Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerGəncə Alban məbədi-1

Gəncə Alban Məbədi – Azərbaycanın Gəncə şəhərində yerləşir.

Gəncə Alban Məbədi V-VII əsrlərdə tikilmiş və XVII əsrdə bərpa olunmuşdur. Binanın tikintisində qırmızı tuf daşından istifadə olunub. Bina 7 sütunludur. Gəncənin M.A.Abbaszadə küçəsində yerləşən binada hazırda Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir. Ardı »

KilselerBaptizm

Baptizm — Xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edən baptizmin meydana gəlməsi konkret bir ölkə ilə əlaqədar olmamışdır.Mündəricat [gizlə]
1 Baptizmin tarixi
2 Baptizmdə Allah inancı
3 Vəftiz (xaç suyuna çəkilmə) ayini
4 Baptistlikdə axirət inancı
5 Baptistlərdə ibadət
6 Baptistlər Azərbaycanda

[redaktə]
Baptizmin tarixi

Baptizmin yaranması prosesi Hollandiyada başlamış, İngiltərədə isə başa çatmışdır. Baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia etsələr də, tarixi qaynaqlar onun XVII əsrin əvvəllərində ortaya çıxdığını təsbit edir. Baptistlərin ilk icmasının əsası 1609-cu ildə Amsterdamda qoyulmuşdur. Onun üzvləri özlərini bu vaxt baptist adlandırmasa da yeni dini cərəyanın bünövrəsini qoymuşlar. Yetkin insanın şüurlu Ardı »

KilselerLəkit kilsəsi

Ləkit kilsəsi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban kilsəsi.Mündəricat [gizlə]
1 Tarixi
2 Memarlıq xüsusiyyətləri
3 Şəkillər
4 İstinadlar
5 Xarici keçidlər

[redaktə]
Tarixi

Ləkit məbədi alban memarlığının ən gözəl nümunələrindən biridir. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.[1] Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D. Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir.[2]

Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Ardı »

KilselerAbuğamir kilsəsi

Abuğamir kilsəsi - Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında qədim erməni kilsəsi.

Bu kiçik kilsə Alacaçay (ermənicə Tsağkotsadzor) vadisində bir təpənin üstündə inşa edilmişdir. Qəribədr ki, Anidəki kilsələrin hamısı sanki şəhərin kənarından və uzaqdan görünməsi istənirmiş kimi hündür təpələrin üstündə inşa edilib.

Mütəxəssislər abidəni X əsrə aid (binanın bəzədilməsində istifadə edilən naxışların çoxu bu dövr erməni memarlığı üçün xarakterikdir) edirlər və Pahlavuni sülaləsinə aid olduğunu, Şahzadə Qriqor tərəfindən inşa etdirildiyini güman edirlər. Bu sülalə Aninin müstəqilliyinin son illərində önəm qazanmışdır. Pahlavuni sülaləsindən olan ən məşhur tarixi şəxsiyyət Aninin Bizans imperiyasına ilhaq edilməsinə qarşı çıxmış dəstənin başında duran Vahram Pahlavuni olmuşdur. Vahramdan kilsənin Ardı »

KilselerQafqaz Albaniyasında xristianlıq

Qafqaz Albaniyasında xristianlıq – eramızın 54 – 57-ci illərində apostol Müqəddəs Yelisey tərəfindən Qafqaz Albaniyasına gətirilmiş din. Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban kilsəsidir.

Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin Ardı »

KilselerBalıqçı üzüyü

Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut.

Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir.

Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın Ardı »

KilselerGürcü Ortodoks Kilsəsi

Gürcü Ortodoks Kilsəsi (gürc. საქართველოს სამოციქულო მართლმადიდებელი ავტოკეფალური ეკლესია) - Xristianlıqda ən qədim kilsələrdən biri. Gürcüstanın rəsmi kilsəsi. Ardı »

KilselerXristian

Xristian, Xaçpərəst, Nəsrani və ya Məsihi-Əhdi-Cədid məktublarında[1] və incildə qeyd edilmiş Nazaretli İsanın həyatı və təlimlərinə əsaslanan təkallahlı və İbrahimi din olan xristianlığa bağlı şəxsdir. Ardı »