Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerFilin dostuluğu

Zambiyanın Launqa çayı sahilində qoruqda belə bir hadisə (1983-cü il) olmuşdur.

Qoruğun mərkəzinə idarə binasının qarşısına bir fil gəlir və bərkdən qışqırır. Fili qovurlar. Ertəsi gün maşın gedərkən həmin fil onun yolunu kəsir, maşına göstərdiyi istiqamətə getməyini işarə edir. Sürücü maşını filin təkid etdiyi istiqamətə sürür. Bir qədər getdikdən sonra kolluqda fil sürüsünə rast gəlirlər. Fillər maşını görən kimi dağılışırlar. Bir dişi fil balaları ilə birlikdə getmir. Sən demə o güllə ilə yaralanıbmış. Yoldaşları onların köməyinə gəlib və insandan kömək istəyiblər. Bioloqlar üç gün filə xidmət edib onun yarasını sağaltmışlar. Sağalıb meşəyə buraxılmış fil öz balaları ilə birlikdə qoruyucu idarəsinin qarşısına gəlib Ardı »

Maraqli HekayelerBoyumek Istemirem

Boyumek istemirem. Istemirem boyukler kimi gizli- gizli aglayim. Isteyirem balaca usaqlar kimi dodaqlarimi buzub, qaslarimi chatib ichin -ichin, hichqiraraq, azad shekilde aglayim. Boyumek istemirem. Men boyudukce yalanlarim da boyuyecek menimle birlikde. Boyuyecek isteklerim, behanelerim. Boyuyecek menimle birlikde derdim- kederim. Azalacaq gunu gunden sevincim. Adi bir sheye sevinmeyim yox olacaq. Men boyudukce dunya kichilecek gozumde. Azalacaq sevgim insanlara, heyata. Azalacaq maragim etrafa. Adileshecek menim uchun mocuze sandigim her shey. Boyusem hech kim menim qaygima qalmayacaq, tutmayacaq elimden yixilmayim deye. Boyusem lay -lay deyen olmayacaq. Boyusem nagillar dunyamda yashayan qehremanlarim yox olacaq. Boyuyecek menimle her zaman qorxudugum divler, ejdahalar chevrilecekler o “BoYuK iNSAN” Ardı »

Maraqli HekayelerBir dua, üç dilək

Rəvayət edilir ki, Hz.Musa (ə.s) Tur dağına gedərkən bir adamın belə bir diləyinə şahid oldu:

— Ya Musa, Rəbbimdən üç diləyim var; Ona söylə bu duamı qəbul etsin.
Birincisi, mənim gözlərim görmür, açılmasını istəyirəm.
İkincisi, uşağım olmur, bir oğlan övladı istəyirəm.
Üçüncüsü, kasıbam, kasıblıqdan çox əziyyət çəkdim; heç olmazsa doğulacaq oğlum kasıb olmasın, onun zəngin olmasını istəyirəm.
Hz.Musa (ə.s) Tur dağında bu qulun üç diləyini Rəbbindən istəyincə, Allah:
— Üç diləyini birdən qəbul edə bilmərəm; tək bir şey istəsin, qəbul edəcəyəm -deyə buyurmuş.
Hz.Musa (ə.s) bu cavabı həmin şəxsə çatdırır. Düşüncəyə dalan adam üç diləyin yerinə tək bir dua edir:
— Ya Rəbb, oğlumun qızıl camda su Ardı »

Maraqli HekayelerYolumuzdakı maneələr

Keçmiş zamanlarda bir kral, saraya gələn yolun üzərinə böyük bir qaya qoydurmuş, özü də pəncərəyə oturmuşdu.
Baxaq nələr olacaqdı? Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray vəzifəliləri bir-bir gəldilər, səhərdən günortana qədər. Hamısı qayanın ətrafından gəzib saraya girdilər. Bir çoxu kralı yüksək səslə tənqid etdi. Xalqından bu qədər vergi alır, amma yolları təmiz tuta bilmir.
Sonunda bir kəndli çıxıb gəldi. Saraya meyvə və tərəvəz gətirirdi. Kürəyindəki bazar torbasın yerə endirdi, iki əli ilə qayaya sarıldı və var-gücü ilə möhkəm itələməyə başladı. Sonunda qan tər içində qaldı amma, qayanı da yolun kənarına çəkdi.
Tam bazar torbasını yenidən kürəyinə almaq üzrə idi ki, qayanın köhnə Ardı »

