beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölkələrinə görə tarixSSRİ pulemyotları - PK

PK (rus. Пулемёт Калашникова). Mixail Kalaşnikovun 1960-cı ildə konstruksiya etdiyi pulemyot.

Variantları[redaktə]
PKB - zirehli transpartyorlar üçün nəzərdə tutulmuş variant
PKM - Modernləşdirilmiş variant
PKMB - Modernləşdirilmiş zirehli transpartyorlar üçün nəzərdə tutulmuş variant
PKT - Tanklar üçün nəzərdə tutulmuş variant
PKTM - Modernləşdirilmiş, tank üçün nəzərdə tutulmuş variant Ardı »

Ölkələrinə görə tarix388-ci atıcı diviziya

388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi.

Tarixi[redaktə]
12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20-29 avqust 1944) əməliyyatlarında iştirak edib.

9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib. Ardı »

Ölkələrinə görə tarix5-ci mexanikləşdirilmiş korpus

5-ci mexanikləşdirilmiş korpus — 8 sentyabr 1942-ci ildə 22-ci tank korpusunun əsasında formlaşmışdır. 12 sentyabr 1944-cü ildə Ali Baş Komandanlığının № 0306 sərəncamına əsasən 5-ci mexanikləşdirilmiş korpus 9-cu 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir.

Korpusun tərkibi[redaktə]
Korpusun idarəetməsi
2-ci mexanikləşdirilmiş briqada
9-cu mexanikləşdirilmiş briqada
45-ci mexanikləşdirilmiş briqada
233-cü tank briqadası
Korpusdaxili hissələr:

657-ci ayrı rabitə botalyonu,27.07.1943-cü ildən
39-cu ayrı sapyor botalyonu,30.10.1942-ci ildən
81-ci təmir botalyonu,30.10.1942-ci ildən
159-cu ayrı kimyəvi mühafizə bölüyü,27.07.1943-cü ildən
6-cı ayrı mühəndis-mina bölüyü,30.10.1942-ci ildən
8-ci ayrı yanacaq daşınma avtomobil nəqliyyatı bölüyü 30.10.1942-ci ildın
Aviaəlaqənin rabitəsi,27.07.1943-cü ildən
12-ci səhra nəqliyyat corəy zavodu,27.07.1943-cu ildən
1777-ci Dövlət Bankının daxılı,27.07.1943-cü ildən
1817-ci hərbi poçt stansiyası,01.12.1942-ci ildən Ardı »

Ölkələrinə görə tarix5-ci tank ordusu (SSRİ)

5-ci tank ordusu — SSRI SQ tərkibində hərbi əməliyyat birliyi.
1-ci formalaşması tarixi[redaktə]
5-ci tank ordusunun 1-ci formalaşması Ali Baş Komandanlığının 25 may 1942-ci direktivinə əsasən, 5 iyun 1942-ci ildə formalaşmışdır. Onun tərkibinə 2-ci və 11-ci tank korpusları, 340-cı atıcı diviziya, 19-cu ayrı tank briqadası, 66-cı qvardiya minamyot polku, AEH-nin 661-ci yüngül artilleriya polku, ayrı rabitə batalyonu, ayrı zenit diviziyası, ordu qərərgahının mühafizə bölüyü daxil idi. İyulun əvvəlində onu 7-ci tank korpusu ilə gücləndirdilər.

Döyüşlərdə iştirakı[redaktə]
16 iyun 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatıldı.5 iyulda o Voronej-Voroshilovgrad strateji müdafiə əməliyyatında (28 iyun-24 iyul) iştirak etdi və əməliyyatın gedişatında düşmənin şimal birləşməsinə güclü zərbə endirdi. Ardı »

Ölkələrinə görə tarix9-cu mexanikləşdirilmiş qvardiya korpusu

9-cu mexanikləşdirilmiş qvardiya korpusu — SSRİ silahlı qüvvələrinin tərkibində hərbi əməliyyat birliyi.

