Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerMamrux məbədi

Mamrux məbədi — Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi. Kilsə Ay və Günəş tanrıları məbədinin özülləri əsasında inşa edilmişdir.

Məbəd olduqca mürəkkəb kompozisiyaya malikdir. Məbəd binasının üç giriş qapısı var. Şərq tərəfində dərin divar oyuğu - apsis vardır. Apsis binanın əsas yuxarı hissəsində yerləşir. Binanın hər iki tərəfində iki səcdəgah və iki yan girişi olan xırda hücrələr mövcuddur. Günbəzli yuxarı baraban dayaqlıq tağları olan dörd sütuna dayaqlanmışdır. Mamrux məbədlərinin memarlığı yerli alban formalarında, Kilisədağdakı Mitra allahı məbədinə nisbətən daha mükəmməl və mürəkkəb tərzdə həllini tapmışdır.[1]

Dörd pilon (sadə sütun) və mərkəzi absida Ardı »

KilselerBirinci Nikeya Kilsə Məclisi

Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində 325-ci ildə çağırılmışdır. Bu məclisdə xristian imanı-nın simvolu[1] tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskop-larının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdəpresviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan mahiyyətcə fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır. Bu fikri rədd edən məclisə yığışmış 318 yepiskop isə, Atanın oğul ilə mahiyyətcə eyni olması fikrini dəstəklədilər və bundan sonra bu inanc rəsmi Xristian doktrinasına çevrildi. Ariusun ardıcıllarını arianlar adlandırırlar. Ardı »

KilselerHəmşivəng kompleksi

Həmşivəng kompleksi – Gədəbəy rayonunun Böyük Qaramurad kəndində yerləşir.
[redaktə]
Tarixi

Kompleksin əsası 12-ci əsrdən əvvəl qoyulmuşdur. Məbəd qədim alban məbədi olmaqla Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Tədqiqatçı memarlarımız Həmşivəng məbədinin ərazisində Arsax xaçdaşına bənzər xaçdaşı aşkarlamışdılar. Lakin daş hətta tədqiq belə edilmədən Ermənistan rəhbərliyinin göstərişi ilə gecəylə vertolyotla bizim alimlərin gözü qabağında oğurlanaraq Ermənistana (Eçmiədzinə) aparılmışdır. Hazırda məbədin xarabalıqları qalmışdır və bərpaya ehtiyacı var. Ardı »

KilselerXudavəng monastır kompleksi

Xudavəng monastır kompleksi - ("Xotavəng monastırı" (farscadan tərcümədə təpədə yerləşən), "Dədəvəng monastırı") Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban [1]. Məbəd kompleksi VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz Ardı »

KilselerGəncəsər monastırı

Gəncəsər (ingiliscə: Gandzasar) - keçmiş Ağdərə rayonunun (indiki Kəlbəcər) Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
[redaktə]
Tarixi

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanmışdır. Ardı »

Kilselerİsanın doğulması

İsanın doğulması və ya Doğulma hadisəsi İsa peyğəmbərin doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr Luka və Matfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir.

Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir.[1] Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralına – İsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə Ardı »

KilselerBibliyada xilasın üç ölçüsü

“Xilas” məfhumu təkcə gələcəyə aid deyildir, lakin keçmiş, indiki və gələcək olmaq üzrə zamanın üç ölçüsündə gerçəkləşir. “Axıracan dözən xilas olacaq”[14] yaxud “Məsih... ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək”[15] kimi ayələrdə xilasın gələcək ölçüsünü görürük. Ancaq “Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir”[16] ayəsində xilasdan keçmişdə başa çatdırılmış bir proses kimi bəhs edilir. Xristian möminləri çox vaxt özlərinə “xilas olanlar” deyirlər, buna səbəb günahlarından, eləcə də İlahi qəzəbdən və cəzadan xilas olduqlarına inanmalarıdır. Artıq xilasa nail olmuş, yəni Allahla barışmış[17] olaraq Ona yaxınlaşmaq,[18] Onu sevən Ata kimi tanımaq[19] Ardı »

KilselerKiril və Metodius

Kiril və Metodius (yunan. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kril və Metodius qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının dahada genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gündə slavyan xalqları arasında geniş istifadə edilir. Kiril əlifbasıda iki qardaşdan birinin şərəfinə adlandırılmışdır. Ardı »