Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Qüdsi hədislər (Əl-Bəqərə surəsinin 285-286 ayələrinin fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Uca Allah: «Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir» (əl-Bəqərə 284) ayəsini Allah Elçisinə  nazil etdikdən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Allah Elçisinin  yanına gəlib diz üstə oturdular və dedilər: «Ya Rəsulallah! Biz bacardığımızı-namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədəqə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır». Allah Elçisi  buyurdu: «Sizdən əvvəlki iki kitab əhli Ardı »

HedislerOruca aid seçilmiş hədislər

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə, ramazanın fəzilətinə inanaraq və mükafatını (Allahdan) umaraq oruc tutarsa, o kimsənin keçmiş günahları əfv olunur. (Səhihi-Buxari, Kitabus-Savm, c. II, səh. 288; Sünəni-Tirmizi, Oruc Babları, Hədis No: 678; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh. 157).

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki yalan söyləməyi və yalanla əməl etməyi tərk etməzsə, o kəsin yeməsindən, içməsindən uzaqlaşıb ac durmasına Allahın ehtiyacı yoxdur. “

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Oruc bir qalxandır. Oruclu, pis söz söyləməsin. Oruclu, özünə sataşmaq və özüylə dalaşmaq istəyənə iki dəfə Ardı »

HedislerSəhih Qüdsi Hədislər (Savab iş görmənin və görmək istəmənin fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah  buyurdu: «Qulum yaxşı bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirə bilmədikdə belə Mən onun üçün yaxşı bir əməl kimi yazaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin on mislini yazaram. Həmçinin qulum pis bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirməkdən vaz keçərsə, Mən onu bağışlayaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin mislini yazaram». Allah Elçisi (s.a.v) buyurdu: «Mələklər dedilər: «Ey Rəbb! Bu qulun pis bir əməl etmək istəyir» - Allah qulunu mələklərdən daha yaxşı gördüyü halda buyurdu: «Qulumu gözləyin. Əgər Ardı »

Hedisler: Səhih Müslim (Quran oxuyanla, Quran oxumayanın məsəli)

Əbu Musa əl-Aşari (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Quran oxuyan mömin dadı gözəl, ətri gözəl Utruca (portağal) meyvəsi kimidir. Quran oxumayan mömin dadı gözəl, amma ətri olmayan xurma kimidir. Quranı oxuyan münafiq kimsə ətri gözəl, dadı acı reyhan otu kimidir. Quran oxumayan münafiq isə dadı acı, ətri olmayan Hanzal (qarpızabənzər, lakin acı olan bir bitki) kimidir.” Ardı »

HedislerPişiyə Görə Əzaba Daxil Olan Qadın

Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdı. Elə buna görə də Cəhənnəmə girdi. Allah ona deyir: «Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin». Ardı »

HedislerGÖZLƏRƏ SÜRMƏ ÇƏKMƏK

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Ağ libas geyinin. Çünki ağ libas geyimlərinizin ən xeyirlisidir. Ölülərinizi də ağ (parça) ilə kəfənləyin. Sürmələrinizin ən xeyirlisi İsmid (sürmə daşıdır). O, gözün nurunu artırır, kiprikləri qüvvətləndirir”
(Əbu Davud 3878, 3880, İbn Məcə 3495, 3496, 3497, əl-Albani “Səhih”. ) Ardı »

HedislerAllah və peyğəmbər sevgisi, Allah qorxusu haqqında seçmə hədislər

• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kimdə üç xüsusiyyət olsa, o kimsə bu xüsusiyyətlə imanın ləzzətini dadar: Allah Təala və Rəsulu ona hər şeydən daha sevimli olmaq, sevdiklərini ancaq Allah Təala rizası üçün sevmək, Allah Təala onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Buxari, İman Kitabı, c. 1, səh. 9, 11)

• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç biriniz; mən ona uşağından, atasından və bütün insanlardan daha sevimli olmadıqca iman etmiş sayılmaz” (Səhihi-Buxari, İman Kitabı c. 1, səh. 9; Səhihi-Müslim, İman Kitabı, 70)

• Ubadə ibn Samit (r.a) Rəsulullahın Ardı »

HedislerSəhih Qüdsi hədislər (Miniyə Oturarkən Edilən Zikr)

Rəvayət edilir ki, Əli ibn Rabiə demişdir: «(Bir dəfə) Əli (r.a) ilə birlikdə yol gedirdim, o ayağını miniyinin üzəngisinə qoyduğu zaman: «Allahın adı ilə!» - dedi. Oturanda isə, dedi: «Allaha həmd olsun! Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq»(əz-Zuxruf 13-14). Sonra o, üç dəfə Allaha həmd etdi, üç dəfə «Allah böyükdür», üç dəfə «Allah pak və müqəddəsdir» və «Səndən başqa haqq ilah (məbud) yoxdur» - dedi. Bundan sonra: «Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan» - deyib güldü. Mən soruşdum: «Səni güldürən Ardı »