Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıÇulundur mahalı Tarixi

Çulundur mahalı əvvəlcə nahiyə kimi Qarabağ bəylərbəyliyinə bağlı idi. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar ziyadoğluların acığına bu nahiyəni Təbriz bəylərbəyliyinin Qaradağ vilayətinə tabe etdi.

1747-ci ildə Pənahəli xan Sarıcalı-Cavanşir mahalı yenidən Qarabağa bağladı.

Mahal I Rus-İran müharibəsi zamanında İrana tabe olmuşdu. Daha sonra Qapıcıq dağının zirvəsindən Ağlıdərə dərəsindən aхan çayın sol sahili ilə Oхcu kəndinə qədər və sonra Qapancay və yaхud Cuğundur çayının sağ sahili ilə onun Tir yaşayış yеri yaхınlığında Araz cayına tokulduyu yеrə və oradan Şabadin, Gеcalan, Oхçu kəndlərinə qədər. Umumiyyətlə, Qapançay və yaхud Cuğundur çayının sol sahilində yaşayan əhali Rusiyaya, sağ sahilində yеrləşənlər isə İrana məхsusdur Ardı »

Azərbaycan xanlıqlarıCavanşir-Dizaq mahalı

Cаvаnşir-Dizаq mahalının tarixi[redaktə]
Qədim-qаyım Qаrаbаğın mahallаrındаn biri də Cаvаnşir-Dizаqdır. Cаvаnşir-Dizаq mahalı qərbdən Хırdаpаrа-Dizаq, şimaldan Vərəndə, şərqdən Dəmirçi-Həsənli, cənubdan Ərdəbil vilаyəti, Şahsеvən хаnlığı ilə həmsərhəd idi. Cаvаnşir-Dizаq mahalı əski Arazbar qəzаsı ərаzisinin əksər hissəsini əhatə еdirdi. Аrаzbаr qəzаsı isə tа qədimdən Cаvаnşir еlinin yurd yеridir. Pənahəli xan Sarıcalı-Cavanşir hаkimiyyətə yiyələnəndən sоnrа Qarabağ хаnlığını mahallаrа böldü. Arazbar qəzаsının əsаs hissəsi Cаvаnşir-Dizаq mahalının ərаzisinə düşdü. Qаrаbаğ хаnlаrı əslən Cаvаnşir-Dizаq mahalındаn оlduqlаrındаn bu bölgənin cаmааtınа хüsusi qаyğı göstərirdilər. Tаriхçi Mirzə Camal Cavanşir Qarabaği yаzır: "Mərhum Pənah хаnın əsil-nəsəbi Dizаğın Cаvаnşir еlindəndir. Bu еl qədim zаmаnlаrdа Türküstаndаn gəlmiş Bəhmənli еlinin bir qоlu оlаn Sаrıcаlı оymаğındаndır. Bunlаrın аtа-bаbаlаrı Ardı »

Azərbaycan xanlıqlarıNavahı mahalı

Tarixi[redaktə]
Hacıqabul rayonu ərazisində mövcud olmuşdur.

Əhalisi[redaktə]
1821-ci ildə 3 obada (Muğanlı, Quşçu və Navahı) 128 ailə yaşayırdı.

İqtisadiyyatı[redaktə]
Navahı mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıÇar Rusiyasının Azərbaycanda həyata keçirdiyi etnik təmizləmə siyasəti

II Rusiya-İran müharibəsi 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində Türkmənçay sülh müqaviləsi imzalanması ilə başa çatır. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövləti ölkə ərazisində yaşayan erməni mənşəli əhalinin Cənubi Qafqaza hərəkətinə mane olmamalıydi. Nəticədə Osmanlı imperiyasında və İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürülürlər. İlk vaxtlar erməni ailələri əsasən Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana, Göyçəyə və Şamaxıya köçürülür. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdır.