Tarix[redaktə]
Ali Baş Komandanlığının 12 sentyabr 1944-cü il № 0306 əmri ilə 5-ci mexanikləşdirilmiş korpus 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir. Ali Baş Komandanlığının əmri ilə 15 sentyabr 1944-cü ildə Ploeşti şəhəri uğurunda döyüşlərdə seçildiyinə görə Ploeştinskaya adlandırması verildi. Bu əmrə əsasən 10 oktyabr 1944-cü ildən etibarən 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna daxil olan hissə və birləşmələrdə qvardiya birləşmələrinə çevrildilər və yeni adlandirma və nömrə aldılar. 1945-ci ilin dekabrında 9-cu mexanikləşdirilmiş qvardiya diviziyasına çevrildi.

Korpusun tərkibi[redaktə]
30-cu qvardiya mexanikləşdililmiş briqada
31-ci qvardiya mexanikləşdirilmiş briqada
45-ci mexanikləşdirilmiş briqada
46-ci qvardiya tank briqadası
Korpusdaxili hissələr:

15-ci ayrı qvardiya rabitə batalyonu
31-ci ayrı qvardiya Ardı »

Ölkələrinə görə tarixSedan döyüşü

Sedan — Fransanın şimal-şərqindəki Ardenn departamentində, Möz (Maas)çayı qırağında şəhər. XIX-cu əsrin sonlarına qədər qala. Burada 1870-ci il sentyabrın 1-2-də, fransız Şalon ordusunun məğlubiyəti və Fransa imperatoru III Napoleonun əsir düşməsi ilə nəticələnən, Fransa-Prussiya müharibəsinin ən iri vuruşması baş verdi.
Döyüşün gedişi[redaktə]
Avqustun 23-də marşal M.E. Mak-Maqonun komandanlığı altında Şalon ordusu(120 min adam, 393 top, 76 mitralyez), Mez qalasında pruslar tərəfindən mühasiyərə alınmış A. Bazenin Reyn ordusunun mühasirəsini qaldırmaq üçün, cəmləşdiyi Reyms şəhəri rayonundan çıxdı. Mak-Maqon, Şalona və Paris üzərinə hərəkət edən(ümumi sayları 224 min adam və 813 top olan) 3-cü və 4 -cü alman ordularından Sedanı keçməklə yan ötmək istəyirdi. Mak-Maqonun ordusunun Ardı »

Ölkələrinə görə tarixDidqori döyüşü (Gürcü: დიდგორის ბრძოლა) — 12 avqust 1121-ci ildə Gürcüstan knyazlığı ilə Səlcuq dövl

Ümumi məlumat[redaktə]
XI əsrin II yarısından özündən güclü Səlcuq dövlətinə vergi verməyə məcbur olan Gürcüstan bu döyüşlə asılılığa son qoymaq istəyirdi. Gürcü knyazı IV David səlcuqları Gürcüstandan qovmaq, VIII əsrdən Tiflisətrafı əraziləri idarə etmiş müsəlman əmirliyinə son qoymaq üçün bir-birinin ardınca strateji tədbirlər görmüşdü. Məhz bu fəaliyyətinə görə "Qurucu" ləqəbi alan IV David etnik dayaq yaratmaq üçün köçkün gürcüləri yurdlarına qaytarmaqdan əlavə, Şimali Qafqazdan çağırdığı minlərlə qıpçaq və alan ailəsinə torpaq verərək onların hərbi qüvvəsindən istifadə etmişdi. Səlcuq dövləti Bizans və səlibçilərlə mübarizə apardığından, gürcülərə qarşı müzəffər qoşun göndərə bilməmişdi. Buna baxmayaraq, mənbələrin verdiyi məlumata görə, Elqazi (İlqazi) adlı sərkərdənin başçılıq etdiyi Ardı »

