Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaKliniki-psixologiya - Şizofreniya

Şizofreniya yunanca yarmaq və - ağıl, düşüncə— insanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Haqqında danışılan adamın iki şəxsiyyətli olması deyil, eyni anda iki fərqli həqiqətə inanmasıdır. "Gerçək həqiqət" normal, sıravi bir insanın qəbul etdiyi, "ikinci həqiqət" sağlam bir insanın anlaya bilməyəcəyi, çox zaman müəyyən bir sistemə əsaslanan bir həqiqətdir
Şizofreniya daxilə qapanma, gerçəklərə laqeydlik və şəxsiyyət ikiləşməsi, zehn bölünməsi, daxilə istiqamətlinmiş düşüncə quruluşunun yerləşməsi şəklində meydana çıxan bir psixozdur. Şizofreniyalı özünə xas bir dünya da yaşamır, ilksel və Ardı »

Ümumi PsixologiyaÜçtipli intellekt (Triarchic Theory of Intelligence)

Üçtipli intellekt (Triarchic Theory of Intelligence)

Amerika psixoloqu Robert J. Sternberg 1985-ci ilde üçterefli intellekt nezeriyyesini teklif etdi. Bu ideya evvelkilerden ehemiyyetli derecede ferqlenirdi. Sternberge göre intellekt üç istiqametde inkişaf etmelidir:
analitik – insan aldığı informasiyanı analiz etmeyi, müqayise etmeyi, qiymetlendirmeyi bacarmalıdır;
kreativ (yaradıcı) – insan yeni ideyalar vermeyi, problemlerin yeni hellini tapmağı, ferz etmeyi, keşf etmeyi bacarmalıdır;
praktik – insan nezeriyyeleri tetbiq etmeyi, öyrendiklerinden praktik olaraq istifade etmeyi bilmelidir.

Sternberg hesab edir ki, müasir tehsil sistemi insanların ancaq bilikleri yadda saxlamaq ve analiz etmek qabiliyyetlerini qiymetlendirir. Bu zaman yaradıcılıq ve bilikleri praktikada tetbiq etmek qabiliyyeti diqqetden kenarda qalır. Ardı »

Ümumi PsixologiyaEmosiyaların fiziologiyası

İnsanın ali sinir fəaliyyətinin əlamətlərindən biri də emosiyadır (latınca emavere sğzündən götürülüb, mənası həyəcanlanıram deməkdir). Onlar özünü insanın bütün növ hissiyatını əhatə edən xarici və daxili qıcıqlara qarşı reaksiya kimi biruzə verir.

Emosional gərginlik vəziyyəti bir çox orqan və sistemlərin funksiyalarını dəyişməklə bütün orqanizmi əhatə edir. Bu funksional dəyişiklik o qədər intensiv olur ki, “vegetativ fırtına” şəklini alır. Belə ki, bu fırtınada müəyyən ardıcıllıq olur. Emosiya o sistem və orqanların işini gücləndirir ki, onlar orqanizmlə xarici mühit arasında sıx əlaqə yaradır. Bu zaman vegetativ sinir sisteminin simpatik hissəsinin güclü oyanması baş verir. Qana əhəmiyyətli miqdarda adrenalin ifraz olunur, ürəyin işi artır, arterial Ardı »

Ümumi PsixologiyaÜnsiyyət- bacarıq, yoxsa qabiliyyətdir?

İnsanı sosiallaşdıran başlıca amil ünsiyyətdir. İlk baxışdan sadə görünən bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda – heyvan, bitki və insanlarda mövcuddur. Amma bizi digər canlılardan fəqləndirən ən mühüm xüsusiyyət ünsiyyəti şüurumuzla mükəmməl şəkildə ifadə etməyimizdir.

Sual olunur; Ümumiyyətlə ünsiyyət deyəndə nə başa düşürük? Gəlin bu məsələyə birlikdə aydınlıq gətirək. İnsan bir fikri başqasına çatdırmaq, hər hansı bir fikrə münasibət bildirmək və ya münasibəti öyrənmək üçün ünsiyyətə girir. Dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışır. Bu səbəbdən də ünsiyyət bizim cəmiyyətdə mövqemizi təyin edən ən mühüm faktordur. İnsan ifadə edilə bildiyi qədər insandır. Çünki bu keyffiyəti Ardı »

Ümumi PsixologiyaNə dərəcədə diqqətlisiniz?

Diqqət, bizim ətrafımızda baş verənləri nə dərəcədə aktiv olaraq qəbul edib etməməyimizlə əlaqəlidir. Bu yazını oxuyarkən ətrafınızda bir çox səsi, görüntünü, toxunma hissini qəbul edirsiniz: yanınızdakı adamın telefon danışığının səsini, oturduğunuz yerin bərkliyi və ya yumşaqlığı, yanınızdakı insanların görünüşü, olduğunuz məkanın görünüşü və s. Bir insan necə olur ki, bu qədər hissi qəbul etdiyi və yaşadığı halda, bir ünsürə ya da işə fokuslanır.

Diqqətin 4 növü vardır:

1. Fokuslanmış diqqət — Hər hansı bir audial (eşitmə), vizual (görmə), kinestetik (toxunma) hissə verilən qısa bir reaksiyadır. Məsələn, siz kitab oxuyan zaman və ya hər hansı bir digər işlə məşğul olarkən anidən telefonunuza zəng gəlir Ardı »

Ümumi PsixologiyaXarakter...

1. Xarakter haqqında anlayış.
2. Xarakter əlamətləri.
3. Xarakterin aksentuasiyanın tipləri. Psixopatiya.

1-ci sual. İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. İnsanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, davranış və rəftarında bunu nəzərə alırlar. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərinin deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir.
Xarakter şəxsiyyətin digər fərdi-psixoloji xüsusiyyətlərindən, məsələn, qabiliyyət və temperamentdən fərqlənir. Qabiliyyətlər insanın yaradıcılıq imkanlarını nəzərdə tutursa, xarakter insanın davranış və rəftarında özünü göstərən xüsusiyyətlərin cəmidir.
Temperament bioloji, xarakter isə sosial amillərlə şərtlənir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Xarakter fəaliyyət və ünsiyyət prosesində əmələ gəlir. Bütün bunlarla yanaşı insanın xarakteri Ardı »

Ümumi PsixologiyaYaponsayağı balıq tutma

Çox vaxt rahatlıqdan əl çəkib, öhtəsindən gələ biləcəyi ölçüdə problemlərlə boğuşmaq insanları güclü və həyata daha çox bağlı edir. Bunun ən gözəl nümunəsi Yapon balıqçıların tapdığı üsuldur.

Yaponlar bir ada cəmiyyəti olaraq təzə balığı hər zaman çox sevirlər. Lakin, Yaponiya sahillərində bol balıq az tapıldığından balıqçılar əhalini təlabatını ödəmək üçün daha böyük gəmilərlə okeana gediblər. Başlanğıcda balıq tutmaq məqsədilə uzaqlara gedildiyi üçün geri qayıtmaq daha uzun vaxt çəkmişdi. Geri qayıtmaq bir-iki gündən çox olarsa, tutulan balıqlar köhnəlirmiş.

Yaponlar köhnə balığın dadını fərqini anlayıb ləzzətini heç sevməmişlər. Bu problemi həll edə bilmək üçün, balıqçılar gəmilərində soyuq hava anbarı düzəltdiriblər. Beləcə istədikləri Ardı »

Ümumi PsixologiyaÖzünüzə inanırsınız? Özünəinamın 15 şərti

1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.
2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.
3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu Ardı »