Maraqli HekayelerKəndli və Dənizçi

Bir kəndli gəmiçilərin ucsuz-bucaqsız dənizlərdə uzaq-uzaq yerlərə səyahətə çıxmaqlarına, həyatlarını göylə dəniz arasında coşqun dalğaların ixtiyarına vermələrinə heyrət eləyir, gəmiçiləri ağılsız adlandırırdı.
Günlərin bir günü həmin kəndli sahildə rast gəldiyi bir gəmiçidən atasının harada öldüyünü soruşur.
Gəmiçi də:
- Harada olacaq, dənizdə, — deyə cavab verir.
- Yaxşı, bəs baban… Babanın atası?
- Onlar da dənizdə ölüblər.
- Yaxşı, atan da dənizdə öldü. Baban da, onun atası da dənizdə öldülər. Ancaq Ardı »

Maraqli HekayelerMüdrik və tələbə

Qədimlərdə, hansı şəhərdəsə, ağ saçlı, müdrik bir alim yaşayırmış. Alim biliyini, gücünü, ağlını fərasətli tələbəsindən əsirgəmir, onu oxudurmuş. Günlərin birində, necə olursa, məmləkətin padşahının o qocaman alimə qəzəbi tutur, əmr verir ki, onu şəhərin meydanında daş-qalaq eləsinlər. Əmrə görə bütün şəhər əhli ona bir daş atmalı imiş. Kim atmasaymış, dar ağacından asılacaqmış.

Can şirindir, yetən o qoca alimə bir daş atır. Alim dinmir, haray-həşir qoparmır.

Gözünün biri çıxır, o məğrurluqla susur. Başı yarılır, cınqırını da çıxarmır. Bu ara onun otuz il dərs dediyi tələbə gəlir, Padşah öz taxtından, müəllim isə daş-kəsək arasından ona baxır. Tələbə odla su arasında qalır… Vursun, necə vursun, axı Ardı »

Maraqli HekayelerƏn yaxşı zamin və şahid Allahdır

Keçmiş zamanlarda dostları tərəfindən çox sevilən, hörmət edilən, əxlaqlı, dürüst bir tacir var idi. Bu halal adam heç kimi aldatmaz, söz verəndə mütləq onu yerinə yetirər, borcu olanda onu tez verməyə çalışardı. Buna görə də onunla birgə iş görmək istəyənlər əsla tərəddüd etməzdilər.
Bir dəfə qonşu ölkədən sifariş etdiyi malları almaq üçün tacirə pul lazım idi. Ehtiyacı olan pulu ona verə biləcək tacir dostuna məsələni danışdı. Dostu borc verməkdə heç tərəddüd etmədi. Çünki onu çox yaxşı tanıyırdı. Əvvəllər də ona borc vermişdi və aralarında heç bir problem olmamışdı. Dostu ona pulu verərkən dedi:
-Səhv başa düşmə, bir-birimizə güvənirik. Amma yenə də borc verəndə Ardı »

Maraqli Hekayelerne olar ölme sevgilim

Bir-birlerini çox seven iki genc..
Heyatlarındakı en ehemiyyetli
addımlarını atmağa başladıqları
günlerdeydiler..
Onlar üçün dünya yalnız
özlerinin etrafında dönürdü
sanki.. Heç bu qeder xoşbext
deyildi ikiside.. Bir deqiqelerini
bele ayrı keçirmirdi elleri.. Ömür
boyu sürecek bir mutluluğa
addımlarını yavaş-yavaş
atmaqda idiler.. Her şey
mükemmel gederken.. Genc qız
nişanlısının son günlerdeki
soyuqluğunu başa
düşmüşdü..amma hemişe neyin
var deme cesaretini tapmırdı
özünde.. Başında göresen sualı
yox idi..çünki emin idi
ondan..esla ayrılmayacaqlarını
çox yaxşı bilirdi..bu bildiyi şey
gerçekten doğrumuydu?? Gün
getdikce bu soyuqluq artmağa
davam ederken genc qız
geceleri yuxularını itirmeye
başlamışdı.. Belke iş yerinde bir
problemi vardır..deye fikirleşib
bu mövzu haqqında daha çox
başını yormamağa cehd
gösterirdi..Bir hefte qalmışdı
toylarına her şey hazır idi..
gelinliyi de hazır idi.. amma genc
qızın içinde qopan bir şeyler var
idi..Sanki bir meleye benzeyirdi
gelinliyi geyindikde..Gen qızın
telefonu çaldı.Sevgilisi zeng
edirdi..heyecanla açdı
telefonu-"beli sevgilim"..
Deyerekcavab Ardı »