Ölkələrinə görə tarixQrünvald döyüşü

Qrünvald (Tannenberq) döyüşü — 1410-ci ilin 15 iyulunda, müttəfiq Polşa -Litva qoşunları ilə tefton qoşunları arasında baş verən Polşa-Litva - Tefton müharibəsi (1409-1411)nin həlledici döyüşü.
Döyüş ərəfəsindəki vəziyyət[redaktə]
Xaçlılar ordeni XIV əsrin sonlarında öz qüvvəsinin zirvəsində idi. Bu dövrdə hətta Hotland adası onların mülkü idi. Baltik dənizinin bütün cənub və şərq sahilinə yiyələnmək üçün maneə ancaq Jemaytiya idi. Orden intensiv olaraq öz məqsədinə çatmaq üçün fəaliyyətə başladı. Xüsusən bu Roma papasının Litvaya, onun xristianlıqı qəbul edəndən sonra, səlib yürüşlərinə qadağa qoyması ilə bağlı idi. Vitautas Yaqayla ilə Orden arasında müvazinat saxlayaraq dəfələrlə Jemaytiyanı Ordenin mülkiyyətinə vermişdi. Lakin əlaqələri normallaşdırandan və sabit sülh sazişi Ardı »

Ölkələrinə görə tarixFarsal döyüşü

Farsal döyüşü (Pharsalos, Pharsala) — Yunanıstanın Larisa nomunun (Fessaliya) Farsal şəhəri yaxınlığında Yuli Sezarın vətəndaş müharibəsi gedişində E.ə. 48-ci il 6 iyunda Qay Yuli Sezarın 30 min piyada və 1-2 min süvaridən ibarət qoşunu ilə Qney Pompeyin başçılığı altında Roma senatının 30 min piyada və 3-4 min süvaridən ibarət qoşunları arasında baş verən həlledici döyüş.

Tərəflərin döyüş qaydaları hərəsində 10 şerenqa olan üç xəttdən ibarət idi. Sezarın ordusunun sol cinahı ilə Pompey ordusunun sağ cinahı dik enişli sahili olan Enipay bulağına dirənmişdilər. Buna görə də rəqiblərin süvariləri bulaqdan əks tərəfdə cəmlənmişdilər. Pompeyin süvarilərinin zərbə imkanlarını nəzərə alaraq, Sezar üçüncü sıradan seçmə 6 Ardı »

Ölkələrinə görə tarixBanan müharibələri

Banan müharibələri — 1898-1934-cü illər arasında ABŞ və Mərkəzi Amerika və Karib hövzəsi ölkələri arasında “Mehriban qonşuluq siyasəti” yaradılması ilə əlaqədar baş verən müharibələr nəzərdə tutulur. Başqa sözlə ABŞ-ın Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinə işğal məqsədilə etdiyi müdaxilə seriyaları nəzərdə tutulur. Bu hərbi müdaxilələr əksər hallarda ABŞ Dəniz qoşunları korpusu vasitəsilə həyata keçirilirdi.1921-ci ildə Dəniz qoşunları “Kiçik Müharibələrin strategiyası və taktikası” nizamnaməsini hazırlayırlar.Bəzi hallarda isə hərbi-dəniz donanması da top atəşi ilə öz köməkliyini göstərərək dəstək olurdular,eləcə də ordunun digər qüvvələrindən də istifadə olunurdu.

1898-ci ildə imzalanan Paris müqaviləsinə görə,İspaniya Kuba,Puerto-Riko və Filippin üzərində nəzarət hüququnu ABŞ-a güzəştə edir. Bundan sonra ABŞ Ardı »

Ölkələrinə görə tarixEynthem müharibəsi

Eynthem müharibəsi - 17 sentyabr 1862-ci il tarixində Merilend ştatının Şarpsburq şəhəri yaxınlığında baş vermiş müharibə.

Müharibə ABŞ Vətəndaş müharibəsini həll edici döyüşlərindən hesab edilir. Döyüşlər quldarlıq tərəfdarı tərəfindən idarə olunan Merilend ştatının ərazilərində gedirdi. Merilend həmin dövrdə Böyük Britaniyaya tabe idi. Eynthem çayı və Şarpsburq şəhərinin ətrafıda döyüşlərin getdiyi yerlərdən idi. Eynthem müharibəsi ümumən Şimali Amerikada baş vermiş ən qanlı döyüşlərdən hesab edilir. Döyüş zamanı hər iki tərəfdən bir gün ərzində 23 min nəfər həlak olmuşdur. Tərəflərin hərbi güçünün döyüşdən əvvəl eyni olması, səbəbindən hər iki tərəf kimin qalib qəlmə ehtimalının olduğunu müəyyən edə bilmirdi. Döyüşlər zamanıda uzun müddət tərəflərdən biri, Ardı »

Ölkələrinə görə tarixAlyaskanın satın alınması

Alyaskanın satın alınması, ABŞ-ın Alyaska torpaqlarını Rusiya İmperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Uilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir. Ardı »

Ölkələrinə görə tarixLuiziananın satın alınması

Luiziananın satın alınması (ing. Louisiana Purchase) - Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olmuşdur. Ərazi üçün Fransaya 15 milyon dollar ödənmişdir. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livingston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanmışdır.

