Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerSəndən Nigaranam (21-ci bölüm FİNAL)

Səndən Nigaranam (21-ci bölüm FİNAL)

Hemin gun Eldarla heyatimin en cetin dialoqunu yashamishdim. Ona ne qeder "Rufata qarshi hec ne hiss etmirem, hec acigim, kinim de yoxdur. Senle de onun acighina evlenmemishem" (ikinci cumlem yalan olsa da, duzunu deyib Eldari oldughundan daha da artiq incitmek istemirdim) desem de, Eldar inanmamishdi. Sadece:
- Axsham evde danishariq,- deyib ofisden cixdi. Eldari inandirmaghim, yeniden inamini qazanmaghim cetin olsa da, buna nail olacaqdim. Onu itimek istemirdim, onu cox isteyirdim, geleceyimi onunla bir yerde olmaliydim.
Lakin axshamki sohbet de neticesiz olmushdu, Eldarin esebi, incikliyi tezlikle kecesi deyildi, deyesen.
- Eldar, besdir, gel danishaq. Niye axi mene inanmirsan?
- O vaxt evlenenende meni sevmediyini bilirdim, amma Ardı »

Maraqli HekayelerKisə

Uzaq dağ kəndlərinin birində çox kasıb bir ailə varmış. Baba, ata, ana və uşaqdan ibarət olan bu ailə olduqca çətinlik çəkirdi.

Bir gün ata, illərin verdiyi yorğunluqla bir küncdə oturmaqdan başqa işə yaramayan babanı, bazar kisəsinə qoyaraq çaya doğru yola çıxır.Çayın kənarında yoldaşlarıyla oynayan uşaq, atasından nə etdiyi soruşur. Ata:

-Baban bizə yük olmaqdan başqa heç bir şey etmir. Ona görə onu bu kisə ilə birgə çaya atmağı qərara aldım deyir.

Uşaq həyəcanlanaraq atıldı:
-Amandır ata, kisəni atma. Çünki bir gün gələcək sən də qocalacaqsan, bax onda o kisə mənə də lazım olacaq. Ardı »

Maraqli HekayelerHəcc piyadaları

Bir dəfə həcc zəvvarları arasında dava düşdü. Mən də piyadalar arasında idim. Əməlli-başlı vuruşurduq. Bir-birimizi kötəkləyib baş-gözümüzə vururduq. Söyüş söyürdük. Ağzımıza gələni deyir, əlimizə keçəni döyürdük. Eşitdim dəvə üstə kəcavənin bir gözündə oturan adam o birində oturana deyirdi:
-Qəribə şeydir, piyada şahmat xanasında gedib başa çatanda vəzir olur, bu həcc piyadaları isə Məkkəyə çatanda dəli olublar. Ardı »

Maraqli HekayelerTükənən xəzinə

Kral böyük bir ziyafət təşkil etmiş və bu ziyafətə ölkənin ən varlı adamlarını dəvət etmişdi. Ziyafətin ortasında kral üzünü qonaqlara tutdu və: «Dostlarım! Yeni vergilər qoyduğumuz halda gəlirlərimiz artmaq əvəzinə azalmaqda davam edir. Kim bunun səbəbini mənə izah edə bilər? » — deyə soruşdu. Qonaqlar bir-bir söz almağa və vəziyyəti izah etmək üçün cürbəcür «iqtisadi nəzəriyyələr» irəli sürməyə başladılar. Nəhayət, söz yaşlı bir qonağa çatdı. Qonaq: «Mən yığılan pulların aqibətini hamınıza göstərmək istəyirəm», — dedi və əlinə böyük bir buz parçası götürdü. Sonra o, bu buz parçasını yanında oturan adama ötürdü və hamıdan bu buz parçasını bir-birinə ötürməyi xahiş etdi. Bir Ardı »

