Antalya - Şanlıurfa istiqamətində hərəkət edən avtobus Mərsin vilayətinin Bozyazı rayonuna gələndə anası Həsrət Toprağın qucağındakı bir yaşlı Kübranın halı Ardı »

Maraqli HekayelerYalan vs Həqiqət?

Yalan və Həqiqət adamlara onların hansının daha gərəkli olduğu barədə mübahisə edirlər. Qərara gəlirlər ki, kimin haqlı olduğunu dəqiqləşdirmək üçün yoxlama aparsınlar. Bir ev seçirlər. Bu evə əvvəlcə Yalan girir. Həmin gün hamı yalan danışır. Evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Arvad cavab verir: «Canım mənim! Öl de, ölüm. Sənsiz bu həyat mənim nəyimə lazımdı?» Kişi daha bir dəqiqləşdirmə aparır: «Heç ürəyindən başqa fikirlər keçməyib?» Arvad: «Utanmırsan, nə danışırsan?» Kişi də arvadını sevdiyini daha bəlağətli şəkildə çatdırır və ailə xoşbəxtcəsinə günlük həyatını davam etdirir. Səhəri gün həmin evə Həqiqət girir.
Bu dəfə hamı düz danışır. Yenə evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Ardı »

Maraqli HekayelerBu gün də qurtarsaydı....

Kayzenə üzv olan gündən nə isə maraqlı bir şey yazmaq istəyirdim, ancaq vaxt çatışmamazlığı və ilham pərisinin mənə uzun müddətdir ki, baş çəkməməsi buna inkan vermirdi. Bu iş günü də qurtarsa idi, gedərdim evə. Bəlkə evdə hansısa mövzu haqda yaza bilərdim. Əslində bir tərəfdən iş gününün bitməsini istəyirəm, digər tərəfdən isə fikirləşirəm ki, həyat elə sürətlə keçir ki, onsuz da heç bunu arzulamağa dəyməz. Onsuz da bu gün axşam olacaq. Mənimlə, ya mənsiz. Bu günün bir dənə də önəmi ondan ibarətdir ki, bu gün maaş günüdür.
Sabah cümə günüdür, sabahkı günü həftənin digər günlərindən daha çox istəyirəm. Əslində bu Ardı »

Maraqli HekayelerDuman

İlk dəfə Londona gələn bir adam səhər otelindən çıxıb şəhəri gəzməyi qərara aldı.Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı. Adam:«Necə olsa birazdan qalxar!» -deyib yoluna davam etdi.Ancaq duman qalxmaq əvəzinə bir az da qalınlaşdı. Bir azdan ətrafı «ağ bir qalınlıq » bürüdü.Geri qayıtmaq istəyəndə isə artıq burnunun ucunu belə görə bilmirdi. Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:

-Sizə nə isə lazımdır?-deyə soruşdu.Adam sanki bunu gözləyirdi və tez :

-Bağışlayın dumanda yolumu azmışam.Otelimə qayıtmaq istəyirəm,-deyə cavab verdi.

Naməlum şəxs:

-Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır.-dedi və adamı arxasınca aparmağa başladı.Bir qədər sonra bir binanın Ardı »

Maraqli HekayelerPul, yoxsa zaman

Zəngin bir insan milyon dollarla ölçülən sərvət yığır. Həmən şəxs qərara gəlir ki, artıq özünə bir illik istirahət götürüb dəbdəbə içində yaşayacaq. Lakin o, bu qərarı qəbul etdiyi gün ona ölüm mələyi nazil olur. Çox yaxşı ticarətçi olduğu üçün həmən şəxs istədiyi yolla mələkdən bir az belə olsa vaxt almağa qərar verir:

— Mənə yaşamaq üçün üç gün daha ver, bunun əvəzində sərvətimin üçdə bir hissəsini götürə bilərsən.

Lakin mələk razılaşmır.

— Yaxşı, iki...yox...üç milyon! Mənə heç olmasa bir gün ver. Mən yalnız sərvət yığmaqla məşğul olduğum üçün nə həyatdan zövq ala bilmişəm, nə də ailəmə lazımi diqqət göstərə bilmişəm.

Mələk yenə də razılaşmır. Ardı »

Maraqli HekayelerQara Geyimli Qatil 2 Bolum

Elxan 3 yashindan valideyinlerini itirib, kimsesizler evinde boyumushdu. 14 yashina qeder kimsesizler evinde yashadi, ezab, zillet ichinde. Nehayet, bir gece chekdiyi eziyyetlere dozmeyib, kimsesizler evinden qachdi. Xeyli qachdiqdan sonra, tovsheye- tovsheye boyuk bir heyete girib agaclarin arasinda gizlendi. Hava qaraldigindan geceni orda kechirmeye qerar verdi. Hemin heyetin sahibi, ushagi yatmish halda tapib oz evine getirdi. Zengin evinde tenha yashayan 45 yashli Nicat Hemidzade, Elxanin ehvalatini oyrendikden sonra, onu qanuni shekilde ogulluga goturub saxlamaga bashladi ve ona oz soyadini verdi. Elxanin chalishqan, bacariqli oldugunu goren Nicat onu oxutmagi qerara aldi. Elxan Nicatin imkani sayesinde orta mektebe, sonra da, elave hazirliq kurslarina yazildi. Ardı »