Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Ölkələrinə görə tarixAzad Suriya Ordusu

Azad Suriya Ordusu (ərəb. الجيش السوري الحر‎‎‎) - bəzi mənbələrə görə Suriyanın azadlığı uğrunda mübarizə aparan ordu. Hərbi birləşmə şəkilndə yaranan ordu 29 iyun, 2011-ci ildə yaradılmışdır. İlk dövrlər ordunun tərkibi min nəfərdən ibarət olmuşdur. 2011-ci il Suriya iğtişaşlarının şiddətlənməsi səbəbindən ASO qoşulanların sayı sürətlə artmışdır. Hal-hazırda ASO tərkibində döyüşən şəxslərin sayı 40.000 nəfərə çatmışdır. Ardı »

Ölkələrinə görə tarixQasım bəy Zakir - Yaradıcılığı

Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.

Zakirin yaradıcılığında onun mənzum hekayə və təmsilləri də mühüm yer tutur. Nizami, Xaqani, Füzuli və başqa Azərbaycan klassikləri öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazmışlar. Klassiklərin mənzum hekayələrində müəyyən hadisələrin, real insan surətlərinin, qabaqcıl ideyaların təsvir və tərənnümü verilir. Eyni xüsusiyyətlər Zakirin mənzum Ardı »

Ölkələrinə görə tarix6-cı tank qvardiya ordusu

6-cı tank qvardiya ordusu — SSRİ Ali Baş Komandanlığının 20 yanvar 1944-cü il № 302001 sərəncamına əsasən, 5-ci qvardiya tank və 5-ci mexanikləşdirilmiş korpus əsasında 25 yanvar 1944-cü ildə 1-ci Ukrayna cəbhəsinin tərkibində yaradılmış ordu.

Döyüşlərdə iştirakı[redaktə]
Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944) hücum əməliyyatında iştirak etmişdir. 22 fevralda 2-ci Ukrayna cəbhəsinin tərkibinə verilmişdir və onun tərkibində mart-aprel aylarında Umman-Botoşan (5 mart-17 aprel) əməliyyatında iştirak etmişdir. Yassı-Kişinyov strateji əməliyyatda (20-29 avqust 1944) 6-ci tank ordusunun fəallığı əməliyyatda böyük rol oynadı. Əməliyyat günü 6-cı tank ordusunun hissə və birləşmələri irəli atılması uğurla Buxarest istiqamətində hücum yaratdılar. Bu hücumun nəticəsində Vasluy, Bırlad, Fokşanı, Rımnikul-Serat, Buzeu və Ardı »

Ölkələrinə görə tarixQələbə Paradı

24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. Ardı »

Ölkələrinə görə tarixParaqvay vətəndaş müharibəsi (1922-1923)

Paraqvay vətəndaş müharibəsi (1922-1923) (isp. Guerra Civil Paraguaya de 1922-1923) .Bu Paraqvayda 1922-1923 ci illərdə ictimayi və siyasi qüvvələrin hərbi toqquşması olmuşdur.XX əsrdə ölkə ikinci dəfə Paraqvay vətəndaş müharibəsi (1947) baş verir.
Müharibədən öncəki vəziyyət[redaktə]
Paraqvay Respublikası 20 əsrin əvvəlində o digər Cənubi Amerika ölkələri arasında ən geri qalmış ölkə idi.Milli iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi.İxrac yox həddində idi.İxracatın əsası paraqvay çayı idi.Geriliyin səbəbi Paraqvay müharibəsi olur ki ,bu müharibə dövlətin kişi əhalisinin 90% həyatına son qoyur. Bununla belə ölkədə müxtəlif siyasi qüvvələr vardı.Siyasi elitanın əsasını iri torpaq sahibləri və Bankirlər idi.Dövlət idarəçiliyinə hərbi zabitlər güclü təsir göstərirdi.20-əsrin ilk on illiyi Liberal Ardı »

Ölkələrinə görə tarixIII koalisiya müharibəsi (1805)

1803-cü ildə uzun sürməyən Amien sülhündən sonra Fransa və Böyük Britaniya arasında gərginlik azalmaq bilmirdi və Napoleon Böyük Britaniyaya hücum etməyi qərara alır.

1805-ci ildə Avropada quruda Napoleonun komandanlığı altında Birinci Fransa İmperiyası ordusu, dənizlərdə isə Böyük Britaniya Kral Donaması söz sahibi idilər. Bu zaman Böyük Britaniya Fransanı blokadaya salmağı məqsəd güdürdü. Blokada Fransanın ticarətinə böyük ziyan vururdu. Fransa gəmilərinin bir neçə uğurlu mühasirədən çıxmaq epizodlarından başqa fransız dəniz donanması pis günlərini yaşamaqda idi. Fransız donamasının əsas qüvvələri Atlantik okeanı sahilindəki Brest, Aralıq dənizi sahillərindəki Tulon limanlarında cəmlənmişdi.

5 oktyabr 1804-cü ildə külli miqdarda pul aparan dörd İspaniya freqatı Kadis yaxınlığında britaniyalılar tərəfindən Ardı »

Ölkələrinə görə tarixAusterlits döyüşü

Austerlits vuruşması - 1805, müttəfiq rus - avstriyalı və fransız qoşunları arasında 20 noyabrda Austerlits(indi Slavkov, Çexiya) yanında 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsinin həlledici vuruşması.
Tərəflərin qüvvələri və mövqeləri[redaktə]
Rus - Avstriya ordusu(86 min nəfər, 350 top) general Kutuzovun komandanlığı altında Braunaudan Olmüza qədər parlaq marş - manevrdan sonra(1805-ci ilin noyabrın ortası) müdafiyə üçün rahat Olşan mövqeyində dayandı. Napoleonun ordusu(73 min nəfər,250 top) Brünnadan(indi Brno) şərqə mövqe tutdu. Kutuzov yardım gələnə qədər fəal hərəkət etmək niyyətində deyildi. Napoleon, müttəfiqləri yardım yetişənədək və Prusiyanın ittifaq tərəfində çıxışına qədər vuruşmaya cəlb edərək, fransız ordusunun zəifliyi barədə şaiyələr yayır, barışıq barədə danışıqlar apararaq, Ardı »

Ölkələrinə görə tarixBraziliya avtomatları - IMBEL MD-2

IMBEL MD (MD-1, MD-2, MD-3 və son olaraq MD-4), Braziliyanın IMBEL (Indústria de Material Bélico do Brasil) tərəfindən istehsal olunmuş, hal-hazırda da Braziliya ordusunda M16A2nin bir çox modeli, IMBEL MD'nin modernizə edilmiş bir modeli olan IMBEL MD97 ile birlikdə istifadə olunmaqdadır.

Tarixi[redaktə]
İlk prototip olan MD-1, 1983-cü ildə ortaya çıxdı. 1985-ci ildə MD-2 istehsal olundu və Braziliya ordusunda istifadə edilməyə başlandı. IMBEL MD-2/MD-3 %90-i FN FAL, %10-i M16A1 (nişangah və sursat) nın hibridlənmiş versiyası kimidir. Ardı »