Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıŞəki xan sarayı

Şəki xan sarayı — Şəki şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər "Divanxana" adlanmışdır. Şəki xanlığının 1819-cu ildə ləğv edilməsindən burada şəhər məhkəməsi (rus. городской суд) yerləşdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Ardı »

Azərbaycan xanlıqlarıÇiləbörd Mаhаlın ərаzisi

Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir. Burada toxumluq buğda və başqa taxıl məhsulu yaxşı yetişdirilir. Bunların məlikləri vaxtilə Məğavizdən gəlmişlər və burada məliklik etməyə başlamışlar. Bu məlikliyin əhalisi cəsurluqda və qəhrəmanlıqda məşhur olmuşdur. Buranın ərazisinin böyük bir hissəsi meşəlikdən və keçilməz yerlərdən ibarətdir. Garmırx adlanan məşhur qala da buradadır. Bu qala olduqca möhkəmdir. Məliklər həmişə bu qalada yaşamış, igidlik və rəşadət göstəmıişlər. Öz qəhrəmanlığı ilə məşhur olan həmin məliklərdən biri Nəlik Allahqulu idi. Allahqulu Nadir şah dövründə onun xidmətində olub, Abdulla paşa Köprülü oğlu sərəsgər ilə müharibədə Ardı »

Azərbaycan xanlıqlarıQoşun mahalı

Tarixi[redaktə]
Ağsu, Şamaxı və Qobustan rayonlarının ərəzisində mövcud olmuşdur.

Mahalın naibi Məlik Mahmud idi.

Əhalisi[redaktə]
1821-ci ildə 11 oba (Çuxanlı, Utuqlu,Təkləli, Mənkələxanı, Tuluç, Çilov, Mərzəndigə, Nabur, Ləngəbiz, Qəşəd, Bicov) və 21 kənddə (Çağan, Qalabuğurt, Dilmanlı, Hacımanlı, Xatımanlı, Çarağan, Nüydi, Şərədil, Talis, Ərçiman, Əngəxarən, Zarat, Cabanı, Sündi, Mədrəsə, Kərkənc, Kələxanı, Meysarı, Keçdiməz, Saqiyan, Qonaqkənd) 1065 ailə yaşayırdı.

İqtisadiyyatı[redaktə]
Qoşun mahalının sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıGöy məscid

Göy məscid 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmriylə[24] tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.

Corc Burnutyan[25] məscidin 1762-1783-cü illərdə, Vladimir M. Arutunyan[26][27] isə 1764-1768-ci illərdə inşa edildiyini bildirir.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir.

İkinci dünya müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir Ardı »

Azərbaycan xanlıqlarıHəsənəliağa xan Qaradağski (ata)

Həyatı[redaktə]
Həsənəliağa xan Qaradağski - 1820 (Əhər) - 1847 (Şuşa). Toxmaqlı oymağının tanınmış simalarından biri. Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının oğlu, Məhəmmədhüseyn ağa, Hacı Sara xanım Qaradağlının qardaşı. Həsənəli xan Qaradağinin atası. Şuşa şəhərində mədrəsə təhsili alıb. Ərəb, fars, türk və rus dillərini bilirdi. Çar ordusunda xidmət edib poruçik rütbəsində. Həyat yoldaşı: Xatın xanım. Oğlu Həsənəliağa xan Qaradağskinin dünyaya gəlməsini görməyib. Ardı »

Azərbaycan xanlıqlarıMaku xanlığı Ümumi məlumat

Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxur Səd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi.

Xanlığın banisi Bayat tayfasından Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə evlənir. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü. Hüseyn xanın Mahmudi və Əbaqiyyə Ardı »

Azərbaycan xanlıqlarıŞəki xanlığı - Sinfi tərkib

1.Bəylər-bəyimlər və ağalar (onlar əsasən şəhərdə və mahalların inzibati mərkəzləri olan kəndlərdə yaşayırdılar. Onların özlərinə məxsus 5-10 ailəlik kiçik kəndləri də ola bilirdi və bu halda həmin kəndlərin vergisi və töycüsü onlara çatırdı; 1824-cü il siyahıyaalınmasında bəylərin sayı 276 nəfər olmuşdur. Ən çox bəy isə Bum kəndində (61 nəfər)və Nuxa şəhərində (50 nəfər) qeydə alınmışdı. Bəyimlərin sayı barədə məlumat yoxdur. "Ağa" - xanzadələrin, yəni xan evladlarının daşıdığı titul idi. Məsələn, Kərim ağa Fətəli xanın oğlu olub, Tuti ağa isə Məhəmmədhəsən xanın qızı idi.
2.Ruhanilər (mollalar, əfəndilər, keşişlər – onlar vergi və töycüdən azad idilər).
3.Maaflar (onların torpağı var idi, əkib-becərirdilər, vergi və töycüdən Ardı »

Azərbaycan xanlıqlarıDizaq-Cəbrayıllı mahalı

Sahəsi -
Əhalisi -Cəbrayıllılar
Yaranması — 1747-ci il
Paytaxtı— Cəbrayıllı kəndi
Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Dizaq mahalı, şərqdən Xırdapara-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı. Ardı »