Maraqli HekayelerŞillə

Müəllim dərsini qurtarıb sinifdən çıxanda şagirdlərindən birinin o birinı yıxdığını gördü. Üstəlik, yıxılan uşaq sinfin ən yaxşı şagirdlərindən biri idi. Müəllim, əvvəlcə, yıxılan şagirdi yerdən qaldırıb üstünü təmizlədi, sonra o biri şagirdin qolundan tutub sinfə saldı.
O bu kənd məktəbində iyirmi ildən artıq idi ki, işləyirdi. İş elə gətirmişdi ki, o elə bu kənddən də evlənmişdi. Hətta təyinatı böyük şəhərlərə çıxsa da, öz ailəsi kimi sevdiyi bu məktəbdən getməmişdi. Ona görə də bu “ailənin üzvlərinin” yaramazlıqlarını həzm edə bilmirdi.
Müəllim, əvvəlcə, sinif yoldaşını yıxan uşağı əməlli-başlı tənbeh etdi. Sonra da (hətta onun qorxudan tir-tir titrəməsinə belə əhəmiyyət verməyərək) üzünə bərk bir şillə vurdu. Ardı »

Maraqli HekayelerFil haqqında pritça

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:

-Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa, dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər davamsız və nazik olduğunu görüb, bunun səbəbini qəbilə başçısından soruşur. Qəbilə başçısı yaxınlaşıb fili sığallayır, sonra isə deyir:
-Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda o, illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca Ardı »

Maraqli HekayelerQısa məzmunlu düşündürücü hekayələr

or hər il keyfiyyət müsabiqələrində yetişdirdiyi qarğıdalı qalib olan fermerdən bunun sirrini soruşdu. Fermer cavab verdi ki, o, hər il ən yaxşı qarğıdalıları qonşularına paylayır, qonşuları da əkin zamanı onlardan istifadə edirlər. Sirr də, elə budur.

Reportyor təəccübləndi:

— Nə üçün belə edirsiniz? Onlar ki, sizin rəqiblərinizdir, onlar da müsabiqədə iştirak edirlər.

Fermer gülümsəyərək cavab verdi:

- Məsələ burasındadır ki, külək tozcuqları mənim sahəmdən qonşularınkina və əksinə aparır. Əgər qonşularda pis qarğıdalı bitsə, tezliklə mənim məhsulum da tərifə layiq olmayacaq. Hansı fermerin sahələrinə daha yaxşı qulluq etməsi isə, artıq tamamilə başqa bir məsələdir.

Oxşar hadisələr həyatda tez-tez baş verir. Uğur qazanmaq istəyən yalnız özünü deyil, Ardı »

Maraqli HekayelerÜzüm dənələrinin gözəlliyini onun quru budağında axtaranlar…

Qəribədir elə deyilmi. Amma məqaləmin adımı qəribədir, yoxsa bəşərin həqiqət prizmasından görünən üzü mü? Bilmirik…
Bizim bildiyimiz bu gün gözəllikləri gözələ, yaratılışdakı füsünkarlığı onun daşıyıcılarına vermiş, məharətlə meydana gətirilmiş sənətlərin sənətkarsız olduğunu şüurlarına düşüncəsiz tərzdə yerləşdirmiş və ya yerləşdirilmiş insan şəklindəki fikir yoxsullarının var olduğu bir dünyadır.
Bizim bildiyimiz həyatlarını şəhvət hisslərinin təməlində bina edən, ömür ritmlərini bu hisslərin mənfi dairələrdə istifadəsi ilə nizamlayan insanlıq pərdəsi altındakı düşüncə kasıblarının var olduğu bir dünyadır.
Bizim bildiyimiz faniliyin ibrət dolu səhnələrinin, hər əsr bir şəhəri yüz dəfə məzarıstana boşaldan ölümün əyani şahidləri olmalarına baxmayaraq, faniliyi yanlarına belə buraxmayan, şüursuzca nemətlərə hücum edən nəfs düşkünlərinin var olduğu Ardı »