Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Müslim (“İxlas” surəsini oxumağın fəziləti)

Əbu Darda (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Sizdən biriniz bir gecədə Quranın üçdə birini oxumağa acizdirmi?” (Səhabələr ): “Quranın üçdə biri necə oxuna bilər?” deyə soruşduqda, Peyğəmbər (s.a.v) belə buyurdu: “Qul huvallahu əhəd” Quranın üçdəbirinə bərabərdir!”

Aişə (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) bir kişini bölük başçısı olaraq göndərmişdi. O kişi yanındakılarla namaz qılarkən daimə “Qul huvallahu əhəd” surəsini oxuyardı. Onlar qayıtdıqda bunu Peyğəmbərə bildirdilər. Peyğəmbər (s.a.v) belə buyurdu: “Ondan nəyə görə bunu etdiyini soruşun.” Səhabələr o kişidən soruşdular. O, belə dedi: “Çünki “İxlas” surəsi əl-Rəhmanın sifətidir. Mən də onu oxumağı sevirəm.” Peyğəmbər (s.a.v) belə buyurdu: “Ona xəbər verin ki, Ardı »

HedislerAxirətdə kölgədə olanlar

Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yeddi qrup insan vardır ki, Allah Təala onları ərşin kölgəsindən başqa bir kölgə olmadığı qiyamət günündə öz kölgəsində saxlayacaqdır. Bunlar: 1. Adil imam (yəni idarəçi), 2. Allah Təalaya ibadət edərək böyüyən gənc, 3. Qəlbi məscidlərə bağlı olan insan, 4. Allah Təala üçün bir birini sevən, Allah Təala yolunda birləşən və Allah Təala yolunda ayrılan iki nəfər, 5. Məqam sahibi və gözəl bir qadının əxlaqsız dəvətini rədd edən kişi, 6. Sədəqə verən, ancaq sağ əlinin verdiyi sədəqəni sol əli bilməyəcək şəkildə gizləyən kimsə, 7. Tənha yerdə Allah Təalanı zikr edib və göz yaşı Ardı »

HedislerSəhih Qüdsi hədislər (Uca Allahın əməli salih bəndələri üçün nemətlər hazırlaması)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurur: «Əməlisaleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gəlmədiyi (nemətlər) hazırladım. İstəyirsiniz (bu ayəni) oxuyun: «Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir» (əs-Səcdə 17). Cənnətdə bir ağac vardır ki, minikli birisi onun kölgəsində yüz il yol getsə də onu qət edə bilməz. İstəyirsiniz (bu ayəni) oxuyun: «Uzanmış kölgəliklərdə» (əl-Vaqiə 30). Cənnətdə bir qamçı qədər yer, dünya və onda olanlardan daha xeyirlidir. İstəsəniz (bu ayəni) oxuyun: «Kim oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur Ardı »

Hedislerİslam təmizliyi

İslam təmizdir. Elə isə təmizlənin.Çünkü cənnətə təmiz olandan başqası girə bilməz.

Hadis-i Şerif (Taberani). Ardı »

HedislerSəhih Qüdsi hədislər (Sübh və Əsr namazının fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni(1)sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: «Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?» - deyə soruşur, halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Bununla belə onlar deyirlər: «Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar».
(əl-Buxari 97. Kitəbut-Tövhid 33 (555, 6932, 7048, 7486).) Ardı »

HedislerAta ana və qonşu haqqında seçmə hədislər

• Əbu Hüreyrə (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün”. Kimin Ya Rəsulallah! deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s): “Qocaldığında anasına, atasına; onlardan birinə yaxud ikisinə də yetişən, ancaq onlara yaxşılıq etmədiyi üçün cənnətə girməyən kimsənin...” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2551)

• Əbu Hüreyrədən (r.a.) rəvayət olunmuşdur: Bir adam: “Ya Rəsulallah! Mənimlə söhbət etməyə ən çox haqqı olan kimdir?” deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də “Anandır, sonra anandır, sonra anandır; sonra atandır. Sonra da dərəcə dərəcə yaxınlarındır.” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2 (2548); Sünəni- Tirmizi, Birr və Sila Babı, Hədis: 1959)

• Abdullah Ardı »

HedislerİMAN, İSLAM, EHSAN

Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəyyən ölçüdə (qədər) ilə yaratdıq». (əl-Qəmər 49). «O, Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən Odur!». (əş-Şuəra 218-219). «Həqiqətən Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı Ardı »

HedislerSünnə ilə əlaqəli seçilmiş hədislər

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Bir adam, İslamda gözəl bir sünnə buraxar və bu gözəl sünnə həmin adamdan sonra da davam etdirilərsə; ona davam edənlərin qazandıqları savabların misli öz savabları azalmadan həmin sünnəni ilk başladanın lehinə yazılır. Kim də pis bir sünnə başladar və ondan sonra da bu pis adət tətbiq edilərsə, onu davam etdirənlərin günahlarının misli öz günahları əksilmədən həmin pis sünnəni ilk başladanın üzərinə yazılır. (Səhihi-Müslim, Kitabuz-Zəkat, Hədis no; 69 1017.)

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: (Sui) Zənn etməkdən uzaq durun. Çünki, sui-zənn etmək, sözlərin ən yalanıdır. Bir-birinizin danışıqlarına (gizli-gizli) qulaq asmayın. Bir-birinizin gizli hallarını araşdırmayın. Bir-birinizlə mənfəət yarışına girməyin. Bir-birinizə həsəd Ardı »