Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Qüdsi hədislər (Mizan tərəzisi haqqında)

Salman (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurmuşdur: «Qiyamət günü mizan tərəzisi qoyulacaq. Əgər göylərlə yer onda çəkilsə, onlar mütləq genişlənər. Mələklər deyəcəklər: «Ey Rəbb! Bu tərəzi kimin üçündür?» Uca Allah buyuracaq: «Yaratdıqlarımdan istədiyim kimsə üçün». Mələklər deyəcəklər: «Sən paksan! Biz Sənə layiqincə ibadət etmədik». Sirat körpüsü ülgücün tiyəsi kimi qoyulacaq. Mələklər deyəcəklər: «Sən bunun üzərindən (keçməyə) kimə icazə verəcəksən?» Allah buyuracaq: «Yaratdıqlarımdan istədiyimə». Mələklər deyəcəklər: «Sən paksan! Biz Sənə layiqincə ibadət etmədik».

(Hakim 8739. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 941) səhih olduğunu söyləmişdir.) Ardı »

HedislerOn şey fitrətdəndir

Aişə (r.anha) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: “On şey fitrətdəndir: Bığları qısaltmaq, saqqal buraxmaq, misvakdan istifadə etmək, burnu su ilə yaxalamaq, dırnaqları tutmaq, oynaqları yumaq, qoltuqaltı tükləri yolmaq, ayıb yerlərini qırxmaq və ayaqyoluna getdikdən sonra su ilə təmizlənmək.” Rəvayətçi deyir: “Onuncunu unutdum. Yəqin ki, ağızı su ilə yaxalamaq idi.” Müslim rəvayət etmişdir.
( Müslim: Tahara ? 261. Tirmizi: Ədəb ? 2757. Nəsai: Zinət ? 5040. Əbu Davud: Tahara ? 53. İbn Macə: Tahara ? 293. Əhməd: 6/137.)

ŞƏRH
Fitrət, (insana anadan olduğu ilk gündən verilən) xilqətdir. Allah Öz qullarını onun əsasında xəlq etmiş, fitri olaraq xeyri və onun əldə edilməsini onlara sevdirmiş, Ardı »

HedislerSəhih Qüdsi hədislər (Duha namazının fəziləti)

Əbud-Dərdə və Əbu Zərr (rşa) rəvayət edirlər ki, Allah Elçisi (sşaşv) Uca Allahın belə buyurduğunu xəbər verdi: «Ey Adəm oğlu! Günün əvvəlində Mənim üçün dörd rükət namaz qıl ki, günün sonunadək səni qoruyum».

(ət-Tirmizi 475, 477. əl-Albani hədisi səhih adlandırmışdır.) Ardı »

HedislerSəhih Qüdsi hədislər (Allahı razı salan Allahın mərhəmətinə nail olur)

Saubən (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Şübhəsiz ki, bəndə daim Allahın razılığını axtarır. Allah  Cəbrailə buyurur: «Filan qulum Məni razı salmaq istəyir. Sözsüz ki, Mən ona rəhm etdim». Cəbrail: «Allah filankəsə rəhm etdi» - deyir. Ərşi daşıyan və onun ətrafında olanlar, hətta yeddi səma əhli də bunu söyləyirlər. Sonra bu onun üçün yer üzərinə enir».

(Əhməd 21367, 22401, 22454, 23064. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.) Ardı »

HedislerSəhih Qüdsi hədislər ( Borclunun borcundan keçən və ya borclunu sıxışdırmayanın fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Heç bir xeyir əməl etməyən bir kişi insanlara borc verərdi və (borcu almaq üçün göndərdiyi) elçisinə belə deyərdi: «Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni isə burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin». O öləndən sonra Uca Allah ondan soruşur: «Xeyir bir əməl etdinmi?» O deyir: «Xeyr! Ancaq mənim bir xidmətçim vardı və mən insanlara borc verərdim. Borcu almağa göndərəndə ona belə buyurardım: «Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin». Ardı »

HedislerSəhih Qüdsi hədislər (Cənnətlə Cəhənnəmin Höcətləşməsi)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: «Mən (məxsusi olaraq) inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam». Cənnət dedi: «Mənə nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?» Onda uca və ulu Allah Cənnətə buyurdu: «Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm». Sonra Cəhənnəmə buyurdu: «Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qularımdan dilədiyim kimsəyə əzab verərəm». Onların hər biri (kifayət qədər insan və cinlə) doldurulacaq. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qoyacaq və o: «Yetər, yetər!» - deyəcək. Onda o, artıq Ardı »

HedislerSəhih Qüdsi hədislər (LƏ İLƏHƏ İLLƏLLAH KƏLMƏSİNİN FƏZİLƏTİ)

1. Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurdu: «Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra qüdrətli və qüvvətli Allah buyuracaq: «Bunlardan birini inkar edə bilərsənmi?» O: «Xeyr, ey Rəbbim!» - deyə cavab verəcək. Allah buyuracaq: «(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?» O qorxu içində: «Xeyr!» - deyə cavab verəcək. Allah buyuracaq: «Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək». Bu vaxt Ardı »

HedislerBoşboğazlıq pis əxlaqdər

Peyğəmbər (s.ə.s) dedi: «Bir insanın boşboğaz, utanmaz və xəsis olması pislik olaraq ona kifayət edər» Hədisi Şərif (Beyhəqi) Ardı »