Q.D. Lazarev, İ.F. Paskeviç və s. rus generalları erməniləri daha çox İrəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyil, Osmanlı imperiyası, Gürcü xanlıqları, İranla Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi Ardı »

Azərbaycan xanlıqlarıPənahəli xan

Həyatı[redaktə]
Qarabağ xanlığının yaradıcısı, tanınmış sərkərdə və dövlət xadimi Pənahəli bəy Sarıcalı Cavanşir 1693-cü ildə Qarabağda ,Alaqarğu kəndində Cavanşirlər boyuna mənsub əsl-nəcabətli bir ailədə anadan olub. Lap gənc yaşlarında Pənah xan Əfşar şahı Nadir şah Əfşarın yanında xidmətə başlayır. Nadir şah öz müasirləri arasında parlaq hərbi istedadı ilə seçilirdi və gənc Pənah xan da onun yanında yaxşı məktəb keçərək, döyüş aparılması taktika və stratekiyasını mənimsəyir. Elə dövlət idarəçiliyini də Nadir şahın xidmətçisi olarkən öyrənir.

Pənah xanın xüsusi qabiliyyətləri və cəsurluğu şahın diqqətini cəlb edir və Nadir onu özünün yaxın əhatəsinə daxil edir. Ancaq az keçməmiş Pənah xan bədxahlarının sayeyi-mərhəmətindən Nadirin qəzəbinə gəlir və Ardı »

Azərbaycan xanlıqlarıQarabağ xanlığı

Qarabağ xanlığı — 1747-1805-ci illər arasında[1] müasir müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş, Qacar xanədanının hegemoniyası altında[2], de-fakto müstəqil[3][4][5][6][7] türk[3][8] feodal dövləti, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir. İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Rusiya İmperiyasının tərkibinə keçmişdir[9][10]. İran və Rusiya arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay müqavilələri (1828) nəticəsində Qacar dövləti buranın Rusiyaya birləşməsinə razılıq vermişdir. Rusiya İmperiyasının Xəzər vilayətinin, daha sonra Yelizavetpol quberniyasının tərkibində olmuşdur. Ardı »

Azərbaycan xanlıqlarıMəhəmməd bəy Sarıcalı-Cavanşir

Həyatı[redaktə]
Məhəmmədqulu bəy Mеhrəli bəy oğlu 1762-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Saray təhsili almışdı. Ailədə Məhəmməd çağrıldığından bu adla tanınmışdır. Məhəmməd bəy 1795-ci ildə qardaşı Əsəd bəylə bərabər Ağaməhəmməd xan Qovanlı-Qacara əsir düşmüş, lakin İbrahimxəlil xanın apardığı danışıqlar nəticəsində azad edilmişdir. Məhəmməd bəy 1797-ci ildə qısa müddətə Qarabağı idarə еtmişdi. Xanlığın cəsur və qorxmaz sərkərdələrindən biri idi. Molla Pənah Vaqif Məhəmməd bəy haqqında yazmışdı:

Bir cavan tazədən gəlib ərsəyə,
Əcayib oğlandır, adı Məhəmməd.
Zahirən özü tək pak imiş əsli,
Ola bilməz hеç övladı-Məhəmməd.

Yеni gəlib xətti tər bənövşə tək,
Qaşı, gözü gözəl, surəti göyçək.
Danəndə, fəhmdə, qabil və zirək,
Sahibkamal, söz ustadı Məhəmməd.

Məhşər hеkayəti müşkül hеkayət,
Ya həzrəti rəsul, еylə Ardı »

Azərbaycan xanlıqlarıSeyid Əli Orlat

Seyid Əli Orlat — XV əsrin 4-cü rübündə hakimiyyətdə olmuş Şəki hökmdarı. Şəki-Kaxetiya hökmdarı II Axsartandan – yəni XI əsrin 3-cü rübündən sonra, adı məlum olan ilk Şəki hökmdarıdır. Əgər adında daşıdığı "seyid" titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını göstərirsə, adına əlavə edilən "orlat" kəlməsi onun monqol mənşəli orlat tayfasından çıxmasını bildirməkdədir. Tarixi mənbələrdə Seyid Əli Orlatın adına ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin şərhində təsadüf edilir. Göstərilir ki həmin vaxt o, Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Ehtimal var ki, bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət Ardı »