Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Qüdsi hədislər (ən yaxın qonşuların müəlman haqqında şahidlikləri)

Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir müsəlman öldükdə, ən yaxın qonşularından dörd nəfər onun xeyirli (insan olduğunu) bildiklərinə şahidlik etsə, Allah belə buyurar: «Mən onların bildiklərini qəbul etdim və onların bilmədiklərini də ona bağışladım».
(Əhməd 13052, 13541, 13565, 13889; Əbu Yəalə 3481; İbn Hibban 3026; Hakim 1398. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 3515) həsən li-ğeyrihi olduğunu bildirmişdir.) Ardı »

HedislerAlıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər

Həkim ibn Hizam (r.a) Peyğəmbərin (s.av) belə buyurduğunu rəvayət etmişdir: “Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər (yəni ayrılanadək alıcı aldığını, satıcı da satdığını geri qaytara bilər). Əgər onlar düz danışar və aydınlıq gətirərlərsə, alış verişləri bərəkətli olar. Əgər nəyi isə gizlədər və yalan danışarlarsa, alış-verişlərinin bərəkəti gedər.” Buxari və Müslim rəvayət etmişlər.
(Buxari: Alış-veriş ? 2004. Müslim: Alış-veriş ? 1532. Tirmizi: Alış-veriş ? 1246. Nəsai: Alış-veriş ? 4464. Əbu Davud: Alış-veriş ? 3459. Əhməd: 3/402. Darimi: Alış-veriş ? 2547.)

ŞƏRH

Bu hədis, faydalı və zərərli müamilələrin bəyanında təməl rolunu oynayır. Düz danışmaq və aydınlıq gətirmək, bu iki növü bir-birindən fərqləndirən amildir.
Müamiləsində düz danışan, Ardı »

HedislerAllaha iman gətirdim de, sonra doğru yolu tut

Süfyan ibn Abdulla əs-Səqafi (r.a) belə demişdir: Mən dedim: “Ey Allahın elçisi, mənə İslamda elə bir söz söylə ki, o barədə səndən sonra heç kəsdən soruşmayım." Peyğəmbər (s.a.v) buyurdu: "Allaha iman gətirdim de, sonra doğru yolu tut!” Müslim rəvayət etmişdir.

(Müslim: İman ? 38. Tirmizi: Zühd ? 2410. İbn Macə: Fitən ? 3972. Əhməd: 3/413. Darimi: Riqaq ? 2710.)

ŞƏRH

Bu kişi Peyğəmbərdən (s.a.v) xeyri özündə cəm edən, faydalı olan və onu tələffüz edəni nicata qovuşduran bir söz söyləməsini istəmişdir. Peyğəmbər ona, Allaha iman gətirməyi əmr etmişdir. Bu iman, özündə etiqad olunması vacib sayılan imanı, onun əsaslarını və digər bu kimi əqidə məsələlərini, Ardı »

HedislerSəhih Qüdsi hədislər (Zikr və saleh əməllərlə Allaha yaxınlaşmanın savabı)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onun yanındayam».
(İbn Macə 3792, 3924; Əhməd 10989, 11267. əl-Albani hədisi səhih adlandırmışdır.)

Əbu Hureyra və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki, Allah Elçisi (s.a.v) demişdir: «Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VALLAHU ƏKBƏR» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur və Allah ən Böyükdür) - dedikdə, Uca Allah buyurur: «Qulum doğru söylədi, Məndən başqa ilah (məbud) yoxdur və Uca olan Mənəm». Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VAHDƏHU» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur, Təkdir) - dedikdə, Allah buyurur: «Qulum doğru söylədi, tək olan Mənəm, Ardı »

HedislerCənnətə Sorğu Sualsız Girənlər

Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) dedi: «Həcc mövsümündə ümmətlər mənə göstərildi. Mənim ümmətimin çoxluğu xoşuma gəldi. Dağlara və düzənliklərə doluşmuşdular. Mələklər dedilər: «Ey Muhəmməd! Razı qaldınmı?» Peyğəmbər (s.a.v) dedi: «Bəli, ey Rbbim!» Allah dedi: «Onların arasında yetmiş min nəfər vardır ki, onlar sorğu-sualsız Cənnətə girəcəkər. (Bunlar) o kəslərdir ki, (heç kəsdən) ofsun oxumağı tələb etməzlər, dağlanmazlar, (əlamətləri) uğursuzluğa yozmazlar və yalnız özlərinin Rəbbinə təvəkkül edərlər». Ukkaşə dedi: «Allaha yalvar ki, məni onlardan etsin!» Peyğəmbər (s.a.v) dedi: «Allahım! Bunu onlardan et!» Başqa bir kişi dedi: «Allaha yalvar ki, məni onlardan etsin!» Dedi: «Ukkaşə səni qabaqladı» Ardı »

HedislerSünəni Tirmizi

[color=#039b80]Sünəni Tirmizi (ərəb. سُـنَن الترمذي‎‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Siddənin) biridir.

Müəllifi Tirmizidir. Əsərin əsil adı "Əl Camius Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni Tirmizi" olaraq anılır.Mündəricat [gizlə]
1 Haqqında
1.1 Müəllif
1.2 Əsər
1.3 Nəşrləri
2 İstinadlar
3 Xarici keçidlər
4 Həmçinin bax

[redaktə]
Haqqında
[redaktə]
Müəllif

Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Ardı »

HedislerKim doğru yola dəvət edərsə, ona, tabe olana veriləcək qədər savab verilər

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Kim doğru yola dəvət edərsə, ona, tabe olana veriləcək qədər savab verilər. Bu onların savablarında heç nəyi azaltmaz. Kim də zəlalətə dəvət edərsə, ona, tabe olana yüklənəcək qədər günah yüklənər. Bu onların günahlarından heç nəyi azaltmaz.” Müslim rəvayət etmişdir. ( Müslim: Elm ? 2674. Tirmizi: Elm ? 2674. Əbu Davud: Sünnə ? 4609. Əhməd: 2/398. Darimi: Müqəddimə ? 513.)

ŞƏRH
Bu və buna bənzər digər hədislər insanları doğru yola və xeyrə dəvət etməyə həvəsləndirir. Burada dəvət edənin fəziləti qeyd olunur. Həmçinin zəlalət və azğın yola dəvət etməkdən çəkindirir. Bunu edənin nə qədər böyük cinayət daşıdığı Ardı »

HedislerSəhih Qüdsi hədislər (Allaha Layiq Olan Şükr)

Abdullah ibn Səlamın (r.a) rəvayətinə görə Musa (aleyhissələm) demişdir: «Ey Rəbb! Sənə layiq olan şükür nədir?» Allah buyurdu: «Ey Musa, dilin Məni zikr etməkdən qurumasın!»

(İbn Əbi əd-Dunyə «əş-Şukur» 39; Əbu Yəla «Tabaqat əl-Hənəbilə» 1/194; İbn Mubarək «əz-Zühd» 942; əl-Beyhəqi «Şuabul-İman» 114. Əbu Usamə Səlim ibn İd əl-Hilali səhih demişdir.) Ardı »