Nəticəsi[redaktə]
Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə böyümüşdür. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün dahada artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan Ardı »

Ölkələrinə görə tarixLomonosov (şəhər)

Lomonosov (1948-ci ilədək Oranienbaum, rus. Ломоносов, alm. Oranienbaum, fin. Kaarosta, Rampova) — Rusiya ərazisində yerləşən şəhər. Lomonosov Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Lomonosov şəhərinin Leninqrad vilayətinin tərkibinə daxil olmamasına baxmayaraq, burada Lomonosov və Leninqrad bölgələrinin yerli hakimiyyət orqanları yerləşir.

Şəhər Fin körfəzinin sahilində və Karasta çayının mənsəbində yerləşir. Lomonosov mühüm dəniz limanıdır. Oranienbaum və Oranienbaum II dəmir yolu stansiyaları, həmçinin "Martışkino" və "Kronştadskaya koloniya" dayanacaq məntəqələri Oktyabr Dəmir yolunun Baltik dənizi istiqamətində yerləşir. Şəhərin əsası 1710-cu ildə, knyaz Aleksandr Menşikovun şəhərətrafı iqamətgahı olaraq qoyulmuşdur, 1780-ci ildə isə Lomonosova şəhər statusu verilmişdir. Lomonosovda XVIII Ardı »

Ölkələrinə görə tarixLomonosov (şəhər) - Sovet dövrü

1918-ci ildə Oranienbaum şəhərində Sovet hakimiyyəti quruldu. Bolşeviklərin nümayəndələri qiyamın qarşısını almaq üçün "istismar dəstələrindən" olan bir sıra şəxsləri girov götürərək, bütün hakimiyyəti öz əlinə almışdılar. 1919-cu ildə şəhərdə Qırmızı Ordunun qərargahı yerləşirdi. Bu qərargahda "Krasnaya Qorka" və "Seraya Loşad" fortlarında baş vermiş anti-bolşevik üsyanlarını yatırmaq üçün hərbi əməliyyatların koordinasiyası keçirilirdi. Oranienbaumdan 20 km məsafədə cəbhə xətti keçirdi: Yudeniçin Bəyaz Ordusu Petroqrada yürüş edir. 1920-1921-ci ildə baş vermiş Kronştadt üsyanı zamanı, Tuxaçevski və Trotski Oranienbaumdakı Menşikov Sarayından qiyamın yatırılması üçün əsqərlərə təlim keçirdilər. Üsyançılar ilə döyüşlərdə həlak olmuş Baltik dənizçiləri şəhərin Stansiya Meydanında yerləşən kütləvi məzarlıqda dəfn edilmişdilər.

İnqilabdan sonra, sarayları və Ardı »

Ölkələrinə görə tarixLomonosov (şəhər) - Coğrafiya

Relyef və geologiya[redaktə]
Paleozoy dövründə (yəni 300-400 milyon il bundan öncə) bütün şəhər ərazisi dəniz ilə əhatə olunmuşdur. O dövrün qum, gil və torf linzalalı lil çöküntüləri qranit, gneizit və diabazdan ibarət kristallaşmış qat torpağın qalın təbəqəsini (200 metrə qədər) örtür. Müasir relyef buz örtüyü (son Valday buzlaşması 12,000 il əvvəl baş vermişdi) nəticəsində formalaşmışdır. Buzlaqlar geri çəkildikdən sonra, hazırki Baltik dənizinin yerləşdiyi bütün ərazidə Littorina dənizi formalaşmışdır (onun səviyyəsi hazırki dənizdən 7-9 metr daha yüksək idi). 4000 il əvvəl dəniz geriyə çəkilmiş və körfəzin bir sıra hissələrində adalar yaranmışdı. Vadi buzlaq-göl və postglyasial çöküntülərdən ibarətdir. Relyef son 2,5 min il ərzində Ardı »

Ölkələrinə görə tarixLomonosov (şəhər) - İqtisadiyyat

Sənaye[redaktə]
Şəhərdə «KMT» sərnişin dəmir yolu vaqonların avadanlıqlarını istehsal edən şirkət ("Transmaşxoldinq" kompaniyasına məxsusdur), rezin məhsullarını istehsal edən "Krasnıy Treuqolnik" (Qırmızı Üçbucaq) zavodunun filialı, həll olunan qarışıqlar zavodu, bir sıra ağac emalı və eləcə də qida sənayesinə aid müəssisələr (çörək, süd və pivə zavodu) fəaliyyət göstərir. Martışkinoda son zamanlara qədər avtomobil təmiri zavodu və "Parus" poliqrafiya fabriki yerləşirdi.

Bundan başqa burada Leninqrad Hərbi Dəniz Qüvvələrinin bazası tərkibində bir sıra şirkətlər (28-ci hərbi zavod, analitik cihazqayırma fabriki), həmçinin "Gidropribor" sənaye zonası fəaliyyət göstərir.

Ticarət və xidmət sektoru[redaktə]
Bu gün Lomonosov sosial və ticarət infrastruktur obyektləri ilə çox zəngindir. Şəhər böyük fəallıqla pərakəndə satış mərkəzlərinin ("Pyatyoroçka", "Maqnit", Ardı »

Ölkələrinə görə tarixLomonosov (şəhər) - Gerb və bayraq

Şəhərin gerbi İmperatriça II Yekaterina tərəfindən 7 may 1780-ci ildə təsdiq edilmişdir. Bunun səbəbi, o dövrdə saray slobodasının şəhərə çevrilməsi və eyniadlı mahalın mərkəzinə çevrilməsi idi. Gerbin üzərində narıncı (portağal) ağacı təsvir olunmuşdu:

"„Gümüş rəngli sahədə meyvəli narıncı ağacı“."
1859-cu ildə Oranienbaum gerbinin yeni layihəsi tərtib olunmuşdur:

"„Gümüş sahəsində qızıl meyvəli yaşıl ağac. Sərbəst hissədə Sankt-Peterburq vilayətinin gerbi. Qalxanın üstündə üç dişli qırmızı tac, yan hissələrdə isə Aleksandr lenti ilə bəzədilmiş çapraz iki qızıl lövbər“."
16 avqust 2007-ci il tarixli Lomonosov Bələdiyyə Şurasının 234 nömrəli qərarına əsasən, şəhər gerbin təsvirində, həmçinin burada əsasnamənin bəzi detal və mətnində korrektələr edilmişdir. Əsasnamənin mətnində gerbin təsviri:

Lomonosov bələdiyyəsinin heraldika-gerb Ardı »

Ölkələrinə görə tarixLomonosov (şəhər) - Elm və Təhsil

Lomonosov şəhərində Rusiya dəniz sualtı silahı sahəsində "Gidropribor" və "Morteplotexnik" kimi aparıcı müəssisələr yerləşir.

Şəhərdə "Qütb Dəniz Geoloji Ekspedisiyası"-nın Federal Dövlət Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi yerləşir. Onun fəaliyyət sahəsinə Arktikanın kompleks geoloji və geofiziki araşdırması, okeanların və Antarktidanın daxili sularında müxtəlif metodlardan istifadə edərək ekoloji monitorinqin keçirilməsi daxildir.

Lomonosov şəhərində 6 orta məktəb və gimnaziya, 13 uşaq bağçası və körpələr evi, Hərbi Dəniz Qüvvələrinin kolleci (mütəxəssislər hazırlayır), Şimal-Qərb Dövlət Texniki Universitetinin filialı, İqor Stravinski adına uşaq incəsənət məktəbi və Arxangel Mixail kilsə-məktəbləri var. Ardı »